VEKASLIDE panorama qapıları evinizə individuallıq və təkrarolunmaz üslub bəxş edəcək. 

VEKASLIDE panorama qapıları əsasən standart həllər çərçivəsindən çıxmaq istəyən insanların şəxsi evlərinin layihələndirilməsi və tikintisi zamanı xüsusilə geniş istifadə olunur. Onların köməyi ilə 6 metrədək eni olan qapı yerlərini bağlamaq mümkündür. Panorama konstruksiyaların ən vacib xüsusiyyəti onların forma və rəng müxtəlifliyi, mükəmməl estetika və yüksək funksionallığa malik olmasıdır. 

Etdiyiniz seçimdən zövq almaq üçün ilk növbədə VEKASLIDE qapılarını düzgün şəkildə montaj etmək lazımdır. 

VEKASLIDE sürməli qapıların montajı. 

Hər şey qapı yerinin düzgün şəkildə ölçülməsindən başlayır. Bu qapıların üstünlüyü ondan ibarətdir ki, tamamlanmış döşəmə səviyyəsi qapı astanasının yuxarı kənarı ilə üst-üstə düşür. Buna görə də, qapı yerinin hazırlanması zamanı memarlar aşağıdakı nüansları nəzərə almalıdırlar: 

Montaj üçün saxlanılmış eni – VEKASLIDE qapının çərçivəsindən enli olmalıdır.(paroq)

Montaj üçün saxlanılmış minimal eni - 200 mm

Montaj üçün saxlanılmış dərinliyi.

Sürmə sisteminin çəkisini ötürmək və qapı kandarını döşəməyə bərkitmək məqsədilə əlavə geniçləndirici profillər üçün yer təmin etmək lazımdır. Buna görə də onun dərinliyi nəzərə alınmalıdır. Kandarın dərinliyinin ölçülməsi zamanı aşağıdakı məqama diqqət yetirmək lazımdır: Kandarın hissələri hündürlüyünə görə fərqlənir - daxili hissə xarici hissəyə nisbətən daha hündürdür. Kandarın tamamlanmış döşəməyədək olan daxili hissəsinin hündürlüyü - 95 mm (qapının daxili səthi), kandarın tamamlanmış döşəməyədək olan xarici hissəsinin hündürlüyü isə - 70 mm-dir (qapının xarici səthi). Rütubətin otağa daxil olmasının qarşısını almaq məqsədilə kandar müxtəlif hündürlüklərdə hazırlanır.  

Qapı yerini ölçmək məqsədilə qapı yerinin eni və hündürlüyünü ölçmək lazımdır. 

Kandar səviyyəsinin tamamlanmış döşəmə səviyyəsi ilə uyğunluğunu təmin etmək məqsədilə onun hündürlüyünü bilmək lazımdır. 

Qapı yerinin hazırlanması 

Montaj üçün saxlanılmış yerdə hazırlanmış dayaq lövhələr yerləşdirmək lazımdır. Bu lövhələr sərt metaldan olmalıdır ki, onlar qapı konstruksiyasının ağırlığı altında dağılmasın. Metal və yaxud plastik? Hazırkı variantda konstruksiyanın çəkisi təxminən 360 kq-dır. 

Kandarın bərkidilməsi

Belə sistemlərin üstünlüyü - ağır qapı qanadlarının yüngül və sərbəst hərəkət etməsidir. Əgər kandar bərkidilməsə, bir müddət sonra o, yerindən oynaya və deformasiyaya uğraya bilər. Belə bir halın baş verməməsi üçün, biz kandarı mütləq şəkildə metal künclüklərlə bərkitməliyik.  Kandarı bərkidən metal künclüklər minimum 45 mm hündürlükdə olmalı, künclüklər arasındakı məsafə isə 70 sm-dən artıq olmamalıdır. 

Qapı çərçivəsinin quraşdırılması 

Çərçivəni qapı yerində quraşdırmaq üçün onun üzərində dəliklər açmaq lazımdır. Onlar turbovintin diametrindən böyük olmalıdır ki, turbovint yivi kəsməsin, əksinə bu dəlikdən sərbəst şəkildə keçsin. Qapıların düzgün işləməsini təmin etmək üçün qapı çərçivəsi tərəfdən ara qat quraşdırmaq lazımdır ki, bu da öz növbəsində çərçivənin şaquli vəziyyətdə əyilməsinə imkan verməyəcək və plastik çərçivənin müvafiq istiqamətdə hərəkətini təmin edəcək. 

Yuxarı hissənin bərkidilməsi zamanı yuxarı üfiqi hissənin turbovint vasitəsilə əyilməməsinə diqqət yetirmək lazımdır. Çərçivənin kənarından olan məsafə - 15 sm, bərkitmə nöqtələri arasındakı məsafə isə - 70 sm olmalıdır. İşin sonrakı mərhələsinə mane olmasın deyə, ara qatlar kəsilir. 

Çərçivənin yuxarı hissəsini divar konstruksiyasına bərkitmək lazımdır ki, istismar müddətində qapı konstruksiyası  sallanmasın.

Qapı çərçivəsi bərkidildikdən sonra taraz alətinin köməyi ilə bütün səviyyələr yoxlanılmalıdır. 



Qanadın quraşdırılması üçün qapı çərçivəsinin hazırlanması

Hərəkətsiz qanadın montajı üçün həm estetik (bağlayıcıları örtür) və funksional (hərəkətsiz qanadı fiksasiya edir) cəhətdən iki funksiyanı yerinə yetirən qapı çərçivəsinin yan və alt hissəsindən barı (“plankanı”) asırıq. Bundan sonra, qapı çərçivəsinin aşağı səthini toz və kirdən təmizləyirik.

Sabit qanadın quraşdırılması

Qanadı qapı yerində quraşdırırıq və bütün perimetr boyunca onu turboşuruplar ilə fiksasiya edirik. İstiqamətləndirici planka və qanad arasındakı məsafə 12 mm olmalıdır.

İstiqamətləndiricilərin quraşdırılması

Əvvəlcə yuxarı istiqamətləndirici quraşdırılır və vintlərlə alüminiuma bağlayırıq, çünki istiqamətləndirici yük daşıyır – onun üzərində qanad hərəkət edir. Daha sonra, qapı konstruksiyamızın estetik görünüşünü təmin edən bağlayıcı planka ona bərkidilir. Aşağı qanadın altından soyuq havanın otaq içərisinə daxil olmaması üçün kipləşdirici plastin quraşdırılır.

Hərəkətli qanadın quraşdırılması

Alüminium və plastik arasında birləşmə yerində hava keçməməsi üçün, bundan sonra, hərəkətli qanad üçün planka və alüminium istiqamətləndirici üçün əlavə kipləşdirici quraşdırılır. Havanın daxilə girməməsinə imkan verməyən, havakeçirməyən planka quraşdırılır və plankalar arasında birləşmə yerləri kipləşdiricilər ilə bərkidilir. Havanın otağa daxil olmasına imkan verməyən bütün kipləşdirici hissələri quraşdırılır.

Şüşə paketlərin quraşdırılması

Çərçivənin aşağı hissəsində, şüşə paketlərin ölçülərindən və ya genişliyindən asılı olmayaraq, iki ədəd bükülmüş aralıq, onun üzərində isə sonradan şüşəpaketlər üçün altlıqlar quraşdırılır. Şüşə paketinin çəkisini götürmək üçün, çərçivə və ya qanadın küncləri arasında məsafə küncə mümkün qədər yaxın olmalıdır. Şüşəpaket iki tərəfdən bucaq altında quraşdırılır. Suyun çıxması üçün dəliyin açıq qalması nəzərə alınmalıdır.

Şüşə paketlər “ştapik” adlanan fiksatorlar ilə bərkidilir. İkiqat şüşəpaketlər qoyulduqdan sonra, biz hərəkət edən qanadın üzərinə tutqac qoyuruq və onun işini yoxlayırıq.

Qaytarıcı hissələrin quraşdırılması üçün, nişan üçün iki oyuğun olduğu üçün şablonlardan istifadə edilir. Bu oyuqları qaytarıcı hissələr üçün perpendikulyar şəkildə deşirik. Artıq deşilmiş oyuqlara qaytarıcı hissələri əlavə edirik - orta, yuxarı və aşağı hissədə. Montaj işlərinin sonunda, bağlanan yan plankaları qanadlara qoyuruq, yuxarıdan və aşağıdan məhdudlaşdırıcıları quraşdırırıq. Bağlayıcı plankalara xüsusi tutqacı quraşdırırıq. Tutqac hərəkətsiz qanadın yuxarı hissəsinə bərkidilir. Belə konstruksiyalarda şüşələnmə sahəsi əhəmiyyətli olduğundan, əlavə istilik axınını nəzərə almaq lazımdır.