Pəncərələr? Əlbəttə VEKA-dan!
profiles

PVX profili nədən hazırlanmışdır – pəncərə profilləri üçün ideal materialdır

PVX profili  nədən hazırlanmışdır – pəncərə profilləri üçün ideal materialdır

Polivinilxlorid (PVX) qədimi süni materiallara aid edilir. İlk dəfə  polivinilxlorid 1835-ci ildə laboratoriya şəraitlərində fransız dağ üzrə mühəndiz və kimyaçı Anri Viktor Renyo tərəfindən alınmışdır. Vinilxlorid  məhlulunu əldə etmiş Renyo bir müddət keçdikdən sonra sınaq şüşəsində ağ tozun əmələ gəldiyini təsadüfən aşkar etmişdir. Alim tozla müxtəlif təcrübələr aparmışdır, lakin heç bir qənaətbəxş edici nəticə əldə etməyərək təsadüfən kəşf etdiyi maddəyə qarşı marağını itirmişdir.

PVX profili  nədən hazırlanmışdır – pəncərə profilləri üçün ideal materialdır

1878-ci ildə vinilxlorisin polimerləşməsinin məhsulu daha ətraflı şəkildə tədqiq edilmişdir, lakin əldə edilən nəticələr sənayenin naliyyətinə çevrilməmişdirlər. Bu, yalnız bizim əsrdə baş vermişdir. 1913-cü ildə alman alimi Frits Klatte PVX-nın istehsalında ilk patenti əldə etmişdir. O, asanlıqla alışa bilən sellüloidun əbəzində çətinliklə alışa bilən polivinilxloriddən istifadə etməyi nəzərdə tutmuşdur. Başlamış Birinci Dünya müharibəsi Frits Klatteyə PVX-n xüsusiyyətlərinin ətraflı tədqiqatı ilə  məşğul olmağa və onun imkanlarından istifadə etməyə mane olmuşdur, istehsal isə dayandırılmışdır. Bununla belə, PVX-n sənaye istehsalının əsasının Frits Klatte tərəfindən qoyulduğu hesab edilir. 

PVX-n böyük miqyasda istehsalına Almaniyada 30-cu illərdə başlanılmışdır. Bu vaxt bu sahədə uğurlu işlər ABŞ və İngilətərədə də aparılmışdır. İkinci Dünya müharibəsi baça çatdıqdan sonra polivinilxlorid boru, profillər, döşəmə üçün örtüklər, nazik təbəqələr, kabel izolyasiyası və bir çox plastmas məmulatların  hazırlanması üçün kütləvi şəkildə  istifadə edilən material olmuşdur.

PVX-dan olan cildləmə ilə müasir pəncərələrin vətəni Almaniyadır. Bu gün pəncərə profillərinin müxtəlifliyinə görə PVX pəncərə sistemləri daha çox elastik və texnoloji hesab edilir. Xammal və istehsalın dəyərinin  nisbətən aşağı olması yaxşı fiziki xarakteristikalar ilə yanaşı  (aşağı istilik keçirtmə qabiliyyəti, kifayət qədər yüksək kimyəvi davamlılıq) onları Avropa və Şimali Amerikada kütləvi şəkildə alınan etmişdir. 

Спасибо за Вашу заявку.

С вами свяжутся для уточнения заказа в ближайшее рабочее время.

Partnyorlar üçün giriş


Parolu unutmusunuz ?    Qeydiyyat