Hazırda inşaat və layihə təşkilatlarının əksəriyyəti bu və ya digər dərəcədə binanın informasiya modelləşməsi texnologiyası – iş prinsipləri, onun tətbiqinin iqtisadi effektləri, müəssisələrdə tətbiqinin xüsusiyyətləri, dövlətin bu texnologiyaya keçidi üzrə cari proqramı və s. - barədə eşidiblər.
Bəs fəaliyyətinə artıq informasiya modelləşdirilməsi texnologiyasını tətbiq edən inşaat və layihə təşkilatlarında vəziyyət necədir? Hər şeyə asan və əmək sərf etmədən nail olmaq mümkündürmü? Cavab sadədir - əlbəttə ki, yox. İşin ən uzunmüddətli və məsuliyyətli mərhələlərindən biri istənilən halda tikinti məmulatları və konstruksiyalarının modelləşdirilməsidir: bu, obyektin informasiya modeli qurulacaq həmin “kərpiclərdir”. Əlbəttə ki, layihəçi binanın informasiya modelləşdirilməsi üçün proqram kompleksi ilə birgə təqdim edilən standart elementlər dəsti ilə kifayətlənə də bilər, öz əldə etdiklərindən istifadə edə bilər. Lakin daha perspektivli variant bilavasitə tikinti məmulatları və konstruksiyaların istehsalçısı tərəfindən tərtib edilən hazır kitabxana elementlərindən istifadə etməkdir. Bu yanaşma layihəyə sadəcə bazarda təklif olunan məmulatı və ya konstruksiyanı tətbiq etmək deyil, həm də avtomatik olaraq layihənin gələcək işlənməsi üçün zəruri informasiyanın əldıə olunmasına zəmin yaradacaq (o cümlədən tədarük, tikinti, istismar mərhələlərində).
Dünyada PVX-dan pəncərə sistemlərinin aparıcı istehsalçısı olaraq, VEKA şirkəti müştərilərinə, eləcə də inşaat və layihə təşkilatlarının mütəxəssislərinə pəncərə konstruksiyalarının layihələndirilməsi və hesablanması üçün həmişə son texniki işlərini və alətlərini təqdim etməyə çalışır. Buna görə də peşəkar aləmin inşaatda böyük tələbat hiss etdiyi BIM texnologiyasından yan ötə bilməzdi.
Məmnuniyyətlə məlumat vermək istərdik ki, ilk dəfə yerli pəncərə bazarı tarixində VEKA şirkəti tərəfdaşı ilə birlikdə BIMLIB informasiya modelləri kitabxanasından müasir pəncərə konstruksiyaları inşaatında daha çox tələbat duyulan öz kitabxana elementləri çeşidini yaratmışdır.
Açıq təklif edilən analoqlardan fərqli olaraq, VEKA-nın kitabxana elementləri pəncərələr haqqında sadəcə qrafik informasiya malik deyillər, həmçinin tender alışları üçün zəruri məlumatı ehtiva edirlər və arxitektura-inşaat sənədlərinin tərtibatına standartları nəzərə almaqla hazırlanıblar. Dizayner və memarlar üçün əlavə olaraq pəncərələrin mümkün rəng seçimi və onların laminasiya növləri kitabxanası təqdim olunur.
VEKA-nın pəncərə konstruksiyalarının kitabxana elementləri BIMLIB.ru portalında azad təqdimatdadır və bütün istəyənlər onları yükləyə bilərlər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək lazımdır. Sözügedən platformanın fərqləndirici xüsusiyyəti istifadəçi ilə tikinti məmulatları və konstruksiyaları istehsalçısı arasında birbaşa əlaqənin yaranma imkanıdır, bu isə konkret inşaat obyektinin şəraitinə uyğun ən optimal qərar qəbul etməyə imkan verir.