Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

Keyfiyyətli məhsul — uğurun əsasıdır

Üç qitədə sıravi vətəndaşlara VEKA AG alman şirkəti və onun törəmə müəssisələri pəncərə və qapıların istehsalı üçün plastik profillərin aparıcı təchizatçılarından biri kimi məlumdur.  Lakin xarici reklamın qurucuları və istehsalçıları VEKA şirkətinin PVX-dan hazırlanan və lövhə şəklində olan plastikləri (PVX lövhə plastikləri) kimi digər məsulu ilə həmçinin yaxşı tanışdırlar. VEKAPLAN  lövhə materiallarının istehsalı və tədarükü ilə məşğul olan bölməyə rəhbərlik edən və VEKA AG şirkətinin rəhbəri cənab Yorq Xemmer bizim redaksiyanın qonağıdır.

— Cənab Xemmer, zəhmət olmasa, VEKA AG şirkətinin tarixçəsi haqqında qısaca olaraq  danışın.
— 
1969-cu ildə, Henrix Laumannın Zendenxorst şəhərində (Almaniya) kiçik VEKAPLAST firmasına başçılıq etdiyi müddətdə başladı. Bu, 8 nəfərdən ibarət ştata malik və  pəncərə profilində ixtisaslaşan ailə müəssisədir. İstehsalatın genişlənməsi artıq 1971-ci ildə baş vermişdir və bu vaxtdan etibarən ailə firması sürətli inkişaf  etməyə başlamışdır. Artıq 70-ci illərin sonunda Henrix Laumann və onun komandasının uğurunu sexlərin ətrafında həyata keçirilən tikinti işləri əsasında görmək olar – zavodun genişləndirilməsi üçün Zendenxorst şəhərində 31.000 kvadrat metrlik  torpaq sahəsi  mənimsənilirdi (istifadə edilirdi). Çox keçmədən pəncərələrin istehsal edilməsi üçün  PVX plitələrinə ehtiyac yaranmışdır  - plastik qapı  və pəncərələrin doldurucusu kimi istifadə edilirdi. Ilk əvvəl, onları rəqibdən əldə edirdilər.  1986-cı ildə VEKA şirkəti Celuka texnologiyası üzrə köpükləndirilmiş inteqral PVX-plitələrinin istehsalını (buraxılmasını) özü mənimsəmişdir. Eyni zamanda Battisdə - VEKA şirkətinin Belçikadakı törəmə müəssisəsində bir sıra bərk PVX plastiklərinin buraxılışına başlanmışdır.

— Kiçik ailə firmasından güclü transmilli korporasiyaya qədər böyüməyə necə  müvəffəq oldunuz?

— Əvvəlcədən və bu günə qədər müəssisəyə malik olan Laumann ailəsi istehsalın inkişafına və onun ən yeni texnologiyalar ilə təchiz edilməsinə bütün qazanılmış vəsaitləri daim sərmayə şəklində qoyur, gələcək perspektivlər üçün hesablanmış investisiya siyasətini həyata keçirirdi. Yəni firma nə dərəcədə sürətli inkişaf edirdisə, bir o dərəcədə çox qazanırdı. İşçi heyətinin öyrədilməsi və həmçinin elmi bazanın yaradılmasına böyük diqqət ayrılırdı. Yeri gəlmişkən, VEKA müəssisələrində əməkdaşların motivasiyasına, məsələn, onların səlahiyyətləri və məsuliyyətinin tədricən artırılması, karyerada inkişaf və s.  həmişə xüsusi diqqət ayrılırdı. Bu cür yanaşma heç də hər bir alman firması üçün xarakterik deyildir. 

— Hazırda VEKA AG şirkəti Avropa bazarında hansı mövqeləri tutur?

 — Biz pəncərələr üçün plastik profilin iki aparıcı dünya istehsalçıları sırasına aid edilirik və Avropada PVX lövhə materiallarının istehsalı üzrə liderlərin üçlüyünə daxil edilmişik.  Hazırda Avropa, Asiya və Amerikadakı müəssisələrdə iki mindən artıq insan işləyir.

— Bəs Siz Rusiya bazarında nə vaxtdan  etibarən  fəaliyyət göstərirsiniz?

 — Biz Rusiyada işləməyə təqribən 10 il əvvəl başlamışıq. Əvvəlcə bu yenə də pəncərələr üçün profillərin təchizatını həyata keçirirdik, sonra isə PVX lövhələrin də çatdırılmasına başladıq. 1995-ci ildə sifarişçiləri dəstəkləyərək yerində də xidmət göstərən Rusiya nümayəndəliyi açılmışdır. Plastik reallaşdırılması üzrə uzunmüddətli əməkdaşlığın aparıldığı ilk Rusiya şirkəti “İtrako” firması olmuşdur. Bu günə qədər biz əsasən, lövhə şəklində olan plastiklərin ticarəti üzrə ixtisaslaşmış firmalara əsaslanaraq, öz distribyutor şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirmişik.

— Məndə olan məlumata görə, VEKA pəncərə profilinin buraxılışı üzrə Rusiyada zavod inşa edilib?

 — Bu şirkətin strategiyasıdır. Bu və ya digər bazara çıxanda, əvvəlcə, biz Almaniyadakı baş müəssisədən bizim məhsulun çatdırılmasını həyata keçiririk.  Sonra bazar dinamik şəkildə inkişaf etməyə başladıqda biz alıcının ölkəsində zavodlar inşa edərək  və  bizim firmanın keyfiyyət meyarlarına müvafiq olaraq  yerli məhsulun buraxılışını həyata keçirərək, ona yaxınlaşmağa çalışırıq.

—Demək, biz, tezliklə Rusiyada VEKA şirkəti tərəfindən plastiklərin istehsalını nizama salınacağını gözləyə bilərik?

— Hələ ki, oxşar məsələ müzakirə edilməmişdir – yəqin, bunun üçün hələ vaxt gəlməyib, lakin biz bu cür imkanı istisna etmirik.

— Cənab Hemmer, VEKA PVX-plastiklərinin dünyanın Amerika, Avropa, Asiya kimi müxtəlif bölgələrinə çatdırılması haqqında müqayisəli məlumatlar mövcuddur?  Və bu məlumatlar əsasında müvafiq reklam istehsalçılarının “maddi” marağa meyli  barədə nə demək olar?

— Hazırda belə bir məlumatım yoxdur, yalnız deyə bilərəm ki, Qərbi Avropada xarici reklam üçün PVX löhvəciklərinin çatdırılması üzrə  biz bazarın 20-30%ni əhatə edirik. Müxtəlif  bazarların nisbi istehlak həcmləri haqqında danışsaq, bu zaman növbəti tendensiya müşahidə edilir: hər yeni bazar daha ucuz materiallardan başlayır  və inkişaf etdikcə daha  keyfiyyətli tərkib hissələrini tələb edən məhsulun keyfiyyəti artır. Yadınıza salın, Rusiyada  əvvəllər reklam xarakterli lövhəciklər (elanlar) fanerdə, sonra polistirolda, hazırda isə bir çox hallarda PVX-plastiklər dən istifadə edilir. Hazırda, xüsusilə də Qərbi Avropada müşahidə edilən, yeni nəsl löhvəciklərin – kompozit materialın istehlakı bazarın daha çox inkişaf etməsinin göstəricisidir.

— Yəqin ki, VEKA şirkətinin Rusiyada 90-cı ildə deyil, 95-ci ildə meydana gəlməsini məhz bu hal ilə izah etmək olar?

—Tamamilə doğrudur, bizim müşahidələrə əsasən, bazar 95-ci ildə formalaşmışdır,  və artıq bizim plastik məhsullarımız ilə bazara çıxmaq olardı.

— Yenə də, lövhə plastiklərinin tədarükçüləri sırasından Rusiyada öz nümayəndəliyini açan və distributor şəbəkəsini yaratmağa başlayan  ilk siz oldunuz. Bəs hazırda Rusiyada, həmçinin bütün dünyada yeni meydana gələn daha ucuz materiallar ilə rəqabət aparmağa necə müvəffəq olursunuz?

— Bəli, biz Asiya, Şərqi Avropa və ya Hindistandan olan məhsulların təsirini hiss edirik. Lakin, digər tərəfdən, potensial istehlakçıların itkisi bazarın ümumi inkişafı ilə kompensasiya (bərpa) edilir. Biz hər hansı bir ucuz materialların keyfiyyəti və xüsusiyyətlərini yoxlaya bilmərik, lakin təxmin edə bilərik ki, istehsalçılar məsələn, xammalın bəzi tərkib hissələrində qənaət edə bilərdilər, bu da istehlakçı üçün plastikin zərbəyə davamlığı, günəş işığına qarşı davamlılıq kimi bəzi xüsusiyyətlərinə zərər vura bilər. Həmçinin, bir qayda olaraq, daha ucuz materialları tədarük edən şirkətlər məhsul və xidmətlərin bu cür geniş spektrini təklif edə bilməzlər – qalınlıq, rəng ahəngi və s. seçimi məhduddur. Çox güman ki, məhz bu səbəbdən də bizim müştərilər bizə müraciət etməyə davam edirlər.

— Xarici reklamın istehsalı üçün texnologiyalar bazarı daim inkişaf edir. Məsələn, geniş formatlı çapın meydana gəlməsi ilə reklam xarakterli löhvəciklərdə vinil plyonkadan deyil, məhz tam rəngli qrafikadan daha tez-tez istifadə edir, löhvəciklərin üz (üst) hissəsində banerlərin (plakatların) üzlənməsi sistemini plastik və akrildən olan ənənəvi laytbokslar (işıq qutuları) əvəz edir. 

Bu cür texnoloji təkamül  PVX-vərəq lərin dünya istehsalatının həcmlərinə təsir göstərirmi?

— Mən fikirləşirəm ki, yaxın vaxtlarda müxtəlif materialların, həmin bannerlər və plastikin eyni zamanda mövcud olmasını biz müşahidə edəcəyik. Gələcəkdə isə, mənə elə gəlir ki, ayrı-ayrı sahələrdə, əksinə, banerlər son dərəcə sabit möhkəm plastiklər ilə  sıxışdırılaraq çıxarılacaqlar (əvəz olunacaqlar). Ümumiyyətlə isə, dünya üzrə ölkələrə səfər edərkən müşahidə etmişəm ki, şərqə doğru səyahət etdikdə reklamda daha tez-tez banerlərə, qərbə doğru hərəkət etdikcə daha tez-tez polistirol, sonra isə PVX, və uzaq Qərbdə daha bahalı material hesab edilən – kompozit lövhələrə daha çox rast gəlirdim. Həmçinin qeyd etmək lazımdır ki, məsələn, Nyu-York şəhərindəki 30 mərtəbəli ev hündürlüyündə olan NİKE reklamı kimi bəzi hallarda plastik sadəcə uyğun deyil və bannersiz olmaz (bu cür reklam 10 ton çəkisində olardı!). Yəni, xarici reklamın imkanları genişlənir və hər bir materialın öz tətbiq ediləcəyi yer olmalıdır.

— Yaxın gələcəkdə VEKA şirkəti hansı yeniliklər ilə bizi sevindirəcək? Ola bilər ki, planlarınızda  yeni növ məhsulların buraxılışı (istehsalı) nəzərdə tutulur, məsələn, PVX-plyonkların?

— Hazırda biz nə bannerlər, nə də PVX-plyonkaları ilə məşğul olmağı planlaşdırmırıq – bizim mövcud avadanlığımız bunu həyata keçirməyə imkan vermir, həmçinin biz də qarşımızda bu cür məqsədlər qoymuruq. Bunun müqabilində, bizim yeniliyimiz olan - dünyada ilk 2 metr enlilik və 10 metr qalınlığa malik olan inteqral köpüklü PVX-plitəsini – işləyib hazırlamaq və daxil etməyə (təqdim etməyə) müvəffəq olmuşuq. Ümumiyyətlə, hazırda biz 2 metr enliliyə malik bütün növ PVX istehsal etmək iqtidarındayıq. Biz iki qat plastiklərin, yəni daha az keyfiyyətli PVX qatı ilə birləşdirilmiş yüksək keyfiyyətli PVX  istehsalı ilə fəal şəkildə məşğul olmağı həmçinin planlaşdırırıq. Bu material yalnız müəyyən vəziyyətlərdə istifadə edilməsi üçün istehsal olunacaqdır.

— Sonda, Rusiya haqqında bir neçə söz eşitmək istəyərdik. Cənab Hemmer, bütövlükdə onun və xüsusilə də xarici reklamın gələcəyini Siz necə görürsünüz.

 — Biz, Rusiyanın, artıq tutduğu (getdiyi) yoldan dönməyəcəyini fikirləşirik. Bizim fikrimizcə, burada həyata keçirilən demokratik islahatlar, keçmişə yenidən geri qayıtmamaq üçün kifayət qədər dərindir.  Sualın ikinci hissəsinə gəldikdə isə, burada aşağıdakı proqnozları vermək olar: qərbi şirkətlərin Rusiya bazarına daxil olması ilə xarici reklam – onun səviyyəsi və həcmləri də artacaqdır. Əgər, məsələn, “Şeraton” şəbəkəsi sizin ölkənizin ərazisində öz hotellərini inşa etmək ilə bağlı qərara gələrlərsə, bu zaman onlar hətta tikinti meydançasında “Hotelin tikintisi aparılır...” yazısı ilə keyfiyyətsiz hazırlanmış lövhəciyin asılmasına imkan verməyəcəklər. Onlar avtomatik olaraq istehsalçını daha yüksək reklamın hazırlanmasına məcbur edəcəklər. Hazırda Moskva şəhərinin mərkəzində müşahidə etdiyimiz keyfiyyət standartı gələcəkdə ətrafdakı bütün ərazilərə - əvvəlcə paytaxtlar, sonra bütün Rusiyaya yayılacaqdır.

— Ümid edirik ki, bu proses tez bir zamanda baş verəcəkdir.

— Bunun üçün çalışmaq lazımdır. Biz bazarın necə inkişaf etdiyinə sadəcə müşahidə edə bilərik, və yaxud, xüsusilə də. Sizin nəşriyyat vasitəsilə xarici reklamı necə keyfiyyətli istehsal etmək barədə məlumatı yaymaqla birgə təsir göstər bilərik.

 — Bu bizim qəzetin vəzifələrindən biridir.

 —Bu bizim - material, konstruksiya istehsalçıları, ixtisaslaşdırılmış KİV-nin ümumi vəzifəsidir.

— Siz reklam konstruksiya istehsalçılarımız və onların sifarişçilərinə nə arzu etmək istərdiniz?

— Keyfiyyət yolunu seçənlərə, həmin yoldan dönməməyi arzu edə bilərəm, çünki gələcəkdə keyfiyyət standartlarına qarşı irəli sürülən dünya tələbləri artacaq və onlara cavab vermək lazımdır. Keyfiyyətli məhsulun hazırlanması ilə bağlı sifarişçi tərəfindən təzyiq (tələb) artacaq. Yalnız münasib qiymət üzrə sabit şəkildə yüksək keyfiyyətli məhsulu istehsal edənlər fəaliyyətə davam edəcəklər. Bu, onlardan müəyyən marketinq strategiyası və yaxşı tədarükçülərin olmasını tələb edir. Sifarişçilərə mən həmçinin yaxşı reklamı sifariş etməyi arzu etmək istərdim - əgər onun firmasının qapısı üzərində aşağı keyfiyyətli lövhəcik asılı olarsa, bu hiss (təəssürat) bütün şirkətə ötürüləcəkdir və kontorun səviyyəsinin qapı üzərində asılan lövhəciyin səviyyəsinə uyğun olması barədə fikir yaranacaqdır. Reklam istehsalçıları arasında düzgün seçim etmək üçün Sizin nəşr kimi düzgün ixtisaslaşdırılmış ədəbiyyatdan istifadə etmək lazımdır.

"NARUJKA" qəzeti №17

("XARİCİ REKLAM")


Оценка 0 из 5. Оценок: 0.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat