Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

Rusiya iqtisadiyyatının tikinti sektoruna töhfə

8 oktyabr 1999-cu il tarixdə Moskva vilayətinin Troitsk şəhərində PVX profillərinin istehsalı üzrə zavodun rəsmi açılışı baş tutmuşdur. Rusiyada zavodun açılışı VEKA firması tərəfindən 80-ci illərin ortalarından həyata keçirilən ümumi internasionalizm (beynəlmiləlçilik) siyasəti ilə əvvəlcədən müəyyən edilir. Məqsədyönlü menecment, həmçinin tam olaraq müştəriyə istiqamətlənmə prinsipi sayəsində VEKA adı və markası müvəffəqiyyət, etibarlığın sinoniminə çevrilmişdirlər. Qərb istehsalçıları tərəfindən sərmayə yatırılan yeni zavodun tikintisinə 1998-ci ilin oktyabr ayında başlanmışdır. Bu gün ən gənc VEKA-RUS MMC törəmə firmasının inşası başa çatmışdır. Bu firma sayca doqquzuncu törəmə müəssisəsi olmuşdur. Istehsalatın yaradılması kimi ideya 1996-ci ilin sonunda meydana gəlmişdir. Təqribən iki il ərzində bazarın və artıq mövcud istehsalat məkanlarında zavodun yerləşdirilməsi imkanlarının araşdırılması həyata keçirilirdi. Bütün aspektlərin təhlilindən sonra artıq mövcud məkanda zavodun yenidən inşa olunmaması ilə bağlı qərar qəbul edilmişdir. Moskvadan 20 kilometr məsafədə  Troitsk şəhəri yaxınlığında yerləşən 50 il müddətinə icarəyə götürülmüş 6 hektarlıq torpaq sahəsi, sözün hərfi mənasında açıq sahədə bir il ərzində  son alman texnikası ilə təchiz edilmiş səliqəli zavod inşa olunmuşdur.200 m dərinliyində quyu qazılmış, öz mühəndis şəbəkələri salınmışdır,  yarımstansiyalar, qazanxana və texniki suyun ilkin təmizlənməsi və toplanması üzrə qurğular inşa edilmişdir. Tikinti öz işini keyfiyyətli və vaxtında həyata keçirən "Bovis" firması tərəfindən aparılırdı. Layihənin dəyəri 20 milyon alman markası həcmində qiymətləndirilir. Bu zavodun inşası zamanı Moskva vilayətinin Hökuməti və Narofominsk rayon Administrasiyası (İdarəsi) tərəfindən böyük köməklik göstərilmişdir. Bu gün zavod ildə üç min tona qədər məhsul istehsal edə biləcək "WEBER" firmasının (Almaniya) PVX-profillərinin ekstruziyası üçün üç xətti ilə təchiz edilmişdir. Qanad, qutu, orta qayıd və ştapikin istehsalı üçün  dörd tip "Greiner" firmasının filyer və kalibrləmə başlıqları tətbiq edilir. Bütün ekstruziya prosesi kompüterləşdirilmiş, "VEKA-RUS" MMC və Almaniyadakı ana müəssisə arasında peyk rabitə xətti planlaşdırılır. Profilin parametrlərinə nəzarət RAL 716 üzrə həyata keçirilir. Zavod elə bir şəkildə planlaşdırılmışdır ki, gələcəkdə istehsal həcminin analoji inkişafı ilə 12 ekstrudyora qədər xətlərin artırılması mümkün olsun. İnzibati binanın əsası elə bir tərzdə düşünülmüşdür ki, ikinci mərtəbənin əlavə olaraq inşa edilməsi mümkündür.  2300 кv. m sahəyə malik anbarda 1500 artıq profil yerləşə bilər. İstehsalat sexinin sahəsi 1000 kv. m-dən artıqdır.   Yeni zavod və Rusiyada "VEKA-RUS" MMC firmasının direktoru Yozef Bekxoff  Polşada "VEKA" zavoda rəhbərlik etmək təcrübəsinə malikdir. Hazırda o, Rusiyada yeni törəmə müəssisə ilə rəhbərliyi həyata keçirmək qarşısında durur. Planlaşdırılan ştat – 42 nəfər, birinci mərhələdə ştatın ən azı yarısı  Almaniyadan olan mütəxəssislərdir. Artıq anbarlara çox sayda əsas və əlavə profillər gətirilmişdir və may ayının sonunda onların satışına başlanmışdır.  Bununla da, Rusiya müştəriləri üçün, istənilən sayda əldə edilə biləcək və gömrük rəsmiləşdirilməsindən keçmiş mal ilə təchiz olunmalarının əlavə imkanı təqdim edilmişdir ki, bu da PVX-dan hazırlanan pəncərə bazarında əlavə üstünlüklər verir, firmanın rəqabət aparmaq bacarığı daha da artır. Açılış mərasimində Rusiyanın iqtisadiyyat naziri A.Q.Şapovlyants, Moskva vilayətinin Hökumətinin baş nazirinin müavini V.O.Vlasov, Almaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi, "VEKA AG" firmasının direktorlar şurasının nümayəndəsi cənab Q.Laumann, Direktorlar şurasının nümayəndəsinin müavini X.Xekker, zavodun işə salınmasını (fəaliyyətə başlamasını) təmin edən alman mütəxəssisləri, "VEKA AG" firmasının müştəriləri, digər rəsmi şəxslər iştirak etmişdirlər. Həmin gün müştəriləri firmanın fəaliyyətinin texniki və kommersiya sahələrindəki yeniliklər ilə tanışlıq gözləyirdi. Onlar üçün xüsusi seminar keçirilmişdir. Açılış təqdimat, "Metropol" mehmanxanasında keçirilən təntənəli şam yeməyi ilə başa çatmışdır. Qonaqlar  bunun firmanın Rusiya bazarında uzunmüddətli anqajementi olması ilə bağlı öz əminliklərini bildirdilər. Yeni zavodda tədris mərkəzi fəaliyyət göstərir – müştərilər VEKA profillərindən pəncərələrin quraşdırılması üzrə ilkin tədris (təlim) kursunu keçə bilərlər. Tədris-istehsalat sex ilə yanaşı nəzəri təlim üçün otaq mövcuddur. Tədris prosesi səciyyəvi Rusiya oyuqlarına müvafiq olan pəncərə oyuqlarına,  xüsusi model divarlarında pəncərələrin quraşdırılmasından həmçinin ibarət ola bilər.  Bundan əlavə, müştərilər tam texniki və kommersiya sənədini rus dilində alırlar. "VEKA"-nın Rusiya və MDB ölkələrindəki uğuru sahibkarlıq prinsiplərinin ən yaxşı təsdiqi, ardıcıl olaraq həyata keçirilməsidir. "VEKA"  plastik pəncərələrinin istehsalına aid sahədə məhsulun optimal keyfiyyəti, ən yaxşı servisini təklif edir. 


Оценка 5 из 5. Оценок: 1.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat