Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

VEKA Professional jurnalı

«VEKA Professional» korporativ dərgisi “VEKA” və şirkətin tərəfdaşları arasında kommunikasiyalar baxımından əlavə bir töhfə sayıla bilər.


Jurnalın səhifələrində müəllif materialları, xəbərlər, press-relizlər, metodiki materiallar, texniki icmallar, pəncərə sahəsinin mütəxəssisləri ilə müsahibələr və digər faydalı və maraqlı məlumatlar yerləşdirilir.

Bütün iPhone və iPad sahibləri VEKA Professional korporativ jurnalını pulsuz yükləyə bilərlər.

VEKA şirkəti hələ 2013-cü ildə kağız formatında jurnal dərc etməyə başlayıb. Şirkətin partnyorlarının tələbatı, həmçinin, hər şeydə birinci olmaq istəyi, VEKA-nın Apple cihazlarının sahibləri üçün jurnalın elektron versiyasının buraxılışı qərarına gətirib çıxardı. Yeni tətbiqdə hər kəsin tapacağı məlumatlar biznesin aparılması və şəffaf konstruksiyalar sahəsində inkişaf üçün faydalı olacaq.

Təcrübə, ixtiralar və fikir mübadiləsi – profil istehsalçısı və onun emalçıları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və saxlanılması üçün əsas sayılır. Bu gün, hər şeyin daim dəyişdiyi bir dövrdə, informasiya və biliklər, biznesin söykənə biləcəyi bir təməldir. Məhz buna görə də, aktual xəbərlər və innovativ təkliflərin rahat formatda təqdim edilməsi, VEKA-nın xüsusi önəm verdiyi istiqamətlərdən biridir. «VEKA Professional» jurnalının başlıca siyasəti, sənaye və xüsusi olaraq «VEKA» şirkətinin inkişafının bütün aspektlərinin əhatə edilməsinə yönəlib. Jurnalın səhifələrində müəllif materialları, mütəxəssislərin şərhləri, xəbərlər, metodiki materiallar, texniki icmallar və bir çox digər məsələlər yerləşdirilir ki, bu da şirkətin tərəfdaşları və pəncərə sənayesində çalışan hər kəs üçün faydalı və maraqlı ola bilər.