Baki

VEKA Professional

«VEKA Rus» şirkətinin rəsmi saytının dəyərli heyəti və qonaqları, Sizi VEKA Professional korporativ tədris mərkəzinə həsr edilmiş bölmədə qarşılamağımıza şadıq.

iPhone və iPad üçün VEKA Professional
Biz sizə öyrədərik!

Partnyor əməkdaşlığı çərçivəsində, tərəfdaşlara bütün səviyyədə şəxsi personalın peşəkarlığının artırılması sahəsində hərtərəfli yardım və ixtisaslaşmış dəstək məqsədi ilə “VEKA Rus & Ukraine” şirkətinin rəhbərliyi tərəfindən keçmiş sovetlər birliyinin bütün ərazisində fəaliyyətini həyata keçirən “VEKA Professional” tədris mərkəzinin təsisi barədə qərar qəbul edilmişdir.

Bu bölmədə nə ilə tanış ola bilərsinizе
  • Mövzuların tam siyahısı və treninq proqramlarının artırılması
  • Korporativ nəşrin elektron versiyasının külliyyatı
  • “VEKA Professional” TM-nin müəllif işləmələri olan külliyyatlar və metodik materiallar
  • Profil istiqamətinə müvafiq faydalı ədəbiyyat kitabxanası

Bundan əlavə, “VEKA Professional” TM-nin “Poçt qutusu” funksiyasından da istifadə edə bilərsiniz. Burada Siz istəklərinizi və mərkəzə, onu təmsil edən ayrı-ayrı şəxslərə təşəkkürünüzü ifadə edə bilərsiniz!

Saytın yaradıcılarından: bu səhifənin işlənməsi və tərtibatı zamanı məqsəd onu faydalı, maraqlı, eyni zamanda öyrənilməsi üçün sadə etmək idi. İnanmaq istərdik ki, burada təqdim olunan material Sizin üçün vacib qərarın qəbuluna və ya lazımi çıxış yolunu tapmağa yardım edəcək!