
Pəncərə almaq

Şirkət haqqında
VEKA — yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünya lideridir
VEKA Rus yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünya liderindən biri olan VEKA AG konserninin törəmə istehsalat şirkətidir. VEKA AG şirkəti 1968-ci ildən bazarda fəaliyyət göstərir. Baş müəssisə Sendenhorst şəhəri, AFR, Şimali-Reyn-Vesitfaliya ünvanında yerləşir.
Konsernin törəmə istehsalat şirkətləri Almaniyadan başqa, ABŞ, Kanada, Belçika, Böyük Britaniya, Polşa, Çin, İspaniya, Fransa kimi ölkələrdə fəaliyyət göstərirlər. Dünyada VEKA şirkətinin Latın Amerika ölkələri, Hindistan, Sinqapur, Rumıniyada öz fəaliyyətini həyata keçirən kommersiya nümayəndəlikərinin inkişaf etmiş şəbəkəsi fəaliyyət göstərir.
Bu gün VEKA, pəncərə və qapı konstruksiyalarının hazırlanması üçün plastik profilin dünya üzrə ən böyük istehsalçılarından biridir. VEKA şirkətlər qrupu öz fəaliyyətini istehsalçı ölkədən asılı olmayaraq bütün müəssisələr üçün vahid keyfiyyət standartını müəyyən edən Sendenhorst şəhərindəki əsas müəssisənin daimi nəzarəti altında həyata keçirir.
Konsernin məhsulu dünyanın 50-dan artıq ölkələrinə ixrac edilir

VEKA Rusiyada
VEKA Rusiyada öz şəxsi zavodunu açan ilk Avropa eksruzyon şirkəti olmuşdur. Zavod Moskvadan 30 km məsafədə Troitsk şəhərinin yaxınlığındakı Naro-Fominsk rayonunda inşa olunmuşdur. VEKA Rus şirkətinin birinci zavodu 8 oktyabr 1999-cu il tarixdə açılmışdır. 5 il sonra 8 oktyabr 2004-cü il tarixdə şirkətin Novosibirsk şəhərində ikinci zavodu açılmışdır. Fevral 2005-ci il tarixdə şirkətin Xabarovsk şəhərində Uzaq şərq filialı fəaliyyətə, həmin ilin may ayında isə Uzaq şərq filialının anbarından profilin göndərilməsinə başlanmışdır. Şirkətin Rusiyada fəaliyyət göstərdiyi müddətin tarixçəsi.

Troitsk şəhəri yaxınlığında Rusiyada ilk VEKA zavodu açılmışdır

VEKA şirkətinin Novosibirsk şəhərində ikinci zavodu açılmışdır

Xabarovskda şirkətin Uzaq şərq filialı fəaliyyətə başlamışdır


Hal-hazırda VEKA Rus müəssisəsində 440 əməkdaş işləyir
Müəssisə Rusiya və MDB ölkələrində yüksək keyfiyyətli plastikdən olan pəncərə və qapı profilləri və şirkətin tərəfdaşlarına səmərəli pəncərə istehsalatına malik olmağa və unikal rəqabət təklifi formalaşdırmağa imkan verən və onlar ilə yanaşı gedən artikulları istehsal edir (buraxır) və satır.

tikinti firması VEKA şirkətinin məhsulunu alır
VEKA — keyfiyyət zəmanəti
VEKA Rus-un bütün məhsulları lazımı sertifikatlara malikdir və Uzaq Şimal və kəskin kontinental iqlimə, yüksək rütubətə, yüksək normativli külək yükünə malik rayonlar daxil olmaqla bütün iqlim zonalarında istifadə oluna bilər. 25 mart 2004-cü ildə VEKA Rusiyada DIN ISO 9001:2000 keyfiyyəti standartına uyğunluq haqqında sertifikat alan ilk qərbi ekstruziya şirkəti oldu. 2006-cı ilin aprelində VEKA Rus Rusiyada məhsulları Avropa keyfiyyət nişanı RAL-a uyğun olduğu üçün sertifikatlaşdırılan ilk və yeganə şirkət oldu.