Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

Dilerlər üçün şirkət haqqında

VEKA Rus şirkəti yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin,
həmçinin qatlanan və pəncərə qapaqları hazırlanması və istehsalı sahəsində dünya liderlərindən olan VEKA AG konserninin törəmə istehsalat müəssisəsidir.

VEKA AG konserni

VEKA Rus şirkəti yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin, həmçinin qatlanan və pəncərə qapaqları hazırlanması və istehsalı sahəsində dünya liderlərindən olan VEKA AG konserninin törəmə istehsalat müəssisəsidir. VEKA Ag bazarda 1969-cu ildən çalışır. Baş müəssisə Sendenhost şəhərində, Almaniya, Şimali Reyn-Vestfaliyada yerləşir.


Konsernin istehsal törəmə müəssisələri Almaniyadan savayı ABŞ, Kanada, Belçika, Böyük Britaniya, Polşa, Çin, İspaniya, Fransada çalışırlar. Dünyada Latın Amerikası ölkələri, Hindistan, Sinqapur, Rumıniyada fəaliyət göstərən VEKA-nın inkişaf etmiş kommersiya nümayəndəlikləri şəbəkəsi mövcuddur.


Bu gün VEKA dünyada pəncərə və qapı konstruksiyaları üçün plastik profil hazırlayan ən nəhəng istehsalçılardan biridir. VEKA şirkətlər qrupunun bütün istehsal sahələri fəaliyyətlərini, istehsal ölkəsindən asılı olmayaraq bütün müəssisələr üçün vahid keyfiyyət standartı müəyyənləşdirən və Sendenhorst şəhərində yerləşən əsas müəssisənin nəzarəti altında həyata keçirir.

VEKA Rusiyada

VEKA Rusiyada öz zavodunu işə salan Avropanın ilk ekstruzion şirkəti oldu. O, Moskvanın 30 kilometrliyində, Naro-Fominsk rayonunda, Troitsk şəhəri yaxınlığında inşa olundu. VEKA Rus-un ilk zavodunun açılışı 1999-cu il oktyabrın 8-də baş tutdu. Düz 5 il sonra, 2005-ci il oktyabrın 8-də şirkətin Xabarovskdakı Uzaq Şərq filialı fəaliyətə başladı, həmin ilin mayında isə Uzaq Şərq filialından profilin göndərilməsinə başlanıldı.

Keyfiyyətə zəmanət

VEKA Rus-un bütün məhsulları zəruri sertifikatlara malikdirlər və bütün iqlim zonalarında, o cümlədən Uzaq Şimal bölgələri və kəskin kontinental, yüksək rütubət və normadan yüksək külək yüklənmə iqliminə malik rayonlarda istifadə edilə bilər. 2004-cü il martın 25-də VEKA Rusiyada DIN ISO 9001:2000 keyfiyyət standartına müvafiqliq sertifikatı alan ilk qərb ekstruzion şirkət oldu.

Polimer Profil İstehsalçıları Birliyinin Üzvü
DIN ISO 9001:2000 Keyfiyyət standartı