Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

İşıq keçirən şəffaf qoruyucu konstruksiyalar

İşıq keçirən şəffaf qoruyucu konstruksiyalar binaların təbii işıqlandırılması və ətraf mühitlə vizual əlaqənin mümkünlüyü üçün təyin edilmişdir. Yaşayış binalarının əsas işıq keçirən şəffaf qoruyucu konstruksiyalarına aşağıdakılar aiddir:

pəncərə və şüşə qapılar(giriş və eyvan üçün),

vitraj və vitrinlər,

binaların şüşədən üzlənməsi,

damların şüşələnməsi üçün elementlər (fənərlər və maili şüşələnmiş səthlər), qış bağları, ticarət pavilyonları üçün çəpərlər və s.

İşıq keçirən şəffaf qoruyucu konstruksiyalar ağırlıq və təsirlərə meyllidir. Ağırlıqlara, konstruktiv elementdə daxili gərginliyin və, müvafiq olaraq, deformasiyaların əmələ gəlməsinə səbəb olan bütün hərəkət və səbəblər aiddir. Onlara ən çox küləyin təzyiqi, qarın ağırlığı və temperatur gərginlikləri kimi istismar ağırlıqları, həmçinin, konstruksiyaların hazırlanması, daşınması və quraşdırılması zamanı yaranan texnoloji ağırlıqlar aiddir. Bundan əlavə, təzyiqin, temperaturun və rütubətin dəyişməsi zamanı germetik şüşə-paketlərdə əmələ gələn əlavə gərginlikləri nəzərə almaq vacibdir.

Bütün təsirlər qeyri-güclü təbiətə malikdirlər və konstruksiya elementlərində gərgin vəziyyət yaratmırlar. Bununla belə, onlar bağlı məkanda olan insana təsir edən iqlimi amillərin cəmini özlərində birləşdirirlər. Onlara, temperaturun həmçinin, xarici və daxili rütubətin dəyişməsi, səs-küy, təbii gün işığı, bağlı məkanı insolyasiya və əlavə istiliklə təmin edən günəş radiasiyası, toz və atmosfer çöküntülər, atmosferdə olan suda həll edilən kimyəvi qatışıqlar aiddir. Təsirlərə, həmçinin görüntünü – daxili və xarici məkanın bir-birilə vizual əlaqəsini də aid etmək olar.

Daşıyıcı konstruksiya kimi, işıq keçirən şəffaf elementlər bütün yuxarıda təsvir edilən ağırlıqların təsiri zamanı lazımi möhkəmliliyə və sərtliyə malik olmalıdırlar.

Qoruyucu konstruksiya kimi isə, istilik saxlayan, işıq-texniki, səsi izolyasiya edən keyfiyyətlərə, həmçinin bütün yuxarıda qeyd olunan hərəkətlərin təsiri zamanı germetikliyə malik olmalıdır. Bu zaman germetik anlayışını həm bilavasitə işıq keçirən şəffaf konstruksiyanın hüdudlarında olan elementlərin birləşməsinə, həm də onun divar və örtüklərin qeyri-şəffaf sahələrinə bitişdiyi yerlərə aid etmək lazımdır.

İşıq keçirən şəffaf qoruyucu konstruksiyalar texnoloji, asan daşınan və rahat quraşdırılan olmalıdır, kifayət qədər kimyəvi dözümlülüyə malik olmalı və asan təmizlənilməlidir. Fasad və interyerin qabarıq elementlərindən olan pəncərələr yaxşı estetik keyfiyyətə və davamlılığa malik olmalı, həmçinin istismar zamanı xidmət üçün rahat və əlverişli olmalıdır.

Konstruktiv sxemə görə, işıq keçirən şəffaf konstruksiyalar pəncərə və vitrajlara bölünürlər. Pəncərə konstruksiyaları divarlarda tipik və ya qeyri-standart kiçik oyuqların şüşələnməsi üçün nəzərdə tutulub, şüşələnmə isə burada sadəcə hasarlanma funksiyasını daşıyır. Vitraj konstruksiyalar, hasarlandırıcı funksiyalarla yanaşı, həmçinin daşıyıcı və ya müstəqil konstruksiya elementidir və böyük sahədə şaquli və maili səthlərin şüşələnməsi üçün nəzərdə tutulub. Vitraj konstruksiyalara fasad divarları, qış bağları, ticarət pavilyonları və s aiddir.

Almaniya 18056 sənaye standartına görə, şüşə asma divarı aşağıdakı parametrlərə malikdir:

Tərəflərin ən qısasının uzunluğu 2 m-dən çox olarsa.

Açılma modellərinə görə pəncərələr döndərilən, döndərilib aralanan, qalxaraq aralanan, qoşa laylı, yan tərəfə sürüşən və açılmayan olur: cildlərinin konstruksiyalarına görə bir qat, birləşdirilmiş, ayrı-ayrı və ayrı  birləşdirilmiş pəncərələrə bölünürlər. Bundan əlavə, bütün işıq keçirən şəffaf konstruksiyalar onlarda istifadə olunan profillərin materialına görə fərqlənirlər.

Pəncərə blokunun standart konstruksiyalarına stasionar kontur bağlaması – qutu (bir sıra hallarda – çərçivə), ona hərəkətli şəkildə bərkidilən elementlər – çərçivələr (xarici texniki sənədlərdə - laylar), həmçinin şüşələnmə elementləri (adətən, şüşə-paket şəklində) və furnitur daxildir. Sərtliyi təmin etmək üçün oyuğun sahəsindən və hazırkı külək ağırlığından asılı olaraq, qutunun (çərçivənin) konstruksiyasına aralıq-şaquli elementlər – impostlar və üfüqi tirləri daxil edilir. Pəncərə blokunda, əlavə olaraq, ventilyasiya üçün qurğular və müxtəlif qoruyucu ekranlar quraşdırmaq olar.

Pəncərə və vitraj işıq keçirən şəffaf qoruyucu konstruksiyaları pəncərə qutularının və laylarının materialından və kəsilmə növündən asılı olaraq, bu və ya digər pəncərə profilləri sisteminə aiddir. Pəncərə profilləri sistemi dedikdə, əsas və əlavə sistemlərə ayrılan və müəyyən istehsalçı tərəfindən əldə edilən müxtəlif təyinatlı profillər toplusu başa düşülür.

Müasir zamana qədər Rusiyada tətbiq edilən ənənəvi pəncərələrdə pəncərə profillərinin hazırlanması üçün material qismində taxta, müasir sistemlərdə isə, polivinilxlorid (PVX), ağac, alüminium, şüşə-plastik, həmçinin kombinə edilmiş sistemlər – alüminiumla taxta və PVX ilə alüminiumun birləşməsindən istifadə edilirdi. Həndəsə və kəsiklərin xüsusiyyətləri istehsalçılardan asılı olaraq ayrı-ayrı detallarda dəyişə bilər, lakin bu zaman bütün şirkətlərdə həm ayrı-ayrı profillərin, həm də bütövlükdə sistemin vahid ümumi quruluş prinsipi saxlanılır. 


Оценка 0 из 5. Оценок: 0.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat