Baki

VEKA ilə əlaqə 24/7

VEKA pəncərəsini ən effektiv səs-küydən müdafiə vasitəsi edən nədir?
  • Beşkameralı profillərin klassik sisteminin yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir
  • Müxtəlif enə malik şüşələr və məsafə çərçivələrinin tətbiqi sayəsində səs-küydən qoruyan şüşə paketləri səsin buraxma qabiliyyətini azaldır və həm aşağı
  • Çoxkameralı profilin və səs-küydən qoruyan şüşə paketinin səs izolyasiya qabiliyyəti yalnız furnitur düzgün seçildikdə üzə çıxacaq.
Maun
Bataqlıq palıdı
Qırmızı palıd
Fındıq
Ağ palıd
Dağ şamı
Ağ şam ağacı
Vinçester
Siyena noçe
Siyena rosso
Yonulmamış palıd
Qara albalı
Şeffild palıdı ağ
Şeffild palıdı boz
Şeffild palıdı qəhvəyi
Açıq boz
Parlaq boz
Gümüşü boz
Bazalt
Boz kvars
Tünd-boz
Qəhvəyi
Tünd qəhvəyi
Ağ təbəqə
Sarı
Açıq sarı
Fil sümüyü
Papirus
Gümüşü-boz ql.
Tutqun alüm.
Ağ platin met.
Kvars met.
Tünd platin met.
Bazalt parlaq
Boz şist ql.
Boz şist
Tünd boz şist
Brilliant-göy
Göy ultramarin
Kobalt
Tünd göy
Tünd mavi
Zümrüd
Bataqlıq yaşılı
Tünd yaşıl
Yaşıl-mavi
Koe meşə
Al-qırmızı
Yaqut
Fırfır
Tünd-qırmızı
Albalı Amaretto
Dəstəylərin rəngi
Ağ plastik
Titan
Latun
Gümüş
Açıq gümüş
Qəhvəyi plastik
Tünd bürünc
Seçim etməkdə
sizə kömək edərik!

Böyük məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və düzgün həllərin seçilməsində sizə yardımçı olacağıq!

VEKA profilləri nədir
Dizayn və uzunömürlülük

Ətraf mühitin təsirinə davamlı yüksək keyfiyyətli plastik, istənilən rəngdə və dizaynda düz hamar səth

Möhkəmlik və etibarlılıq

Xüsusi armir edən gücləndiricilərin istifadəsi konstruksiyanın yüksək sabitliyini təmin edir

Enerji effektliyi

Əla izolyasiya xüsusiyyətlərinə mailk sabit çoxkameralı sistem 

Səs-küydən müdafiə

Yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir

Veka şirkətinin digər həll üsulları

Sadə pəncərə

Əgər Sizə şüşələmə üçün ucuz, lakin keyfiyyətli seçim lazımdırsa
1300*2000 mm pəncərəyə görə

Qarətə qarşı pəncərələr

 Qarətə dayanıqlı pəncərələr elə hazırlanıb ki, evinizi cinayətkarların müdaxiləsindən maksimal dərəcədə mühafizə etsin. Qarətə dayanıqlı pəncərələrin adi plastik pəncərələrdən nə ilə fərqləndiklərindən və onları alan zaman diqqət yetirilməsi zəruri olanlar barədə söz açacağıq.




1300*2000 mm pəncərəyə görə

Enerji effektli pəncərə

Enerji effektli plastik pəncərələr evin daxilində mikroiqlimi qoruyur, qışda isinmə, yayda isə soyuma xərclərini azaldır.  Pəncərənin hər tərkib hissəsi – çərçivə, şüşə paketi və furnitur – enerji qənaətinə öz töhfəsini verir.
1300*2000 mm pəncərəyə görə

Uşaq otağı üçün pəncərə

Bu xüsusi pəncərə uşaq otağını maksimal dərəcədə təhlükəsiz edəcək. O, yalnız havalandırma üçün açılır. Pəncərənin tam açılması üçün açar tələb olunur.
1300*2000 mm pəncərəyə görə

Günəşdən müdafiəli pəncərə

Günəşdən müdafiəli pəncərələr – evinizdə və ya ofisinizdə komfortun və sağlam mikroiqlimin şərtlərindən biridir. Onlar otağı günəş şüalarından qoruyur və əlavə olaraq enerji qoruyucu xüsusiyyətlərə malikdirlər.  

1300*2000 mm pəncərəyə görə

Səs izolyasiyalı plastik pəncərələr – səs-küydən qoruyan şüşə paketi, düzgün seçilən PVX-profil, furnitur və düzgün montajın kombinasiyasıdır. Hər komponent əhəmiyyətlidir. Onların hər birində səsin nəyin hesabına izolyasiya edilməsinə ətraflı nəzər salaq.

Səs dalğaları səs mənbəyindən havada hər tərəfə yayılırlar. Pəncərəyə yetişdikdə, səsin bir hissəsi geri əks olunur, bir hissəsi pəncərənin elementləri tərəfindən udulur və yalnız kiçik hissəsi otağa daxil olur. Beləliklə, pəncərə səsi nə qədər yaxşı əks etdirir və udursa, onun səs izolyasiyası bir o qədər yüksəkdir.

PVX-profil

Çoxkameralı pəncərə profili səs dalğası üçün ciddi səddir. Dəfələrlə bir mühitdən digərinə keçərək, səs dalğası zəifləyir və sönür. Buna gözəl nümunə - beşkameralı “Euroline” profilidir. O, əla səs izolyasiya xüsusiyyətlərinə malikdir və böyük enə malik səs paketlərindən istifadəyə imkan verir.

Səs-küydən müdafiəli şüşə paketi

İlk baxışdan belə şüşə paketləri adilərdən heç nə ilə fərqlənmir. Lakin diqqətlə araşdırdıqda, fərqliliklər üzə çıxır:

  • qalınlaşdırılmış bayır şüşə böyük çəki və sərtliyi hesabına səs dalğalarını daha yaxşı əks etdirir;;
  • tripleks şüşəsindən istifadə pəncərənin səs izolyasiya keyfiyyətlərini əlavə olaraq yaxşılaşdırır;
  • rezonans əleyhinə ikikameralı şüşə paketi hava kameralarının müxtəlif qalınlığı ilə fərqlənir – səs izolyasiyası baxımından bu, eyni ölçülü kameralardan daha yaxşıdır;
  • kameralardan biri əlavə olaraq, səs keçiriciliyi havanın səs keçiriciliyindən aşağı olan təsirsiz qazla doldurula bilər.

Furnitur

Çoxkameralı profilin və səs-küydən qoruyan şüşə paketinin səs izolyasiya qabliyyəti yalnız furnitur düzgün seçildikdə üzə çıxacaq.

  • Hermetik sıxlaşdırıcılar bayırdakı səs-küyün çərçivə və pəncərənin layı arasındakı boşluqlardan keçməsinə maneə yaradır
  • Yaxşı kilidlər pəncərə konstruksiyasının ümumi sərtliyini və səs izolyasiya xüsusiyyətlərini artırır.
  • Mikrohavalandırma sistemi pəncərə hətta bağlı olduğu halda otağa təmiz hava axınını təmin edir.

Səs izolyasiyasının yüksək səviyyəsi pəncərənin xarici görünüşünün seçimini qətiyyən məhdudlaşdırmır. Siz profil laminasiyası üçün istənilən rəngi və istənilən furnitur dizaynını seçə bilərsiniz.