
Profil necə istehsal edilir
PVX –profillərini ekstruziya üsulu ilə 80-120 Со temperatur alında filyer tipi ilə (qapaq və ya plastina şəklində kimyəvi liflərin qəlibləməsi üçün maşın ehtiyat hissələri) müəyyənləşdirilən kəsikli dəlik vasitəsilə yumuşaldılmış materialı davamlı şəkildə sıxmaqla əldə edirlər.
Ekstrudyor mühərrik və reduktor ilə ötürücüdən, həmçinin daxilində şnek və giriş ağızlığın olduğu silindrdən ibarətdir. Giriş ağızlıqdan daxil edilən material iki şnekin köməyi ilə homogen əriməyə qədər silindrin qızdırma zonasında qarışdırılır.
Ekstrudisya edilmiş və əridilmiş kütlə filyer və vakuum kalibrdə zəruri forma və ölçüləri alır. Vakuum kalibrdə profilin ilkin soyudulması baş verir.
Növəbti mərhələdə profil ikinci soyutma sahəsinə daxil olur burada onun üzərinə soyuq su əlavə edilir. Davamında soyutma sahəsindən profili bərabər şəkildə dartan və onu qoruyucu təbəqənin həmçinin yapışdırıldığı markalanma sahəsinə ötürən qovşaq yerləşir.
Xətin sonunda profili zəruri ölçüdə kəsən mişar quraşdırılır, sonra paktelərə qablaşdırılır.
Ekstruziya zamanı qatışığın qızıdırılması və profilin soyudulması rejiminə tab gətimək lazımdır. Çünki PVX-profili müxtəlif qalınlıqlı üfüqi və şaquli divarlar ilə mürəkkəb fəza strukturuna malik olduğu üçün qeyribərabər temperatura rejimi artıq birbaşa ekstruziya mərhələsində profilin əyrilməsinə gətirib çıxarır.
Buna görə VEKA ekstruziyanın keyfiyyətinı mürəkkəb çox pilləli nəzarəti həyata keçirir. Konsernin bütün müəssisələri peyk rabitəsi vasitəsilə VEKA AG-n mərkəzi nəzarət pultu ilə əlaqədardır. Burada Almaniyadan ABŞ qədər hər bir ekstrudyorun işi izlənilir. Hər saat hazır profillərin nəzarət nümunələri ən müasir avadanlıqda laboratir nəzarətə məruz qalırlar.