Elastik anker lövhə və yaxud anker bolt. Montaj için hansı daha məqsədəuyğundur? Pəncərə konstruksiyalarının montajı zamanı elastik anker lövhə və yaxud anker bolt kimi elementlərdən istifadə olunur. Belə güman edilir ki, montaj zamanı anker boltdan istifadə etmək lazımdır. Bunların istifadəsində hər hansı fərq varmı və montaj için hansını istifadə etmək daha məqsədəuyğundur?
Bu sualla 20 illik fəaliyyətinin böyük bir hissəsini pəncərə konstruksiyalarının montajı sahəsində çalışan, VEKA şirkətinin texniki məsələlər üzrə mütəxəssisi Aleksandr Ulyanova müraciət etdik. O, yarımşəffaf konstruksiyaların montajı üzrə QOST standartlarının işlənib hazırlanmasında iştirak etmiş və pəncərə konstruksiyalarının montajı və texniki xidmətinə dair yüzlərlə seminarlar vermişdir.
Onun fikrincə, elastik anker lövhələr də anker boltları kimi bərabərhüquqlu bərkidici elementdir. Anker lövhələrin istifadəsinə dair heç bir normativ məhdudiyyət yoxdur, habelə onların istifadə olunmaması ilə bağlı fərziyyəyə gəldikdə isə demək istərdik ki, bu, anker lövhələrin düzgün istifadə qaydalarını bilməyən şəxslər tərəfindən pəncərə bazarında yayılmış cəfəngiyyatdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, zəruri sərtliyi təmin etmək məqsədilə montaj ankerləri qalınlığı kifayət qədər olmalıdır, yəni "folqa" istifadə olunmamalıdır. 2002-ci ilin 30971 saylı QOST standartına əsasən anker lövhələrinin qalınlığı 1.5mm-dən az olmamalı idi. Təəssüflər olsun ki, bu QOST standartın 2012-ci il tarixli versiyasında bir sıra dəyişikliklər oldu və dəqiq qalınlıq göstəricisi müəyyən etmək əvəzinə, QOST standartını işləyib hazırlayanlar zəruri bərkitmə parametrlərini müəyyən etmək üçün güc hesablanmasının aparılmasını təklif edirlər. İstənilən hesablamanın yerinə yetirilməsi isə nədənsə ənənəvi olaraq bir çoxları tərəfindən könülsüz qarşılanır.
Anker lövhə pəncərə və eyvan bloklarının bərkidilməsi üçün mükəmməl üsuldur, çünki anker lövhələr istənilən yeridilmə üsulu ilə bağlanan bərkidici ilə müqayisədə bir sıra danılmaz və aşkar üstünlüyə malikdir, belə ki, anker lövhə profilin temperatur deformasiyalarına maneçilik törətmir, anker lövhələrin tətbiqi zamanı profillərin ikitərəfli deşilməsi baş vermir ki, bu da daha çox aşağı üfüqi profil üçün daha xarakterikdir, lövhə - qanadların açılması zamanı görünməyən gizli bərkidicidir, və s. Beləliklə, anker lövhələri mütləq şəkildə istifadə olunmalıdır, lakin digər bərkidicilər ki, onları da düzgün şəkildə istifadə etmək tövsiyə olunur.