Bu suala cavab vermək üçün pəncərə yerini ümumiyyətlə nə üçün hazırlamaq lazım olduğuna və bu zaman nəyə diqqət yetirilməsinin vacib olmasına, pəncərə yerinin hansı göstəricilərinin, həqiqətən də, montajın keyfiyyətinə və montaj bəndinin göstəricilərinə təsir göstərəcəyinə aydınlıq gətirməkdən başlamaq daha düzgündür.
DÜST 30971-ə uyğun olaraq, üçlaylı montaj bəndinin əsas layı orta laydır. O, əsas funksiyanı icra edir və istiləşdirici rolunu oynayır. Montaj bəndinin bütün digər layları orta layın müxtəlif neqativ təsirlərdən müdafiəsi funksiyasını həyata keçirirlər. Məlum olduğu kimi, hazırda orta layın materialı qismində daha çox montaj köpüyü (poliuretan köpük istiləşdiricisi) istifadə olunur. Balondan çıxdıqda o, genişlənir və praktiki olaraq oyuğun səthində, daha dəqiq isə, montaj bəndi və ya montaj aralığını yaradan səthlərdəki mövcud bütün kələ-kötürləri və boşluqları doldurur. Belə alınır ki, montaj köpüyünün mövqeyi baxımından, səthlərdə kələ-kötürlərin olub-olmamasının heç bir fərqi yoxdur, əlbəttə ki, müəyyən həddə qədər. Montaj köpüyü üçün montaj boşluqlarına nisbətdə yaxşı adgeziyaya malik olmaq daha vacibdir, buna isə tozun ləğvi və astar məhlulların istifadəsi ilə nail olunur. Həm də ki, montaj köpüyü üçün pəncərə yerinin səthinin şaquli və üfüqi istiqamətdə əyintiləri vacib deyil, amma o ana kimi ki, oyuğun bütün perimetri boyu normal montaj boşluğu təmin edilir. Normal boşluq isə, pəncərə konstruksiyasının ölçülərindən asılı olaraq, 15-80 mm arası diapazonu hesab etmək olar.
İndi isə digər layların tətbiqinə və işinə nəzər salaq. Xarici lay hidroizolyasiya, Ultrabənövşəyi şüalardan müdafiə funksiyasını həyata keçirir, amma bununla belə montaj bəndindən rütubətin küçəyə çıxmasına maneə törətmir, yəni orta laya, ora rütubət yol tapacağı təqdirdə, rahat qurumağa imkan yaradır. Əslində, DÜST 30971 montaj bəndinin xarici layında iki növ materialın tətbiqinə yol verir – BÖSL (buxarkeçirici özüenlənən sıxlaşdırıcı lentlər) və buxarkeçirici mastik hermetiklər. Elə burda da pəncərə yerinin səthinin düzlüyünə ehtiyac yaranır, çünki bu materialların səthə maksimal etibarlı yaxınlaşmasını təmin etmək lazımdır, buna isə əks halda nail olmaq mümkünsüzdür. Həmçinin pəncərə yerinin şaquli və üfüqi istiqamətdə minimal mümkün sapması lazımdır, belə ki, nəzərdən keçirilən materialların istifadə olunacağı boşluğun bərabərliyi və nəzarət olunması təmin edilməlidir (bax foto 1).
Bütün bunlar montaj bəndinin daxili buxari zolyasiyalı materiallarına da aiddir. Onların düzgün tətbiqi və etibarlı işi üçün kifayət qədər düz, əsaslı surətdə tozdan təmizlənmiş səth lazımdır.
Beləliklə, belə nəticəyə gəldik ki, əslində pəncərə yerinin hazırlanması ən azından montaj bəndinin xarici və daxili laylarının keyfiyyətinin təmini nöqteyi nəzərindən zəruridir. Lakin bu zaman bizə pəncərə yerinin bütün səthi lazımdırmı? Aydındır ki, xeyr. Bizə səthlərin yalnız məhdud sahələri lazımdır, eyni zamanda montaj bəndinin müxtəlif konstruksiya növləri üçün bizə fərqli səthlər lazım olacaq. Faktiki olaraq bizə eni 50 mm-dən çox olmayan, bəzən isə ondan da ensiz zolaqlar lazım gələcək (bax, şəkil 1 və 2).
Pəncərə yerinin bütün səthini hazırlamağa heç bir texniki ehtiyac yoxdur – bu yalnız bütün xərc növlərinin artımına gətirib çıxarır. Pəncərə yerinin montaj bəndinin təmasda olmadığı hissələrini biz sonradan istənilən halda maili səthlərlə örtəcəyik, ona görə də pəncərə konstruksiyasının quraşdırılmasından öncə onu hər hansı vasitə ilə hazırlamağa ehtiyac yoxdur.
Pəncərə yerinin hazırlanmasına tələb hissəsində DÜST aşkar qeyri-dəqiqliyə və ya natamamlığa yol verir ki, buna da qısaca nəzər saldıq. Pəncərə bazarının bügünkü reallığını nəzərə almaqla (biz burada uzun və çoxları üçün xoşagəlməz xüsusiyyətləri əks etdirməyəcəyik), pəncərə yerinin hazırlanması inşaatçı, pəncərə ustası və sifarşçi arasında ən münaqişəli mövzudur. Bu vəziyyətdə sonda günahkar pəncərə ustası olur, lakin pəncərə yerlərinə yalnız o tələb irəli sürmür. Məsələn, inşaatçının MS 70.13330-2012 tələbləri mövcuddur. Pəncərə yerlərinə tələblər əks olunan aparıcı və çəpərləyici konstruksiyalar, lakin bu tələblər faktiki olaraq inşaatçılar tərəfindən tez-tez pozulur (bax, foto 2). Əgər pəncərə blokunun sökülməsi zamanı pəncərə yerini özünə pəncərə ustası yaradırsa, tikintidə, istənilən binanın ilkin şüşələnməsi zamanı, pəncərə ustası üçün pəncərə yerini inşaatçı yaradır və bu yerlər heç olmasa, yuxarıda qeyd edilən MS tələblərinə cavab verməlidir. Pəncərə ustası bu tələblərin inşaatçılar tərəfindən yerinə yetirilməsinə nail olmalıdır, əks təqdirdə bunları özü etməli olacaq, çox zaman da öz vəsaiti hesabına. Lakin mövcud pəncərələrin yeni konstruksiyaları ilə əvəzlənməsi zamanı hər şey daha mürəkkəbdir. Bu hala aşağıda nəzər salaq.
Pəncərələrin sökülməsindən sonra pəncərə yeri çox zaman acınacaqlı vəziyyətdə olur: xarici maili səthlər qismən və tamamilə dağılıb, daxili maili səthlər üzərindən mala layının sökülməsindən sonra kələ-kötürdürlər, pəncərə yerinin aşağı hissəsindəki kərpic hörməsi sadə əl ilə elementlərə bölünür, MS, xüsusən də DÜST-ə hər hansı müvafiqlikdən söz gedə bilməz (bax, foto 3 və 4). Bəs belə vəziyyətdə nə etməli? Vəziyyət isə belədir. Müştəri deyir ki, müqaviləyə əsasən, o, montajı DÜST üzrə ödəyib və müqavilədə müvafiq bənd mövcuddur. Və onu heç kim xəbərdar etməyib ki, bu qədər (!!!) əlavə ödəniş etməlidir, nə ölçü çıxardan, nə menecer ona deməyiblər ki, pəncərə yerinin hazırlanması qiymətə daxil edilməyib və faktiki olaraq o, sadəcə yerinə yetirilmir, hərçənd müqavilədə yazılana əsasən, montaj DÜST üzrə aparılır. Odur ki, o, müştəri olaraq, heç nə bilmək və eşitmək istəmir, yalnız istəyir ki, hər şey müqavilə və DÜSTə uyğun olaraq yerinə yetirilsin və əgər orada pəncərə yerinin hazırlanmasına tələblər varsa, zəhmət çəkib onları həyata keçirin, bunun hansı vəsait hesabına olacağı isə maraqlı deyil. Montajçılar cavabında bildirirlər ki, onlarda bunun üçün heç bir material yoxdur, onlar pəncərə montajçılarıdır, malakeş və inşaatçı deyillər, pencərə yerinin hazırlanması üçün onlara heç kim pul ödəmir və onlar heç nə etməyəcəklər. Nəticədə tərəflərin heç biri üçün yaxşı bitməyən münaqişə yaranır: pəncərə artıq sökülüb, bayırda qışdır, pəncərəsiz evi uzun müddət saxlamaq olmaz və s. Yekunda bəs nədir? Yekunda isə firma müqaviləyə riayət etməyib, istehlakçını aldadıb və bunu anlayaraq, işin məhkəməyə gedib çıxmaması üçün, ildırım sürəti ilə pəncərə yerinin hazırlanması üçün tələb olunan hər şeyi öz vəsaiti hesabına alıb və bütün müvafiq işləri öz vəsaiti hesabına edib. Sifariş ziyanla yerinə yetirilib. Bütün bunlarda müqəssir kimdir? Ənənəvi olaraq hər şeyi “pəncərə montajında heç nə anlamayan” DÜST tərtibatçılarının üzərinə yıxmaq olar, belə vəziyyətin yaranmasının qarşısını almaq da olar. Buna necə nail olmaq mümkündür? Çox sadə: lap əvvəldən müştəriyə həqiqəti söyləmək lazımdır, vəssalam. Müştəriyə köhnə pəncərələrin (onlar varsa) söküntüsündən sonra yaranacaq vəziyyət haqqında məlumat vermək , bunu əyani və nümunələrlə təsvir etmək lazımdır: pəncərə yerinin hazırlanması nə deməkdir, bu nəyə lazımdır, hansı vəsaitlərlə həyata keçirilir və yekunda neçəyə başa gəlir. Müştərilərin bəzisi bu xərclərə hazır olduğunu, bəzisi isə hazır olmadığını söyləyəcək. Müştərinin qərarından asılı olaraq müvafiq addımlar atılmalıdır: bütün tələb olunanları almaq və işlərin həyata keçirilməsi üçün lazımi mütəxəssisləri dəvət etmək, yaxud müqaviləyə montajın DÜST-ün hər hansı hissəsinin tələblərindən yayınaraq və ya ümumiyyətlə, DÜSTə uyğun olmayaraq, hansısa TŞ, SS, TP və s. üzrə yerinə yetiriləcəyi barədə bənd əlavə etmək. Başqa sözlə, müştəri ilə səmimi söhbət və bütün amillərin əvvəlcədən razılaşdırılması sifarişin həyata keçirilməsi zamanı bir çox problemlərdən qurtulmağa imkan yaradır. Birinci halda isə, müştəri xərclərə hazır olduqda, bütün ödəmələrin düzgün tərtib edilən smetası yaxşı qiymət barədə razılıq əldə etməyə yardım göstərəcək. Kimsə etiraz edəcək ki, müştəri sadəcə ona heç nə söyləməyəcək, sadəcə “belə də bacararam və hətta bunsuz daha da ucuz” deyəcək rəqibin yanına gedəcək. Belə etirazlara cavab olaraq seminarların birindən nümunə göstərmək istərdik. Orada VEKA-nın texniki məsləhətçisi Aleksandr Ulanov belə hallarda nə baş verəcəyini əks etdirən fotoları müştərilərə göstərilməsini tövsiyyə edirdi. Dinləyicilərdən biri etiraz etdi ki, müştəri heç nəyi dinləməyəcək və heç nəyə baxmayacaq, yalnız “ucuz” sözü əhəmiyyət kəsb edir. Aleksandr Ulanovun ona özü ilə neçə foto və müxtəlif şəkillər apardığı və müştərilərə göstərdiyi, bundan sonra isə onların işə yaramadıqları iddiasını irəli sürdüyü barədə verdiyi suala o, heç bir dənəsini də aparmadığını, göstərmədiyini və buna heç vaxt cəhd etmədiyini etiraf etdi. Odur ki, müştəri iıə razılığa gəlməyə cəhd göstərməyinə dəyər, amma primitiv üsulla deyil, öz dəlillərini əyani nümayişlə əsaslandıraraq, özü də yalnız pəncərə yerinin hazırlanması deyil, başqa sahələrdə də. Mütəxəssis əmindir – bu, işləyir.
Əgər pəncərə yerlərinin hazırlanmasının labüdlüyü barədə qərar qəbul olunsa, o zaman müvafiq, o cümlədən suya və şaxtaya davamlı, tezquruyan məhsullar və s. müvafiq materiallar istifadə edilməlidir. Lazım olan materialların seçimi zamanı məsləhət üçün mütəxəssisə müraciət etmək daha düzgün olar. Həmçinin pəncərə yerlərinin hazırlanması işini də mütəxəssislərə həvalə etmək lazımdır, çünki bu məsuliyyətli işdir, xırdalıqların düzgün anlanılmasını, müvafiq bacarıq və ixtisaslaşma tələb edir.
Pəncərə yerinin hazırlanmasına dair suala belə mürəkkəb cavab alındı.