Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

Keyfiyyətli profili nədir?

Yaxşı  pəncərə üçün –keyfiyyətli  profil

Keyfiyyətli pəncərəni  yalnız  yaxşı profildən  hazırlamaq olar. Yararsız parçadan yaxşı kostyum hazırlamaq real olmadığı qədər də, aşağı sinfə aid profildən də  əla konstruksiyanın hazırlanması  mümkün deyil. Hətta ilk baxışdan pəncərələr eyni görünsə də belə, bu xarici oxşarlıq olduqca qısamüddətli olacaqdır. Adi istehlakçı pəncərə profili haqqında nəyi bilməlidir, nəyə diqqət yetirməlidir? Hansı risk amilləri  həqiqətən ciddi və hansılar isə Sizi tez bir şəkildə pul xərcləməyə məcbur etmək üçün menecerlər tərəfindən uydurulmuşdur?
 
Beynəlxalq müstəqil sertifikatların olması profilin keyfiyyətinin təsdiqidir. Ən nüfuzlu və əhəmiyyətli sertifikatlardan biri RAL sertifikatıdır. Qeyd etmək lazımdır ki, RAL sertifikatı sadəcə profil sisteminə deyil, müəyyən zavodda istehsal olunan profillərə verilir. Buna görə də, biz, bu və ya digər sistemin RAL sertifikatına malik olduğunu  dedikdə, bu sertifikatın konkret istehsalata münasibətdə təsirə malik olub olmadığını yoxlamaq lazımdır.
Beləliklə, bütün alman profil markaları  Almaniya ərazisində yerləşən öz "doğma" zavodları üçün RAL sertifikatlarına malikdirlər. Lakin yalnız VEKA özünün bütün istehsalatı və həmçinin şirkətin Novosibirsk və Moskva şəhərlərindəki iki Rusiya zavodları üçün RAL sertifikatına malikdir. 
 Daha vacib sertifikatlardan biri  DIN ISO 9001:2000 sertifikatıdır, onun vasitəsilə şirkətdə beynəlxalq norma və standartlara müvafiq olan keyfiyyətin effektiv idarəetmə sisteminin olması təsdiq edilir. Bu sənəd həmçinin yalnız konkret istehsalat ilə bağlı  da təqdim edilir. VEKA şirkətinin Rusiyadakı hər iki zavodu bu cür sertifikata malikdir.

Bu cür enlilikdə…  Profillər necə olur? 

Pəncərələr haqqında məlumatı toplamağa başlayarkən Sifarişçinin daha çox  qarşılaşdığı məsələlərdən biri - profilin montaj enliliyi məsələsidir. Reklam materiallarında tez-tez 58 və 70 mm ölçüləri qeyd edilir. Bəzən "yaradıcı dəyişikliklər" olur,  məsələn, “digərlərində  58 mm - bizdə 60mm”, və ya digərlərində  70 mm- bizdə 74 mm”. Reklamda göstərilən rəqəmlər məhz profilin montaj enliliyini bildirir. Gəlin bu barədə daha ətraflı danışaq.
58mm – janr klassikası
50-ci illərin ortalarında Almaniyada  meydana gələn  ilk  pəncərə profilləri  58 mm enliliyə malik idi. Bu onunla əlaqədar idi ki, həmin profillər faktiki olaraq taxtadan hazırlanmış çərçivələrin geometriyasını təkrarlayırdılar, bu cür enlilik öz növbəsində texnoloji cəhətdən şərtləndirilmişdir. Istehsalçı hazır konstruksiyaların yığılması və quraşdırılması texnologiyasına riayət etdikdə, 58 mm-lik sistemlər bütün iqlim zonalarında pəncərələrin layihələndirilməsi və istehsalı sahəsində bir çox məsələləri həll etməyə imkan verir. VEKA şirkəti keyfiyyəti və  etibarlılığı  ilə bütün dünyada istehlakçıları tərəfindən qiymətləndirilən 58 mm-lik EUROLİNE profillər sistemini istehsal edir.
70 mm- daha  isti və təhlükəsiz
80-ci illərin ikinci yarısında Avropada 70 mm qədər artırılmış montaj enliliyinə malik profillər meydana gəlirdi. Onlar, yaxşılaşdırılmış teplofizik xarakteristikaları ilə  pəncərə elementlərinin istehsalı üçün nəzərdə tutulmuşdur. Bu sistemlər, istehlakçıya mümkün pəncərə opsiyalarının (seçiminin) siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir (məsələn, səsdən müdafiə xüsusiyyəti kimi), çünki onlarda 58 mm-lik sistemlərdən fərqli olaraq böyük enliliyə malik şüşə paketi yerləşdirmək mümkündür. VEKA  proqramında 70 mm-lik enliliyi olan dörd  profil proqram mövcuddur - bunlar  SOFTLINE, TOPLINE, SWINGLINEPROLINE proqramlarıdır.
Hər bir şeyi maksimum dərəcədə sevənlər üçün
Lakin 70 mm-lik  ölçü də son hədd deyil. 2008 - ci ildə VEKA bazarda tamamilə yeni, həqiqətən mükafata layiq VEKA ALPHALINE məhsulunu təqdim etmişdir. Bu profillərin enliliyi - 90 mm təşkil edir. Əgər 58 mm-lik profildə 32 mm qədər, 70 mm-lik profildə  42 mm-ə qədər enliliyi olan şüşə paketlərdən istifadə edirlərsə, bu zaman ALPHALINE-də 50 mm enliliyə malik paket yerləşdirmək olar.

Kameralar haqqında bir neçə söz

Pəncərə  istehsalı ilə məşğul olan şirkətlərin satıcıları profil enliliyi haqqında məlumat ilə yanaşı  profilin daxilində neçə kameranın yerləşdiyi  barədə danışmağı xoşlayırlar. Profil  kameraları  nədir  və  onlar nə üçün nəzərdə tutulmuşdur? Onların miqdarı profilin keyfiyyətinə və pəncərənin istilik izolyasiyası xüsusiyyətlərinə  nə  dərəcədə təsir göstərir? Doğrudurmu  ki,  “nə qədər çox kamera olarsa, bir o qədər də yaxşıdır”?
Bir, iki, üç....
Kameralar – bu,  şaquli arakəsmələr ilə əmələ gələn  profil daxilindəki boşluqlardır. Klassik profil həllinin üç kamerası mövcuddur. Birinci (ön) kamera su drenajı üçün nəzərdə tutulmuşdur, ikinci və ya mərkəzi kamera profildə armaturlaşdırılan əlavənin yerləşdirilməsi üçün xidmət göstərir. Və nəhayət, üçüncü (arxa) kamera pəncərə furniturunu təsbit edən ehtiyat hissələrinin bərkidilməsi, həmçinin gücləndirici poladdan ibarət mərkəzi kameradan soyuğun otağa asanlıqla daxil olmaması məqsədi ilə əlavə hava qatının yaradılması üçün nəzərdə tutulmuşdur.
Neçə kamera lazımdır?
Pəncərə texnologiyalarında klassik sistemlərin üç, 70mm-lik montaj enliliyi ilə, sistemlərin  isə dörd və ya beş kameraya malik olması optimal hesab edilir. Montaj enliliyində müvafiq dəyişikliklər edilmədən kamera sayının artırılması pəncərənin teplofizikasına heç cür təsir göstərmir, lakin müstəsna olaraq reklam məqsədlərinə tabedir. Profil nəzərə çarpacaq dərəcədə genişlənərsə, məsələn, VEKA ALPHALINE profil proqramında olduğu kimi, bu zaman vəziyyət başqadır. Bu halda, kameraların sayının altıya qədər artırılması məqsədə uyğundur.
Belə ki, ölçü hər hansı bir əhəmiyyətə malikdirmi?
Pəncərə firmalarının marketoloq və menecerləri "əlavə" millimetrlərin axtarışı  məqsədilə müxtəlif təchizatçılardan olan profilləri ölçməkdə yorulmurlar. Sonra isə bu profillər bütün mümkün çətinliklərdən zəmanətli xilas olma imkanı qismində alıcılara təklif olunur. Əslində isə ...
-montaj enliliyinə görə bütün  profilləri iki böyük sinfə  bölmək olar: 58 – 64 mm və 70-76  mm. Bu siniflərinin hər birinin daxilində  teplotexniki  xarakteristikalar tamamilə eyni olacaqdır. Siniflər arasında fərqlər mövcuddur. Daxilində isə heç bir fərq mövcud deyildir. 
- montaj enliliyini müvafiq olaraq dəyişmədən profildə kameraların sayının artırılması və ya azaldılması pəncərənin istilik texnikasına heç cür təsir göstərmir. Montaj enliliyində az dərəcə də dəyişiklik edilərsə, yəni profil həmin sinifdə qaldığı təqdirdə praktiki effekt nöqteyi-nəzərdən kameraların sayının artırılması mənasızdır.Bu onu bildirir ki, məsələn, 74 mm enliliyə və altı kameraya malik profilin istilik texniki xüsusiyyətləri  70 mm enliliyə və beş kameraya malik profil ilə eyni olacaqdır.

Real təhlükə, və ya A və B.

Millimetrlərin axtarışı istehlakçını həqiqətən də ciddi risklərdən yayındırır. Belə ki, bu gün Rusiya bazarında daha nazik xarici divara malik "obyekt" profillərinin həddən artıq olduğunu çox az insan bilir. Bu gün "B" sinif profilləri (rəsmi şəkildə məhz bu cür adlandırılırlar) bir çox məşhur alman şirkətləri daxil olmaqla profil firmalarının çeşidində mövcuddur.

İstehlakçı  yadda saxlamalıdır ki, belə  profillərdən hazırlanan pəncərələr aşağıdakı xüsusiyyətlərə malik ola bilərlər:

- Istismar və digər yükləmələrin təsiri altında formasını qoruyub saxlamamaq xüsusiyyətinə malikdir

- Daha zəif künc birləşmələrinə malikdir
- bu cür pəncərələrdə furniturun daha tez-tez tənzimlənməsinə ehtiyac duyulur,  onların sıradan çıxma riski nəzərə çarpacaq dərəcədə daha yüksək olur;
 -  bu cür pəncərələrin "xidmət göstərmə müddəti" RAL-a müvafiq profillərindən hazırlanan pəncərələrdən əhəmiyyətli dərəcədə aşağı olur.

Harada sifariş etmək lazımdır?


Оценка 4 из 5. Оценок: 7.

Alıcının məlumat kitabçası

Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat