Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

Onlayn müraciət

“Onlayn müraciət” Şirkətinizin effektivliliyinin artırılması üçün yeni vasitə Onlayn müraciətə daxil olmaq

"Onlayn müraciət" Sizin şirkətlərin səmərələliyinin artırılması üçün yeni vasitədir.

 "MOSBUILD – 2009" sərgisində VEKARus şirkəti Rusiyadakı tərəfdaşlarına bu günə qədər yalnız MDB ölkələrində deyil həmçinin Avropada analoqu olmayan “onlayn müraciət” yeni unikal xidmət təqdim etmişdir. Proqramı sınaqdan keçirən  ekspertlər pəncərə biznesinin  proqram xidmətində artıq əsl inqilabdan danışırlar. Bu həqiqətən də belədir və tezliklə Sizlərdən hər birinizin bundan əmin olması və yeni məhsulun yeniliklərini və səmərəliyini layiqincə qiyməyləndirilməsi üçün imkan yaranacaq.

 
"Оnlayn müraciət" nədir?

"Onlayn müraciət" - əsas məqsədi VEKARus tərəfdaşları üçün profil və tərkib hissələrinin sifarişi proseduru prinsipial şəkildə asanlaşdırılmasından ibarət olan proqram kompleksidir.Yeni proqramın əsas istifadəçiləri – bu, pəncərə şirkətlərinin texniki təlimatı və təchizatla məşğul olan mütəxəssislərdir. Kompleksin işlənib hazırlanması  müraciətlərin (ərizələrin) tərtibatı və onların bizim Satış şöbəsinin mütəxəssisləri tərəfindən işlənməsinin aktual təcrübəsinin  əsaslı və sistemli şəkildə öyrənilməsi əsasında həyata keçirilmişdir. 

Hal - hazırda müraciətlərin çoxu müştərilər tərəfindən əl ilə tərtib edilir və faks və ya e-mail vasitəsilə VEKARus şirkətinə göndərilir. Müraciəti (ərizəni) əldə etdikdən sonra Satış şöbəsinin mütəxəssisləri əl ilə məlumatları SAP mühitinə köçürürlər. 
Həyata keçirilmiş  təhlil nəticəsində  biz bir sıra adi prosedurları формализовать və  insanların səbəb olduğu və ya texniki səhvlərin yaranması daha çox ehtimal edilən "dar yerləri" aradan qaldıra bildik. Nəticədə, biz, artikulların seçimi, müraciətlərin tərtib edilməsi, müraciətlərdəki məlumatların SAP-a daxil edilməsi və onun müştəri tərəfindən yerinə yetirilməsinin onlayn rejimdə izlənməsi prosedurlarını demək olar ki, tamamilə avtomatlaşdırmağa imkan verən güclü və eyni zamanda da  çevik IT- həllini əldə etdik.
 
"Onlayn müraciət" hansı imkanları verir?
 
"Onlayn müraciət"-dən istifadə profil üçün ərizənin tərtib edilməsi məqsədi ilə zəruri olan vaxtı əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Əyanilik üçün əsas müraciət prosedurlarını cədvəl şəklində təqdim edək.

 

Əməliyyat növü
Standart prosedur

“Onlayn müraciət”-dən istifadə etməklə prosedur

 
Artikulların seçilməsi
Texnikin seminarların kataloqları və nəşrlərində əl ilə axtarış
Аktual elektron məlumatlar bazası üzrə axtarış
Sifarişə artikulların daxil edilməsi
Artikul nömrələnməsinin düzgünlüyünün mütləq şəkildə yoxlanması ilə onların ərizəyə (müraciətə) əl ilə daxil edilməsi; əl ilə yeniliklərin yoxlanması. 
Avtomatik "Onlayn müraciətdə" naviqasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıran  aydın intuitiv interfeys yaradılmışdır.
Qiymətlərin daxil edilməsi
Qiymətlərin əl ilə daxil edilməsi – bu zaman, ərizəni tərtib edən əməkdaş xüsusi şərtlər və VEKA Rus şirkətinin kommersiya xidməti ilə  razılaşmalar haqqında bütün məlumata malik olmalıdır. 
Avtomatik olaraq daxil edilməsi – proqram ayrı-ayrı artikul növlərinə olan xüsusi şərtlər və xüsusi qiymətlər daxil olmaqla şirkətin aktual qiymətləri haqqında məlumatdan ibarətdir. 
Dəyişikliklər və düzəlişlərin həyata keçirilməsi
Dəyişikliklər və düzəlişlərin əl ilə həyata keçirilməsi - hər dəfə yeni bir düzəliş edildikdə müraciət daha da az başa düşülür və onun işlənməsi daha da çətin olur.
Müraciət, düzəlişlər edilməsi asan olan  elektron sənəd kimi tərtib edilir.
Müraciətin göndərilməsi
Müraciətin Əl ilə göndərilməsi (faks vasitəsilə) və ya müraciətin əslinin skan edilmiş formasının elektron poçt vasitəsilə göndərilməsi
Müraciət forması işlənməsi üçün standart və rahat şəkildə birbaşa  proqram brauzerində avtomatik olaraq generasiya edilir.
Müraciətin statusunun izlənməsi
VEKA Rus şirkətinin satışlar şöbəsinə telefon zəngləri və ya elektron məktublar.
Online rejimində müraciətin statusu haqqında aktual məlumatın əldə edilməsi. 

 

Bu "Onlayn müraciət" - dən istifadə zamanı VEKA Rus  tərəfdaşlarının  aldıqları üstünlüklərin kiçik bir hissəsidir. Əlavə edək ki, standartlaşdırılmış müraciətlər bizim Satış şöbəsinin mütəxəssisləri tərəfindən tez bir zamanda işlənilir ki, bu da istər VEKA, istərsə də bizim tərəfdaşlarımız üçün vaxta əlavə olaraq qənaət etməyə gətirib çıxarır. Vaxt - ən dəyərli, sifariş zamanı yol verilən səhvlər və qeyri-dəqiqliklər (yanlışlıqlar) isə xoşagəlməz (bezdirici) və "narahat" resurslardır. "Onlayn müraciət"  vaxta qənaət etməyə və yanlışlıqlar və səhvlərə yol verməməyə imkan verir.

Daha nə? 
  • "Onlayn müraciət" istifadədə sadə və asandır. Proqram əməkdaşların uzunmüddətli  ilkin təlim keçmələrini tələb etmir.
  • Açıq memarlıq prinsipləri əsasında işlənərək hazırlanmış
  • "Onlayn müraciət" i istənilən digər pəncərə proqramı ilə birlikdə istifadə edilə bilər (Super Pəncərələr, Klaes və s.)
  •  "Onlayn müraciət" - də artikulların məlumat bazası daim yenilənir - Siz həmişə aktual profillər kataloqu və  Sizin şəxsi qiymət vərəqəsinə malik olursunuz.
  • "Onlayn müraciət" İnternetə qoşulmuş ən sadə kompüterlərdə  istifadə edilə bilər.
 
Və əlbəttə ki, bizim məsləhətçilər "Onlayn müraciət" istifadəçilərinin bütün suallarına cavab verməyə hazırdırlar.

Proqramın ilk testləri ən tələbkar skeptiklərin gözlədiklərindən yüksək nəticələr göstərmişdir.

"Proqram ilə işləmək çox sadə və rahatdır", "Heç vaxt düşünməzdim ki, lazımi artikulların axtarışı və seçimi proseduru bu qədər sadə və başa düşülən ola bilər", "Nəhayət ki, sahələrdə edilən bütün düzəlişləri unutmaq olar və elektron formada rahat  şəkildə hər cür düzəlişlər etmək olar", "Artıq fakslar vasitəsilə əlaqə yaratmaq lazım deyil, bu lap əladır" – bu, "Onlayn müraciət" in ilk istifadəçilərinin çoşqulu (heyranlıqla dolu) fikirlərinin yalnız kiçik bir hissəsidir. 

İndi proqram Sizin şirkətinizdə də istifadə edilməsi üçün hazırdır.

Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat

Siz saytdasınız http://veka.az/.
Sizin şəhər üçün daha uyğundur http://veka.ua.
Keçmək istəyirsiniz?

Bəli Xeyr, mən bu saytda qalmaq istəyirəm