Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

VEKA ilə Karyera

VEKA RUS – ilk növbədə insanlardır

Şirkətin əsas dəyəri və uğurun şərti – bizim kollektivdir

Şirkətin kadr siyasətinin əsas prinsiplərindən biri – uzunmüddətli məqsədlər və inkişafın prioritet istiqamətlərinin seçimidir. Şirkətdə aram, xoşməramlı, demokratik və yaradıcı atmosfer formalaşıb. Şirkətin idarəetməsi ilk növbədə daim hər əməkdaşla ünsiyyətə açıq olan bütün təbəqə rəhbərlərin nüfuzu üzərində qurulub.

Şirkət rəhbərliyi əməkdaşların peşə yüksəlişində maraqlıdır, yalnız öz fəaliyyəti deyil, həmçinin kollektiv layihələrin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, düşünülmüş təşəbbüs və yaradıcılıq nümayiş etdirən şəxsləri dəstəkləməyə, onlara şərait yaratmağa hazırdır.

Kollektivimizin istənilən üzvünə münasibət əzəldən hörmət və qayğı ilə yoğrulub. Şirkət hər bir əməkdaşın özünü böyük və mehriban kollektivin üzvü hiss etməsi üçün bütün şəraiti yaratmağa səy göztərir.

Öncə insanlar

Personalın qiymətləndirilməsində əsas faktor hər əməkdaşın peşəkarlığa, təşəbbüsə və məsuliyyətə istiqamətlənməsidir.

Mehribanlıq və qayğı

Kollektivimizdə münasibətlər əzəldən hörmət və qayğı üzərində köklənib. Şirkət hər bir əməkdaşın özünü böyük və mehriban kollektivin üzvü hiss etməsinə çalışır.

Əmək şəraiti

VEKA Rus hər bir əməkdaşa özünü tam reallaşdırmağa, bacarığını və istedadını nümayiş etdirməyə imkan verən optimal əmək şəraiti yardır.

Karyera – VEKA!

VEKA istər peşəkarlar, istərsə də gənc mütəxəssislərlə əməkdaşlığa açıqdır. Uzun illərdir ki, biz bütün kollektivlə Yeni ili qarşılayırıq, şirkətin ad gününü, futbol çempionatları və uşaq bayramları keçiririk. Bu tədbirlərin keçirilmə məkanı, formatı və yaradıcı proqramı dəyişir, maraq və xoş təəssüratlar isə dəyişməz qalır.

VEKA dəyəri – –
komandamız
VEKA-da işləmək

VEKA istər peşəkarlar, istərsə də gənc mütəxəssislərlə əməkdaşlığa açıqdır. Uzun illərdir ki, biz bütün kollektivlə Yeni ili qarşılayırıq, şirkətin ad gününü, futbol çempionatları və uşaq bayramları keçiririk. Bu tədbirlərin keçirilmə məkanı, formatı və yaradıcı proqramı dəyişir, maraq və xoş təəssüratlar isə dəyişməz qalır.

VEKA Rus-un kadr siyasəti şirkətlə bir yerdə uğur qazanmağa köklənən əməkdaşların cəlb olunmasına və inkişafına yönəlib.  Uğurun əsas kriteriyaları təşəbbüs, peşə artımı və şəxsi inkişafdır.

VEKA şirkətində işləmək nə deməkdir?

  • Peşə baxımından böyümək və inkişaf etmək
  • Gələcəyinə inam
  • Şirkətinə görə qürur hissi keçirmək
  • Güclü komanda ilə müvəffəqiyyət qazanmaq

Əgər böyük və uğurlu şirkətin bir hissəsi olmaq, karyera qurmaq, məşhur brendlə çalışmaq, dayanıqlı inkişafın əldə olunmasına töhfə vermək istəyirsinizsə, o zaman Sizə lazım olan – VEKA-dır!


Komandanın tərkib hissəsinə necə çevrilmək olar?

İdeyalarınızın həyata necə keçdiyini görmək istəyirsinizsə, bizə işləməyə gəlin!

Personal xidməti:
+7 (495) 518-98-50 dax. 1231, 1233

Rezümeləri aşağıdakı ünvana göndərin:
hr_rus@veka.com