Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

Kataloq VEKA

«Kataloq VEKA» – VEKA Rus profil sistemlərinin istehsalçısından planşetlər üçün rəsmi tətbiqdir.

  • Pəncərə və qapı konstruksiyalarının müxtəlif fərdi tərtibatının bütün imkanlarından istifadə edin
  • Tövsiyələrimizdən istifadə edərək, istəklərinizə uyğun pəncərə və ya qapı seçin
  • Pəncərəni seçərkən və sifariş edərkən ilk növbədə diqqət yetirməli olduğunuz vacib xüsusiyyətləri öyrənin

PVC konstruksiyaların hazırlanması və tətbiqi imkanları haqqında illüstrasiyalı məlumat ensiklopediyası. Eviniz və ya ofisiniz üçün pəncərə və qapılar ən geniş çeşidləri. Məqalələr sizə profil sisteminin xüsusiyyətlərinin enerjiyə qənaət, təhlükəsizlik və pəncərənin digər əhəmiyyətli istehlak xüsusiyyətlərinə necə təsir etdiyini başa düşməyə kömək edəcək.

İllüstrasiyalar pəncərə və qapı konstruksiyalarının fərdi tərtibatının mümkünlüyünü əyani şəkildə nümayiş etdirəcək.

Tətbiqin daxilində aşağıdakıları tapa bilərsiniz: 

  • Mənzillər, kotteclər, ofislər üçün müxtəlif konstruksiyaların icmalı; 

  • PVC qapı və pəncərələrin seçimi üzrə məqalələr; 

  • Seksiyaların çertyojları və 3D-baxış imkanı ilə profil sistemlərinə dair məlumat kitabçası; 

  • VEKA haqqında məlumat.

AppStore və Google Play onlayn xidmətlərində bütün iPad və Android əməliyyat sistemi ilə çalışan 10.1 düymlük planşet sahibləri PVC konstruksiyaların hazırlanması və tətbiqi imkanları barədə illüstrasiyalı ensiklopediyalar ilə tanış ola biləcəklər. Tətbiq vasitəsilə, mənziliniz, eviniz və ya ofisiniz üçün pəncərə və ya qapı seçə, pəncərə seçərkən hansı xüsusiyyətlərə diqqət yetirməli olduğunu öyrənə, enerjiyə qənaət, təhlükəsizlik, habelə, pəncərə və qapı dizaynlarının əsas keyfiyyət parametrləri haqqında əlavə məlumat əldə edə bilərsiniz. Proqramın daxilində həmçinin şəffaf elementlərin mümkün variantlarının icmalları, pəncərə seçiminə dair məqalələr, habelə, seksiya çertyojları və 3D-baxış imkanı ilə profil sistemləri üzrə məlumat kitabçası yerləşdirilib. Yeni məhsul, VEKA profilli pəncərələrin əsas xüsusiyyətləri və üstünlükləri haqqında effektiv və rahat vizuallaşdırma vasitəsini əldə edən, həm özəl müştərilər, həm də plastik pəncərə satıcıları üçün maraqlı olacaq.

«VEKA şirkəti öz müştəri xidmətlərini ən yüksək keyfiyyətli PVC profillərinin istehsalı və təchizatı ilə məhdudlaşdırmır, - deyə “VEKA Rus” şirkətinin kommersiya direktoru Andrey Taranuşiç qeyd edir. - «Öz fəaliyyətimizdə, biz yeni tendensiyaları və ixtiraları izləməyə və onları effektiv şəkildə tətbiq etməyə çalışırıq. Bu gün, rəqəmsal texnologiyaların həyatımıza daha intensiv daxil olduğu bir dövrdə, alıcı üçün mümkün qədər rahat ola bilən şəkildə məlumat vermək vacibdir. Planşetlər üçün tətbiqlər pəncərə və qapıların seçimində lazım olan məlumatları tez və keyfiyyətli şəkildə əldə etmək məqsədilə, müasir istehlakçıya, menecerə və müştəriyə çox lazımdır».

VEKA şirkətinin yeni tətbiqi, VEKA-nın plastik pəncərələrinin üstünlüklərini açıq şəkildə nümayiş etdirir, istehlakçılara pəncərə və qapı seçimi ilə bağlı müşkül bir məsələdə istiqamətlənməyə, pəncərələrin satıcılarına isə, məhsullarının üstünlüklərini daha parlaq şəkildə nümayiş etdirməyə kömək edir.


  1. Evlər,kotteclər,ofislər üçün cürbəcür görünüşlü konstruksiyalar
  2. PVX pəncərə və qapılar üçün məzmunlar
  3. Profil sistemlərinin eskiz üzrə axtarış və 3D qrafika ilə öncədən nümayiş olunması
  4. VEKA şirkəti haqqında məlumat