Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

"RAL keyfiyyət nişanı" nədir?

RAL – bu, Avropanın daha çox yoxlanılmış və nüfuzlu  sənaye standartlarından biridir. Bu standartın pəncərə sahəsi üçün hansı əhəmiyyətə malik olduğu barədə danışarkən yalnız bir faktı göstərmək kifayət edir: Almaniyada plastik pəncərələrin heç bir istehsalçısı öz istehsalatı üçün markalanması RAL keyfiyyət nişanından ibarət olmayan profildən istifadə etməyəcəkdir.

RAL – bu standartın alman Reichsausschuss fuer Lieferbedingungen adının abreviaturasıdır. (hərfi tərcüməsi – Çatdırılma şərtləri üzrə dövlət komitəsi). Əslində, RAL – bu, məmurlar  tərəfindən düşünülmüş kabinet ilə bağlı norma deyil, məhz sənaye məhsullarına münasibətdə tətbiq edilən sənaye texniki reqlamentlər toplusudur.  Prinsip etibarilə məhsulun keyfiyyətinə nəzarətin təşkili və həyata keçirilməsinə iki yanaşma mövcuddur.  Birincisi – hər bir mal qrupu üçün tələbləri qeyd edərək (təyin edərək) onları maksimum yoxlamaq cəhdidir. Bu – QOST, polad prokatdan (məmulat) başlayaraq uşaq corablarına qədər maksimum sayda mallar üçün nəzarət parametrlərinin müəyyən edilməsi vasitəsidir. İkinci  vasitə istehlakçının yalnız birbaşa rastlaşdığı (üzləşdiyi) mal və xidmətlərə nəzarət olunmasından ibarətdir.

Belə ki, Almaniyada hazır pəncərələr ilə bağlı çox sərt normativ və qaydalar  mövcuddur. Onlar pəncərələrin yanğın və ekoloji təhlükəsizliyi, məkanı arzuolunmaz (icazəsiz) daxil olmalardan qorumaq bacarığı, onların davamlılığı və sabitliyini müəyyənləşdirirlər. Bir sözlə, məhsulun insanın təhlükəsizliyi ilə birbaşa əlaqədar olan parametrlərini tənzimləyirlər. Lakin eyni zamanda da bu pəncərələrin hazırlandığı profillərin əsas parametrlərini tənzimləyəcək hər hansı bir normativlər dövlət tərəfindən müəyyən edilmişdir.

Burada ziddiyyətlər yoxdurmu? Belə çıxır ki, bu zaman istehsalçı tamamilə istənilən profili, onun əsas parametrlərini müstəsna olaraq öz mülahizəsi əsasında  müəyyən edərək hazırlaya bilər.

Nəzəriyyədə - bəli, istehsalçı həqiqətən də bunu həyata keçirə bilər. Sadəcə bu cür məhsulun ən azı Almaniyada reallaşdırılması ilə istehsalçının qaçılmaz  çətinlikləri  meydana gələ bilər. Çünki bazardakı məhsula (yəni yarımfabrikatlar və ya son istehlakçı üçün məhsulların istehsalında istifadə edilən komplektləşdirilən) nəzarət edilir. Yalnız nəzarət artıq dövlət ilə deyil, məhz müstəqil institutlar və onların ekspertləri  tərəfindən  həyata keçirilir. Bir çox hallarda onların qiymətləndirilməsi bu və ya digər malın hər hansı bir məhsulun istehsalında istifadə edilib edilə bilməyəcəyi barədə məsələnin həll olunması zamanı həlledicidir. Bu ekspertin funksiyalarını məhz RAL həyata keçirir.

Polivinilxloriddən hazırlanan pəncərə profilləri ilə bağlı Almaniyada RAL-GZ 716/1 işarəsi ilə qeyd edilən normativlər qüvvədədir. Onlarda son dərəcə alman dəqiqliyi (dürüstlüyü) ilə hazır məhsulun anbara yığılması zamanı xammalın yerləşdirilməsindən (yığılmasından) temperatur rejiminə qədər profilin keyfiyyətinə təsir göstərən bütün proseslər təsvir edilmiş və nizama salınmışdır. Lakin RAL-da standart ilə müəyyən edilmiş ölçülərin qətiliyi deyil, məhz onların nəzarət mexanizminin reallaşdırılması əsasdır.  Keyfiyyət nişanı əsaslandırılmış, effektiv, nüfuzlu olmalıdır. Buna  görə də, məhsulun parametrləri ilə yanaşı, standart,  soyutma zamanı profilin kəsilməyə qarşı həssaslığı ilə bağlı sınaqdan keçməsi halında yükün diametri kimi detallara qədər onun nəzarət testlərinin ətraflı alqoritmlərini və ya profillərin əyani (vizula) nəzarətinin həyata keçirildiyi işıqlandırmanın dəqiq parametrlərini müəyyən edir. Bir sözlə, standart sınaq protokollarının tərtib edilməsinə qarşı irəli sürülən vahid tələblərə qədər tamamilə hər bir şeyi müəyyən edir

Lakin RAL-ın əsas vasitəsi nüfuzlu ekspertlər tərəfindən aparılan nəzarət nümunələri sistemləri ilə təmin olunan keyfiyyətin qiymətləndirilməsinin müstəqil olması və obyektivliyidir. Şirkətin məhsulu RAL sertifikatına malik olduqda, bu şirkət öz auditorlarının müraciət etmələrinə və istehsal edilən məhsulların keyfiyyətinin əsaslı şəkildə yoxlanılmasına istənilən vaxt hazır olmalıdır. Bütün bu amillər – profilə qarşı sürülən tələblərin sərtliyi, dəqiq, izahat və şərhlər tələb etməyən keyfiyyətə nəzarət üsulları  və xarici ekspertizanın obyektivliyi RAL-ın Almaniya və bir çox Qərbi Avropa ölkələrində haqlı olaraq malik olduğu görünməmiş nüfuzunu izah edir. Bu, həmçinin RAL-ın milli standartların, o cümlədən Russiya DÜST standartının işlənib hazırlanması əsas kimi götürüldüyünü izah edir.

Bugünkü gün  RAL standartı  Rusiyada müvəffəqiyyətlə tətbiq olunur. 27 mart 2006-ci il tarixdə VEKA Rus şirkəti  MDB ölkələri ərazisində RAL sertifikatının almış ilk və  yeganə ekstruziya şirkəti olmuşdur.

VEKA şirkəti öz məhsullarının keyfiyyətinə və öz  tutduğu mövqeyə ehtiyatla  yanaşması ilə tanınır. VEKA sistemləri özünü mühəndislik baxımından daha çox inkişaf etmiş,  hazır konstruksiyaların yüksək istismar göstəricilərini təmin edən kimi  bütün dünyada  tanıtmışdır. Buna görə də RAL üzrə sertifikatlaşma – bu, keyfiyyətə üstünlük vermək VEKA üçün kəskin bəyanatlar deyil, real praktiki həllərin səviyyəsində mövcuddur.


Оценка 0 из 5. Оценок: 0.


Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat