Baki

VEKA ilə əlaqə 24/7

VEKA qapısını ən effektli edən nədir?
  • Əla izolyasiya xüsusiyyətlərinə malik pəncərə profillərinin klassik sabit beşkameralı sistemi.
  • Ən cəsarətli dizayner düşüncələrini qabartmağa və tamamlamağa qadir rəngli laminasiya olunmuş profillər. Rəngli plyonkaların profillərin üzərinə çəkilməsinin unikal texnologiyası bunu həm bir, həm də ikitərəfli etməyə imkan verir. Bu bizə rəngləri zövqümüzə görə çeşidləməyə imkan yaradır.
  • Şüşə paketinə düzülmə - bu, həm zərif ağ rəngin, həm “qiymətli ağac növlərinin bənzətmələrinin”, həm də ümumiyyətlə parlaq rənglərin dekorativ hörgüsüdür.
  • Çoxkilidli qıfıl sistemləri qapının bağlanması zamanı sıxılmanın yüksək sıxlığına və etibarlığına nail olmağa imkan verir.
  • Giriş qapılarının konstruksiyası mühafizə səviyyəsinin artırılması üçün zərbəyə davamlı və son dərəcə möhkəm şüşələrin quraşdırılmasına imkan yaradır.
  • Hündürlüyü 20 mm olan kandarın mövcudluğu addımlama zamanı diskomfortdan qurtulmağa imkan verir və eyni zamanda bağlanma zamanı hermetikliyi.
Maun
Bataqlıq palıdı
Qırmızı palıd
Fındıq
Ağ palıd
Dağ şamı
Ağ şam ağacı
Vinçester
Siyena noçe
Siyena rosso
Yonulmamış palıd
Qara albalı
Şeffild palıdı ağ
Şeffild palıdı boz
Şeffild palıdı qəhvəyi
Açıq boz
Parlaq boz
Gümüşü boz
Bazalt
Boz kvars
Tünd-boz
Qəhvəyi
Tünd qəhvəyi
Ağ təbəqə
Sarı
Açıq sarı
Fil sümüyü
Papirus
Gümüşü-boz ql.
Tutqun alüm.
Ağ platin met.
Kvars met.
Tünd platin met.
Bazalt parlaq
Boz şist ql.
Boz şist
Tünd boz şist
Brilliant-göy
Göy ultramarin
Kobalt
Tünd göy
Tünd mavi
Zümrüd
Bataqlıq yaşılı
Tünd yaşıl
Yaşıl-mavi
Koe meşə
Al-qırmızı
Yaqut
Fırfır
Tünd-qırmızı
Albalı Amaretto
Dəstəylərin rəngi
Ağ plastik
Titan
Bürünc
Latun
Gümüş
Açıq gümüş
Qəhvəyi plastik
Tünd bürünc
Seçim etməkdə
sizə kömək edərik!

Böyük məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və düzgün həllərin seçilməsində sizə yardımçı olacağıq!

VEKA profilləri nədir
Dizayn və uzunömürlülük

Ətraf mühitin təsirinə davamlı yüksək keyfiyyətli plastik, istənilən rəngdə və dizaynda düz hamar səth

Möhkəmlik və etibarlılıq

Xüsusi armir edən gücləndiricilərin istifadəsi konstruksiyanın yüksək sabitliyini təmin edir

Enerji effektliyi

Əla izolyasiya xüsusiyyətlərinə mailk sabit çoxkameralı sistem 

Səs-küydən müdafiə

Yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir

Veka şirkətinin digər həll üsulları

Otaqlararası (ofis) qapısı

Yüklənmə çox olmayan ofis və ya otaqlararası qapı üçün seçim tələb olduqda, plastik qapılardan istifadə etməyi təklif edirik. Onlar çox davamlıdırlar, istini gözəl qoruyur və yüksək səs izolyasiyasını təmin edirlər.  
1300*2000 mm pəncərəyə görə

Eyvan qapısı

VEKA profilindən hazırlanmış müasir eyvan qapısı yalnız gözəl xarici görünüşü ilə seçilmir, həm də otağın istilik və səs-küy izolyasiyasını təmin edir və müxtəlif variantlarda hazırlana bilər.
1300*2000 mm pəncərəyə görə

Portallar

Xəyallarınızdakı qış bağını salmaq, şəhərkənarı evdə eyvanı aynəbənd etmək, eyvan blokunu ləğv etmək və eyvanla vahid fəza yaratmaq istəyirsiniz?!
Formalar, rənglər və lazımsız arakəsmələrlə məhdudlaşmayaraq otağınızın eksklüziv dizaynını yaratmaq istəyirsiniz?!
VEKA PORTALLARI barədə düşünün!
1300*2000 mm pəncərəyə görə

VEKA giriş qapıları

VEKA profilindən möhkəm, keyfiyyətli giriş qapıları istehsal edilir. Əgər əvvəllər onlara əsasən ofislərdə və ticarət komplekslərində təlabat var idisə, son bir neçə ildə onlar xüsusi inşaatda da etibar qazanıblar. Onları cəsarətlə evlərdə, artırmalarda, pavilyonlarda quraşdırırlar. Onlar taxta və metal qapılara əla alternativdir.


VEKA plastik giriş qapıları eyni zamanda səliqəli, dəbli və ağır görünürlər. Onların hazırlanması üçün gücləndirilmiş PVX-profildən istifadə olunur, bu səbəbdən də konstruksiya gündəlik yüksək keçiciliyə tab gətirir və uzunmüddətli istifadəyə hesablanıb.

Funksiyası və təyinatından asılı olaraq, VEKA giriş plastik qapıların xarici görünüşü müxtəlif ola bilər. Mənzil, şəhərkənarı ev və ya xidməti tikili üçün giriş qapıları çox fərqlidir: oyuğun eninin, qarətə davamlılığa, istilik izolyasiyasına tələblərin müxtəlifliyi və s.

Qapının təyinatı tərtibatın növünə təsir göstərir:

  • doldurulma tipinə görə - qismən doldurulma (şüşə paketi/ sendviç-panel), tam doldurulma (sendviç-panel), şüşə doldurulma (şüşə paketi);

  • dekor variantlarına görə - vitraj, güzgü, düzülmə (şproslarla), tonlama, laminasiya.

Unutmaq lazım deyil ki, giriş qapıları, bir qayda olaraq, binanın qalın xarici divarlarında yerləşirlər. Qapının estetik görünməsi üçün artıq tamamlama seçimi mərhələsində qapı qutusu ilə təmasda olan maili səthləri və kandarın necə hazırlanması barədə düşünmək lazımdır.

Qapının qiyməti necə formalaşır?

VEKA profillərindən plastik giriş qapıları aşağıdakılardan asılıdır:

  • profil sisteminin seçimindən – üç, dörd, beşkameralı və daha çox;

  • furniturdan;

  • qıfıldan;

  • doldurulmadan, dekordan;

  • sıxlaşdırıcıdan;

  • açılma növündən;

  • kandarın materialından (plastik və ya alüminium).

VEKA profillərindən plastik giriş qapıların özəllikləri

VEKA profillərindən hazırlanan giriş qapıları şaxtaya, ultrabənöbşəyi şüalara, yüksək rütubətə davamlıdır. Zərif xarici görünüşü qarətə davamlılıq və yüksək möhkəmliklə ideal vəhdət təşkil edir. Onlar zirehli qapıları tamamilə əvəz edə bilmirlər. Amma şübhəsiz ki, bu, canilərdən gözəl müdafiədir. Təhlükəsizlik xüsusi furnitur və etibarlı kilid sistemlərinin istifadəsi sayəsində əldə olunur.

VEKA profilindən hazırlanan giriş qapıları üçün furnitur

Metal-plastik giriş qapılarının etibarlılığı, möhkəmliyi və uzunömürlülüyü üçün istifadə edilən furniturun keyfiyyəti çox vacibdir. Bu, qapıya kip yapışmanı təmin edən və qarətdən müdafiəni gücləndirən əlavə qıfıllar, sürgülər, siyirmələrdir. VEKA profillərindən plastik giriş qapıların üstünlükləri

  1. Möhkəmlik və su buraxmamaq qabiliyyəti – qapalı kəsikli armaturlayıcı element və möhkəm plastik sayəsində qapılar deformasiyaya uğramır, lay sallanmır.

  2. Yüksək keyfiyyətli plastik – bu, bütöv xidmət müddəti boyunca sabit olan profil və ekoloji təh.

  3. Qulluqda sadəlik – hamar səth çox çirklənmir və asanlıqla təmizlənir.

  4. Yaxşı hermetiklik və səsboğuculuq – keyfiyyətli sıxlaşdırıcılar yelçəkənlərə şans vermir və otaqda istiliyi əla qoruyur, həmçinin xarici səs-küydən izolyasiya edir.

  5. Yüksək səviyyəli mühafizə - qarətə dayanıqlı furnitur, keyfiyyətli kilid sistemi və zərbəyə davamlı şüşələrdən istifadə giriş qapısını canilər üçün ciddi maneəyə çevirir.

  6. Cələlərin etibarlı bərkidilməsi – plastik profilin üç divarından keçən bərkidici şurup əla möhkəmliyi təmin edir.

  7. VEKA profilində divarların bərabər qalınlığı 0,1 millimetr dəqiqliyi ilə təmin edilir. Buna görə də VEKA profilindən plastik qapıların bütün küncləri, bütün arakəsmələri ideal düzdür.

VEKA profilindən plastik giriş qapısı almaq, aşağıdakıları əldə etmək deməkdir:

  • etibarlı təminat;

  • sərfəli qiymət;

  • qüsursuz servis;

  • peşəkar montaj.

Və bizim hər müştəri barəsində səmimi qayğımız.