Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

"Mosbild 2002": VEKA yeni məhsulları

“Moskva inşaat həftəsi” bütün inşaat sahəsinin həyatında xüsusi hadisə, bir növ suayırıcıdır. Bir çox inşaatçıların illik planları ikiyə ayrılmış görünür – “Mosbild”ə qədər və ondan sonra. Bunda qəribə heç nə yoxdur – məhz bu sərgidə nəticələr çıxarılır, ən mühüm tanışlıqlar baş verir, ən əhəmiyyətli sövdələşmələr əldə olunur, danışıqlar aparılır və müqavilələr yaranır. Mövsüm məhz buradan başlayır. Buna görə hər bir şirkət bu tədbirə maraqlı və yeni, sözün əsl mənasında eksklüziv, rəqiblərdən üstün olmasını və üstünlük əhval-ruhiyyəsini qoruyub saxlaya bilməsini təmin edəcək bir şey hazırlamağa çalışır. Plastik profil sistemləri bazarında qabaqcıl mövqelərdən birini tutan VEKA konserni də kənarda qalmadı və yaranmış sex ənənələrinə riayət etdi. 2001-ci ildə baş tutan keçən sərgidə Rusiya inşaat cəmiyyətinə Euroline-nın yerli inşaat bazarının, ilk növbədə obyekt inşaatının tələb və ənənələri nəzərə alınmaqla hazırlanmış yeni profil sistemi təqdim edildi. Ötən il göstərdi ki, konsernin marketoloqları və mühəndisləri “quşu gözündən vurub” və bunun ən yaxşı sübutu VEKA tərəfdaşlarının bu müddət ərzində qazandığı çox sayda inşaat tenderləri və şirkətin satış həcminin artması ola bilər. Təəccüblü deyil ki, bu il də VEKA tərəfdaşları Rusiyanın ən böyük inşaat sərgisinə ən müxtəlif ümidlər bəsləyirlər. VEKA bu dəfə nə təklif edir?

Müxtəliflik rəqabət üstünlüyü kimi

Şirkətin ötən il təklif etdiyi profil çeşidlərində böyük dəyişikliklər baş verib. VEKA mühəndisləri çeşidlərin çoxaldığını deyərkən prinsipcə yeni sistemlərin hazırlanmasından daha çox artıq mövcud olan həllərin daxilində inşaatda və memarlıqda VEKA profillərindən istifadə sahəsini xeyli genişləndirməyə imkan verən yeni mövqelərin inkişafını nəzərdə tuturlar. Əvvəlki kimi, üç əsas sistem – Softline, Euroline və Topline təməli təşkil edir. Euroline-nın misilsiz uğuruna baxmayaraq, digər iki profil ailəsinə olan tələbat da durmadan artır. Şirkətin tərəfdaşlarının, xüsusən şimal bölgələrdə, dördkameralı Topline profilinə olan marağının artdığını xüsusi qeyd etmək istərdik. Bu, VEKA-nın seçdiyi marketinq strategiyasının düzgün olduğunu göstərir – bazarın hər-hansı seqmenti - elit və ya obyekt inşaatı ilə kifayətlənməyərək, istehsalçıya ən müxtəlif sifarişçilərə münasibətdə öz yolunu tapmaq imkanı verən profil sistemləri təklif etmək. “Rusiya yarımşəffaf konstruksiyalar bazarı getdikcə ilk növbədə daha tələbkar, ikincisi isə, daha müxtəlif olur. Buna görə bizim istehsalçıya “minimal çeşidlər” təklif edərək, onu komplekti tamamlamaq üçün əlavə imkanlar axtarmaq məcburiyyətində buraxmağa haqqımız yoxdur”, deyir VEKA Rus-un baş direktoru cənab Beckhoff. “VEKA-ya müraciət edən tərəfdaşımız əmin ola bilər ki, o, bizdə bütün əsas və əlavə profillər palitrasını – klassik “çərçivə - tay – impost – tamasa” kompozisiyasından bərpa işləri üçün dekorativ bəzəklərə qədər hər şey əldə edə bilər”. Məhsul çeşidlərinin daim yenilənməsi, onların mühəndislik cəhətdən inkişafı və optimallaşdırılması VEKA istehsalçılarına istənilən sifarişləri həyata keçirərkən özlərindən əmin olmaq imkanı verir, söhbət mürəkkəb, qeyri-standart həllərdən gedirsə belə.

Təkcə pəncərə deyil …

Plastik pəncərə sistemləri artıq yerli istehlakçılar üçün yeni və ekzotik bir şey deyil. Onlarla yanaşı, VEKA Rusiya bazarında getdikcə daha fəal şəkildə həyatımızı daha sakit, rahat və müdafiəli edən yeni PVX məmulatları təklif edir. Bu, ilk növbədə VEKA qapı sistemləridir. Pəncərə profillərində olduğu kimi, burada da ilkin komponentlərin mükəmməl keyfiyyəti, mühəndis həllərinin yüksək səviyyəsi və hazır konstruksiyaların hazırlanması zamanı imkanların heyranedici müxtəlifliyi özünə diqqət çəkir. Klassik variantlarla yanaşı, VEKA profilləri qeyri-standart qapı sistemlərinin hazırlanmasına da imkan verir: siyirmə, qatlanan qapılar mümkün olanların kiçik bir hissəsidir. Zərif dizayn, xüsusi elastik sıxlaşdırmalar, sabit çoxkameralı konstruksiya, metal gücləndirmə, ən qabaqcıl şüşələmə texnologiyalarından istifadə imkanı – bütün bunlar VEKA qapı sistemlərinə gündən-günə yeni sifarişçilər cəlb edir. Möhkəm, etibarlı və gözəl VEKA qapıları ən cəsarətli dizayner ideyalarını həyata keçirməyə imkan verir, onların optimallaşdırılmış istehsal texnologiyası isə VEKA istehsalçılarına ən amansız rəqabət mübarizəsində özlərindən əmin olmaq imkanı yaradır. Yerli bazarda jalüzi mövzusu daha az inkişaf edib. Avropa və Amerikada jalüzlər çoxdan həyat standartının ayrılmaz hissəsini təşkil edir və artıq pəncərə konstruksiyasının mühüm elementidir – onlardan istifadə istilik itkisini xeyli azaltmağa, mənzili kənar gözlərdən, küləyin təsirindən və çağırılmamış qonaqların qəsdindən etibarlı şəkildə qorumağa imkan verir. Təklif olunan VEKA məhsullarına bu mövzu ilə bağlı bütün mövqelər də aiddir. Bu, tarixi cəhətdən də izah oluna bilər, belə ki, jalüzi parçaları 60-cı illərin sonlarında VEKA-nın ilk məhsulu olub. Bu gün VEKA ən tələbkar müştərinin belə tələblərini təmin edə biləcək müxtəlif jalüzi sistemləri təklif edir. Qatlanan və ya açıq pəncərə çərçivələri də yerli bazarda nisbətən yeni məhsullar qrupuna aiddir. Baxmayaraq ki, ənənəvi olaraq onlar jalüzilərdən daha çox öyrəşilmiş və daha yaxındır. Lamellaların mailik dərəcəsinin tənzimlənməsi işıq axınını səmərəli şəkildə idarə etməyə imkan verir, VEKA qatlanan çərçivələrinin konstruksiyası 11 millimetrdən 20 mm-dək eni olan xonçalardan istifadə etməyə imkan verir, vintli kanalları olan xüsusi gücləndiricinin tətbiqi isə çərçivələrin etibarlı bərkidilməsini təmin edir. Belə çərçivələrdə furnitur bilavasitə gücləndiriciyə birləşdirilir ki, bu da onun etibarlılığını və uzunömürlülüyünü xeyli artırır.

Profil sifariş etmisiniz?

VEKA istehsalçıları üçün ən əsas və eyni zamanda ən xoş sürpriz isə müəssisənin yeni logistika konsepsiyasıdır, onun mahiyyəti kifayət qədər sadədir – profilin müştəriyə qədər çatdırılmasının təşkili. İş ondadır ki, VEKA-nın istənilən bazarda fəaliyyətinin əsası istehsalçı ilə birbaşa əlaqələr prinsipinin ardıcıl reallaşdırılmasıdır. VEKA ilə əməkdaşlıq edərkən istehsalçı əmin ola bilər ki, o, profili bilavasitə istehsalçıdan, birinci əldən alır. Bu iş sxemi VEKA-ya bir tərəfdən tarazlaşdırılmış qiymət siyasəti həyata keçirmək və son məmulatların keyfiyyətinə daha səmərəli nəzarət etmək imkanı verir, digər tərəfdən isə anbar və logistikanın konseptual tərtibi işinin təşkilinə yüksək tələblər irəli sürür. Müəssisə rəhbərliyi bir neçə çatdırma sxemini sınadıqdan sonra “Müştəriyə qədər çatdırma” prinsipinin tədricən həyata keçirilməsi və onun istehsalçı üçün servis paketinə daxil edilməsi haqqında qərar qəbul etdi. VEKA bölgələrdə vasitəçi, ticari qurumların yaradılması yolundan şüurlu şəkildə imtina edərək, daha mürəkkəb, amma gələcək nöqteyi-nəzərdən daha səmərəli təchizat mexanizmi seçdi. “Şirkət qarşısında duran vəzifələrin, ilk növbədə logistika sahəsində, bütün çətinliyini və böyüklüyünü dərk etsək də, təklif etdiyimiz profilin çatdırılması sxemi Kalininqraddan Cənubi Saxalinskə qədər tərəfdaşlarımızın fasiləsiz təchizatını təmin etməyimizə imkan yaradacaq”, deyir VEKA Rus MMC-nin direktoru V.A.Kovaçev. Liderlik bir çox öhdəliklər yaradır və VEKA Rus bu öhdəlikləri yerinə yetirməyə hazırdır.


Оценка 0 из 5. Оценок: 0.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat