Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

VEKA ilə əlaqə 24/7

Plastik qapilar

Portallar

Xəyallarınızdakı qış bağını salmaq, şəhərkənarı evdə eyvanı aynəbənd etmək, eyvan blokunu ləğv etmək və eyvanla vahid fəza yaratmaq istəyirsiniz?!
Formalar, rənglər və lazımsız arakəsmələrlə məhdudlaşmayaraq otağınızın eksklüziv dizaynını yaratmaq istəyirsiniz?!
VEKA PORTALLARI barədə düşünün!

Eyvan qapısı

VEKA profilindən hazırlanmış müasir eyvan qapısı yalnız gözəl xarici görünüşü ilə seçilmir, həm də otağın istilik və səs-küy izolyasiyasını təmin edir və müxtəlif variantlarda hazırlana bilər.

Otaqlararası (ofis) qapısı

Yüklənmə çox olmayan ofis və ya otaqlararası qapı üçün seçim tələb olduqda, plastik qapılardan istifadə etməyi təklif edirik. Onlar çox davamlıdırlar, istini gözəl qoruyur və yüksək səs izolyasiyasını təmin edirlər.  

Giriş qapısı

 Ağır furnitur və etibarlı konstruksiya müqabilində PVX giriş qapıları yükəsk keçicili yerlərdə istifadə oluna bilər. Belə qapılar həm kommersiya binaları, həm də xüsusi evlər üçün keçiciliyi təmin edə bilərlər.
Ölçmə ilə bağlı müraciət

VEKA istehsalçılarından plastik qapılar

PVC provildən hazırlanmış qapılara tələbat nisbətən son dövrlərdə artmışdır. Buna baxmayaraq, onlar taxta qapılarla uğurla rəqabət apararaq öz güclü rəqiblərini bazarda sıxışdırmağa nail olmuşdur.

Bu, plastik qapıların özündə bir sıra üstün keyfiyyətləri birləşdirməsi ilə izah olunur:

  • estetik xarici görünüş;

  • müxtəlif və funksional şüşələr;

  • enerji səmərəliliyinin yüksək olması;

  • mənfi təsirlərə qarşı davamlılıq (rütubət, temperatur fərqi, şişmə və quruma səbəbi ilə konstruksiyada əyriliklərin baş verməsi, mexaniki zədələnmələr vəs.);

  • bütün bunların nisbətən ucuz olması.


Plastik qapı konstruksiyalarının xüsusiyyətləri

PVC materialdan olan qapıların xüsusiyyətləri ilk növbədə onların növünə görə müəyyən edilir:

  • sürmə;

  • iki laylı;

  • qatlanan.

Onları istehsal olunduqları material birləşdirir - PVC profil. Buna misal olaraq VEKA plastik qapılarının daha geniş yayılmış növü olan iki qanadlı eyvan qapılarını nəzərdən keçirək.

O, özündə iki əsas elementi - çərçivə və qanadları birləşdirir. Petlələr, habelə qapıların müxtəlif rejimlərdə istifadəsinə imkan verən furniturlar bunların arasında birləşdirici element qismində çıxış edir:

  • havalandırma;

  • mikrohavalandırma;

  • qapı tam şəkildə bağlanır.

VEKA plastik qapılarının uzun ömürlülüyü eyni zamanda furniturların keyfiyyətindən də asılıdır.

Qapı çərçivəsi polad profillə möhkənləndirilmiş PVC profillərdən hazırlanır. O, konstruksiyaya davamlılıq, forma və ölçülərə sabitlik verir ki, bunlar rütubət və temperaturun təsiri altında heç bir dəyişikliyə uğramır. Qapıların təyinatından asılı olaraq optimal profil növü seçilir: giriş qapıları üçün - yüksək istilik izolyasiyasına malik iri profillər; otaq qapıları üçün — kompakt profillər.

Qapı qanadı istilik və səs izolyasiyasını təmin edir və sendviç panel və yaxud şüşə paketin daxil olduğu qanadlardan təşkil olunmuşdur. Doldurucunun seçimi qapının növündən və onunla bağlı tələblərdən asılıdır..

Beləliklə, giriş qapısında qalın sendviç panel və zirehli şüşədən hazırlanmış iki, üç kameralı şüşə paketlər quraşdırmaq lazımdır. Otaqların qapıları daha yüngül olur, belə ki, belə qapılarda bir kameralı şüşə paketlər istifadə olunur.

Plastik qapıların montajı

Plastik qapıların quraşdırma texnologiyası onların növündən asılı olaraq fərqlənir.

Eyvan qapıları pəncərələr kimi montaj olunur. Bir çox hallarda qapı və yanaşı yerləşən pəncərə öncə bir-birinə bərkidilir və daha sonra vahid konstruksiya şəklində quraşdırılır.

Adi taxta qapılardan fərqli olaraq daxili plastik qapılar qapalı qapı qutusuna malik olur. Hər dəfə qapıdan keçərkən kandarda büdrəməmək üçün döşəmədən minimal hündürlükdə fərqlənən xüsusi kandarlı qapı konstruksiyalarını sifariş etməyi tövsiyə edirik.

Ağır qapı qanadlarına və möhkəm çərçivəyə malik giriş qapıları daha möhkəm bərkidicilərdən istifadə olunmasını tələb edir. O, qapının davamlı şəkildə çırpılmasına davam gətirməli və laxlamamalıdır.

PVC materialdan hazırlanmış VEKA qapılarının üstünlükləri

Son zamanlarda VEKA plastik qapılarının satış həcmi artmışdır. Onların belə məşhurluğu nə ilə izah olunur?

  1. İndividuallıq – tərəfdaşlarımızdan müxtəlif rəng qammasında hazırlanmış istənilən konfiqurasiyaya malik olan və beləliklə də evinizin interyeri ilə mükəmməl şəkildə uyğunlaşan plastik qapılar sifariş edə bilərsiniz.

  2. Yüngüllük - plastik materialdan hazırlanmış qapılar çox iri görünmür və beləliklə də evinizin interyerini "ağırlaşdırmır".

  3. Rahatlıq - ətraf mühitin səs-küyündən izolyasiya hətta iri meqapolisdə belə sizə özünüzü rahat hiss etməyə imkan verəcək, qapıların enerjiyə qənaət xüsusiyyətləri isə ev sahibinin büdcəsinə əhəmiyyətli dərəcədə qənaət edəcək.

  4. Etibarlılıq – zirehləmə sayəsində qapı qanadları və çərçivəsi sərtlik qazanır ki, bunun da sayəsində belə qapılar evinizi çağırılmamış qonaqlardan etibarlı şəkildə qoruyur..

  5. Əlçatanlıq – VEKA plastik qapılarının dəyəri bu qapıları müxtəlif gəlir səviyyəsinə malik alıcılar üçün əlçatan edir. İstəyinizdən asılı olaraq həm bahalı məhsullar həm də "ekonom" sinif PVC qapılar əldə etmək mümkündür.

VEKA tərəfdaşlarının məhsullarını əldə etmək üçün veb saytımızda öz müraciətinizi yerləşdirə və yaxud (+994 50) 208-05-26 nömrəsi vasitəsilə VEKA şirkətinin çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.