Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

LÖVHƏ ŞƏKLİNDƏ OLAN PLASTİKLƏRDƏ TENDENSİYALAR

Xarici reklamın istehsalında tətbiq edilən ən vacib materiallardan biri plastik və alümin lövhələrdir. 

Bu materiallar bazarı daim hərəkətdədir – istehsalçılar plastik və alümin lövhələrin yeni rəngləri, yeni ölçüləri, yeni keyfiyyətini təklif edir, bu da onların tətbiq edilməsi sahəsini genişləndirməyə və müxtəlif dizayn proyektlərini həyata keçirməyə imkan verir. Materialların emal edilməsinin geniş imkanları sayəsində  (onların üzərində dəlik açmaq, onları kəsmək, formaya salmaq (qəlibləmək),  doğramaq, çap üçün istifadə etmək olar) reklam məhsulu istehsalçıları arasında özlərini ən yaxşı şəkildə tanıtmışdır. Hazırda, reklamda tətbiq edilən materialların keyfiyyətinə daha çox diqqət ayrılır. Artıq yalnız uyğun gələn xüsusiyyətlər həmişə kifayət etmir – hazır məmulatın necə görünəcəyi, şirkətin imicinə necə təsir edəcəyi həmçinin vacibdir. Bəzi hallarda reklam xarakterli lövhəciklərin istehsalı üzrə mütəxəssislər sifarişçi-şirkətin surətini vurğulamaq üçün istehsal zamanı plastik və kompozit materialın bu və ya digər markasını təklif edən dizaynerin rolunu icra etməyə başlayırlar. Digər biznesdə olduğu kimi reklam daşıyıcıları bazarında  da rəqabət mövcuddur. Löhvə materiallarına qarşı emal edilən  ən yaxın rəqib banner parçasıdır. Xarici tətbiq etmə üçün rəqəmsal çapın yaranması ilə əlaqədar olaraq asanlıqla əyilə bilən (elastik) əsasların satış həcminin artması xüsusilə müşahidə edilmişdir. Lakin, çətin ki, bu tətbiq etmə sahəsi bərk plastiklərə münasibətdə təhlükə yaratsın – bu yalnız, banner istehsalçılarının əldə etməyə tələsdikləri yeni mərhələdir. Böyük formatlı lövhəcikləri ilə vəziyyət başqadır. Rusiyada vinil parçalarının çəkilməsi üçün xüsusi alümin profil sistemlərinin meydana gəlməsi ilə bir çox reklam istehsalçıları reklam daşıyıcıları qismində məhz asanlıqla əyilə bilən (elastik) əsaslardan istifadə etməyi təklif etməyə başladılar, çünki onlar praktiki olaraq qeyri-məhdud   birləşmə yerləri olmayan ölçülərə malik və böyük formatlarda reklamı bərabər və xidmət göstərməsində sadə etməyə imkan yaradır. Rusiyada banner materiallarından  istifadənin artırılması çox sayda eksperimentlərə gətirib çıxardı ki, onların nəticəsində də parçadan istifadəyə böyük ehtiyac olmadıqda belə ondan istifadə edirdilər (xüsusilə, kiçik formatlı  işıqsız lövhəciklərdə). Lakin vaxt keçdikcə hər şey öz yerini tutmuş, və hazırda çox nadir hallarda kimsə ənənəvi olaraq plastikin tətbiq edildiyi yerdə bannerdən istifadə etmək qərarına gələcəkdir. Bundan əlavə, bərk lövhə materiallarının istehsalçıları özləri bazardakı müxtəlif tendensiyalar və dəyişikliklərə daimi reaksiya göstərir və öz mövqelərini  əldən verməmək üçün yaxşılaşdırılmış və ya genişləndirilmiş istifadə imkanları ilə olan materialları təklif edirlər. Biz sözlə, hər bir material öz tətbiq etmə yeri və sahəsinə malikdir, bu da nəticədə xarici rəqabətə az təsir göstərir. Digər reklam əsasları kimi plastik və kompozit materialları satış həcmini artırır, öz fərdi istiqamətlərində inkişaf edir.Löhvə  materiallarının aparıcı dünya istehsalçıları ilə aparılmış sorğu bu sahəyə ən azı yaxın gələcəkdə heç bir təhlükənin olmadığını göstərir. Hərçənd ki, ədalət naminə, demək lazımdır ki, bu gün, bu və ya digər materialların dünya satışı ilə bağlı obyektiv məlumatlar mövcud deyildir. Bu məlumatlar, şəxsi fikir və intuitiv hisslərin (vəziyyətin) əsasında deyil məhz statistika əsasında bazarın daha dəqiq təhlilini həyata keçirməyə və inkişaf tendensiyalarını aşkar etməyə imkan verə bilərdi. Söhbət böyük və perspektivli biznes haqqında getdikdə intuisiya sonuncu məsələ deyil.  Bundan başqa, vəziyyət fərqli olsaydı, dəyişiklik reklam istehsalı sahəsində məşğul olan hər kəsə məlum olardı və bu halda, biz hazırda başqa tendensiyalar barədə yazardıq. 

Rusiyada bu bazar ilə əlaqədar olanların nəyin gələcəyi (olacağı) və nəyin qalacağı barədə fikrini bilmək, həmçinin bu və ya digər materialı təklif edərək görüntünün tamlılığı üçün onların çeşidləri və onların hansı xidməti göstərdikləri ilə tanış olmaq maraqlı olardı.

VEKA AG (Almaniya)

Şirkət 1969-cu ildə Almaniyanın Zendenxorst şəhərində Henrix Laumann tərəfindən yaradılmışdır. Hal-hazırda bu, PVX lövhə plastikləri, PVX və alümin ilə kompozit materiallarının aparıcı Avropa istehsalçılarından biri və PVX profili istehsalında dünya lideridir. 

Nələr gözlənilir (əvəzinə nə gələcək)

Dizaynerlər tərəfindən daim artan ehtiyaclar, emal zamanı az sayda tullantıların olması, nəticə etibarilə daha qənaətlə işləmək istəyini nəzərə alaraq lövhə şəklində olan plastiklər bazarı geniş və böyük formatlı materiallar istiqamətində inkişaf edir. Məsələn, VEKA AG şirkəti VEKAPLAN K, kompakt zərbəyə davamlı PVX- lövhələri, və VEKAPLAN SF, artıq bu gün enliliyi 2m və uzunluğu 4 metrə qədər olduqca yüngül sərbəst şəkildə köpükləndirilmiş PVX – lövhələrini təklif edir.

Reklam bazarında inteqral köpükləndirilmiş plastiklər heç vaxt olmadığı qədər məşhurdur. VEKA AG şirkətinin bu ailəyə (topluya) aid VEKAPLAN  S materialı  daha çox tərəfdarlarını tapır. Celuka  texnologiyası üzrə istehsal edilən hamar səthə malik köpükləndirilmiş inteqral PVX-lövhələri  emalda olduqca asan – istənilən ağac emal edən alət vasitəsilə mişarla kəsilməsi, oyuq açılması, frezerləməsi (frezerlə işləmək) və fiqur şəklində işlənməsi mümkündür. Həlledici amillərdən biri ondan ibarətdir ki, VEKAPLAN S plitələrinə öz-özünə yapışan plyonka və ipək üsulu ilə trafaret çap çətinlik olmadan tətbiq edilir və onlar asanlıqla yapışdırılır, rənglənir və vintlər ilə bərkidilir. Bu plastik inşaatçılar (memarlar)  və reklamçılar tərəfindən xarici istifadə zamanı daha tez-tez tətbiq edilir, çünki qeyd edilən plastik istər zərbə, işıq, hava şəraitləri kimyəvi preparatlar, istərsə də rütubətlik və  korroziya qarşı davamlıdır.

 

DEMİURQ

Nə qalacaq

Akril şüşə hər halda üstün mövqeyini qoruyub saxlayacaq, çünki onun tətbiqində çox az məhdudiyyətlər var. Şanşəkilli polikarbonat hazırda ölçülərinə və gözəl texniki xüsusiyyətlərinə - yüngüllüyünə və davamlılığına görə çox məşhurdur, buna görə gələcəkdə də istehlakın artması təmayülü davam edəcək.

Nə ilə əvəz ediləcək

İnteqral köpükləndirilmiş PVX artıq reklam bazarına çıxıb, bundan əvvəl isə inşaatda ondan fəal şəkildə istifadə olunurdu. Bu materialın istənilən hava şəraitinə yüksək səviyyədə davamlılığı, çəkisinin az olması və səthinin yüksək keyfiyyəti onun reklam sənayesində tətbiqi üçün böyük imkanlar yaradır.

Çeşidlər

Hazırda “Demiurq” müştərilərinə hər növ reklam istehsalı üçün 600-dən çox adda material təklif edir. Təklif olunan materialların müxtəlif rəng ahəngləri, qalınlıq və tətbiq sahələrinin geniş spektri müştəriyə ən sərfəli seçimi etmək imkanı verir. “Demiurq” ən böyük istehsalçıların - ATOHAAS, BARLO PLASTICS, HENKE PROJECT, MACTAC, METZOPLAST, OSRAM, PHILIPS, POLYGAL, SIRO-BURG, VEKA, USIPLAST, “ORQSTEKLO” ASC və bir çox digər şirkətlərin materiallarını təqdim edir. Məhsul çeşidlərinə orqanik şüşə, polistirol, SAN, PETQ, bütöv polikarbonat, şanşəkilli polikarbonat və onun bərkitmə sistemləri, bütöv polipropilen, şanşəkilli polipropilen, dekorativ plastiklər və profillər, sərt PVX, köpükləndirilmiş PVX, profilləşdirilmiş PVX, yapışqanlı plyonka, işıqlı reklam üçün lampalar və komplekt hissələri, yapışqanlar və həlledicilər daxildir.

Firmanın xidmətləri

“Demiurq” servis xidməti alınan materialların Moskva və Moskva vilayəti ərazisində çatdırılmasını, habelə bütün ölkə üzrə çatdırılmanın təşkilini təklif edir. Materialın birbaşa anbardan çıxarılması zamanı tələb olunan ölçüdə kəsilməsi xidmətinə böyük tələbat olur.

İnteqral köpükləndirilmiş PVX artıq reklam bazarına çıxıb, bundan əvvəl isə inşaatda ondan fəal şəkildə istifadə olunurdu. Bu materialın istənilən hava şəraitinə yüksək səviyyədə davamlılığı, çəkisinin az olması və səthinin yüksək keyfiyyəti onun reklam sənayesində tətbiqi üçün böyük imkanlar yaradır.

Akril şüşə hər halda üstün mövqeyini qoruyub saxlayacaq, çünki onun tətbiqində çox az məhdudiyyətlər var. Şanşəkilli polikarbonat hazırda ölçülərinə və gözəl texniki xüsusiyyətlərinə - yüngüllüyünə və davamlılığına görə çox məşhurdur, buna görə gələcəkdə də istehlakın artması təmayülü davam edəcək.

KRİSTALLİKA

Nə qalacaq

Şirkətin təklif etdiyi materialların ənənəvi geniş spektri: akvariumların hazırlanması üçün qalın tökmə orqanik şüşə, dizaynerlər üçün orqanik şüşədən borular, VEKA PVX, reklam hazırlanması üçün SENOPLAST polistirol.

Nə ilə əvəz ediləcək

“KRİSTALLİKA”nın gələcək planlarına “MAKROFORM” şirkətinin materiallarının: VİVAK, AXPET polietilentereftalat, MACROLON polikarbonat;, ROYALİTE və ATHLONE firmalarının zərbəyədavamlı polistirolunun; ROYALİTE firmasının ümumi təyinatlı polistirolunun, SİRO-BURG firmasının materiallarının tədarükü və satışı daxildir. Həmçinin, Rusiyanın regionlarında şəbəkənin genişləndirilməsi planlaşdırılır.

Firmanın servisi

“MiAndr” və “Termo-VF” şirkətlər qrupunun tərkibində “Kristallika” geniş xidmətlər spektri təklif edir: Rusiyada təbəqə materialların hazırlanması (0,3 mm-dən 2 mm-ə qədər cilalı polistirol, 2 mm-dən 6 mm-ə qədər donuq polistirol, 2 mm-dən 6 mm-ə qədər hamar və naxışlı ABS, RAL kodlarına uyğun olaraq istənilən rəng); vakuumlu və termoqəlib; sənədlərin hazırlanması; istənilən növ təbəqə materialdan məmulatların qəlibə salınması, kəsilməsi və yapışdırılması.

ORQANİK ŞÜŞƏ

Nə qalacaq

“Orqsteklo” şirkətinin fikrincə, işıqlı reklamların hazırlanması üçün istifadə olunan əsas materiallardan biri orqanik şüşə olaraq qalacaq (PMMA lövhələri). Xarici reklamın və sərgi stendlərinin hazırlanması üçün VEKAPLAN SF kimi köpükləndirilmiş PVX təbəqələr əvvəlki kimi geniş tətbiq olunacaq.

Çeşidlər

Satış proqramına əsasən ROHN (Almaniya) zavodunun və Rusiya istehsalçılarının məhsulu olan 1 mm-dən 25 mm-dək qalınlığı olan müxtəlif rəngli PMMA lövhələr (akril şüşə) daxildir. Həmçinin, Decarglas və Makrolon çoxtəbəqəli polikarbonat lövhələr, Vekaplan köpükləndirilmiş PVX, polistirol və poliesterdən təbəqələr təklif olunur.

İstənilən növ plastik üçün geniş çeşiddə yapışqanlar təklif olunur.

Firmanın servisi

“Orqsteklo” QtSC minimal partiya məhdudiyyəti olmadan, müştəriləri plastiklərlə təchiz edir. Bütün əsas çeşidlər anbardadır. Alış zamanı sifarişçinin ölçülərinə uyğun lövhələr kəsilə bilər, firmanın emalatxanasında plastikdən istənilən məmulatı sifariş vermək olar.

PRİZMA-PLASTİK

Nə ilə əvəz ediləcək

Xarici reklamda bu gün tətbiq olunan plastiklərdən heç biri “unudulmaq” təhlükəsi ilə üz-üzə deyil. Yeni növ və markalı materiallar meydana çıxdıqca, yalnız onların tətbiq və müvafiq olaraq satış nisbəti dəyişir. Əvvəlki kimi sağlam rəqabət mövcuddur: polistirol-PVX, akril şüşə - “lümiskrin” və s., müxtəlif istehsalçıların eyni növlü plastik markaları da rəqabət aparır.

Xarici reklam üçün istifadə olunan materialların çeşidlərinin bundan sonra da genişləndirilməsi nəzərdə tutulur – bir tərəfdən alüminium örtüklü PVX-dən (məsələn, VEKAPLAN AL), yüksək zərbəyə, cızıqlara və UB şüaların təsirinə davamlı və geniş dizayn imkanlarına malik akril örtüklü ABS-plastikdən (məsələn, Avstriya məhsulu olan SENOSAN AM50SOLAR)  sendviç-panellər kimi daha bahalı və etibarlı plastik növləri hesabına, digər tərəfdən, saynmeykerlərin (xarici reklam üzrə mütəxəssis)  gerçəkləşən arzusu olan “qənaətli” plastiklərin perspektivi aydın görünür. Hazırda mövcud olan termoqəliblənmiş reklam məmulatlarının istehsal həcminin artması tendensiyası bütün keyfiyyətli idxal termoplastik materiallara – tökmə orqanik şüşəyə, zərbəyədavamlı polistirola, yığcam və sərbəst köpükləndirilmiş PVX-yə, tökmə polikarbonata, ABS-plastikə yüksək tələbat olacağını ehtimal etməyə imkan verir.

Firmanın servisi

Plastiklərin kəsilməsi və çatdırılması; İnternetdəki veb-səhifədə çeşidlərdə dəyişikliklər haqqında daim yenilənən məlumat və cari qiymət siyahısı; əldə olunan istənilən plastik haqqında dolğun texniki məlumatın verilməsi. Xarici reklamda tətbiq olunan, demək olar ki, istənilən növ plastikdən, o cümlədən tələb olunan qalınlıqda, ölçüdə və rəngdə topdan sifariş vermək imkanı. Bəzi materiallarda 5 təbəqədən etibarən sifarişlər qəbul olunur (xüsusən, “VEKAPLAN” PVX-nin bütün çeşidlərində).

Çeşidlər

Şirkət 1000-dən çox adda məhsul təklif edir. Bu, həm əvvəlki kimi böyük tələbat olan ənənəvi materiallar – orqanik şüşə, polistirol, PVX, həm də nisbətən yeni materiallardır. Onlara işıqlı reklam istehsalçıları arasında ildən-ilə daha çox məşhurlaşan “Lümiskrin” Avstriya plastiki aiddir (orqanik şüşədən daha çox zərbəyə davamlıdır, emalı daha asandır, işığı ideal yayır və analoji materialdan daha ucuzdur ki, bu da çox vaxt həlledici amil olur). Şübhəsiz, AKYVER SIGN (Fransa), DAULUX (İtaliya), LEXAN-dan ağappaq şanşəkilli polikarbonat da diqqətə layiqdir.

Bu material böyük ölçülü daxili işıqlandırmalı lövhələrin hazırlanmasında əvəzolunmaz materiala çevrilib (12 m-ə qədər uzunluğu olan şanşəkilli polikarbonatın tətbiqi tikişsiz keçinmək və reklam konstruksiyasının karkasını sadələşdirmək imkanı verir). Avstriyanın İROPLASTİCS və SENOPLAST firmalarının istehsalı olan zərbəyədavamlı ağ və rəngli polistirol; AKRYLON ekstruziya metodu ilə hazırlanmış orqanik şüşə (Slovakiya) və ingilis məhsulu olan MODEN GLAS şəffaf tökmə orqanik şüşə də hər zamanki kimi tələbat görür. 2000-ci ildən etibarən şirkətin təqdim etdiyi çeşidlər arasında daim VEKA firmasının istehsalı olan VEKAPLAN PVX lövhələrinin hər növü var. Şirkətin təqdim etdiyi çeşidlər arasına həmçinin yeni material – İROPLAST SB ECONOMY-nin daxili təbəqəsi polistirol regeneratından və xarici təbəqələri ağ rəngli zərbəyədavamlı polistiroldan ibarət olan üçqatlı sendviç lövhələr daxil olub.

Plastiklərin kəsilməsi və çatdırılması; İnternetdəki veb-səhifədə çeşidlərdə dəyişikliklər haqqında daim yenilənən məlumat və cari qiymət siyahısı; əldə olunan istənilən plastik haqqında dolğun texniki məlumatın verilməsi. Xarici reklamda tətbiq olunan demək olar ki, istənilən növ plastikdən, o cümlədən tələb olunan qalınlıqda, ölçüdə və rəngdə topdan sifariş vermək imkanı. Bəzi materiallarda 5 təbəqədən etibarən sifarişlər qəbul olunur (xüsusən, “VEKAPLAN” PVX-nin bütün çeşidlərində).

KİMYƏVİ XAMMAL

Nə qalacaq

Hazırda PVC bazarı çox böyük və zəngindir. Bununla belə, köpükləndirilmiş təbəqə PVX lövhələr kifayət qədər uğurla satılır. Təbəqə plastiklərdən daha çox ağ rəngli lövhələrə tələbat olur.

Nə gələcək

SF və AL materiallarının gələcəyi parlaqdır. SF PVX reklamda, inşaatda və dekorasiyada tətbiq olunur. Rəngli plastiklərdən adətən içəridə istifadə olunur. AL kimi lövhələr inşaatda binanın hər iki tərəfində - həm daxilində, həm də xaricində tətbiq olunur. Onlar hər iki tərəfdən təbəqə alüminiumla örtülüb. Bu plastik üzərinə plyonka və çap materialları yapışdırılması üçün uyğundur.

Çeşidlər

Hazırda şirkət müxtəlif rəngli və istənilən ölçüdə VEKA məhsullarını təklif edir, onları Moskva şəhərində anbarda əldə etmək olar.

Firmanın servis xidməti

Şirkətin Moskvadakı anbarından bütün məhsul çeşidlərinin təklifi. VEKA firmasından birbaşa tədarük nəticəsində plastiklər 2 həftə ərzində müştəriyə çatdırılır. Lövhələrin istənilən formatda kəsilməsi və çatdırılması kimi əlavə xidmətlər də göstərilir.Hazırda şirkət müxtəlif rəngli və istənilən ölçüdə VEKA məhsullarını təklif edir, onları Moskva şəhərində anbarda əldə etmək olar.

SF və AL materiallarının gələcəyi parlaqdır. SF PVX reklamda, inşaatda və dekorasiyada tətbiq olunur. Rəngli plastiklərdən adətən içəridə istifadə olunur. AL kimi lövhələr inşaatda binanın hər iki tərəfində - həm daxilində, həm də xaricində tətbiq olunur. Onlar hər iki tərəfdən təbəqə alüminiumla örtülüb. Bu plastik üzərinə plyonka və çap materialları yapışdırılması üçün uyğundur.

Hazırda PVC bazarı çox böyük və zəngindir. Bununla belə, köpükləndirilmiş təbəqə PVX lövhələr kifayət qədər uğurla satılır. Təbəqə plastiklərdən daha çox ağ rəngli lövhələrə tələbat olur.


Оценка 5 из 5. Оценок: 1.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat