Baki

VEKA ilə əlaqə 24/7

VEKA pəncərəsini uşaq otağı üçün ən effektli edən nədir?
  • Uşağın müstəqil olaraq pəncərəni aça bilməməsi və bayıra yıxılmaması üçün, pəncərəyə xüsusi qoruyucu furnitur quraşdırılır. Ona uşaq kilidi aiddir.
  • Uşaq otağındakı pəncərələr üçün bişmiş şüşədən və ya tripleks şüşəsindən şüşə paketləri seçmək tövsiyə olunur.
  • Uşaq otağında komfort mikroiqlimi təmin etmək və yelçəkəndən qorumaq lazımdır.
Maun
Bataqlıq palıdı
Qırmızı palıd
Fındıq
Ağ palıd
Dağ şamı
Ağ şam ağacı
Vinçester
Siyena noçe
Siyena rosso
Yonulmamış palıd
Qara albalı
Şeffild palıdı ağ
Şeffild palıdı boz
Şeffild palıdı qəhvəyi
Açıq boz
Parlaq boz
Gümüşü boz
Bazalt
Boz kvars
Tünd-boz
Qəhvəyi
Tünd qəhvəyi
Ağ təbəqə
Sarı
Açıq sarı
Fil sümüyü
Papirus
Gümüşü-boz ql.
Tutqun alüm.
Ağ platin met.
Kvars met.
Tünd platin met.
Bazalt parlaq
Boz şist ql.
Boz şist
Tünd boz şist
Brilliant-göy
Göy ultramarin
Kobalt
Tünd göy
Tünd mavi
Zümrüd
Bataqlıq yaşılı
Tünd yaşıl
Yaşıl-mavi
Koe meşə
Al-qırmızı
Yaqut
Fırfır
Tünd-qırmızı
Albalı Amaretto
Dəstəylərin rəngi
Ağ plastik
Titan
Latun
Gümüş
Açıq gümüş
Qəhvəyi plastik
Tünd bürünc
Seçim etməkdə
sizə kömək edərik!

Böyük məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və düzgün həllərin seçilməsində sizə yardımçı olacağıq!

VEKA profilləri nədir
Dizayn və uzunömürlülük

Ətraf mühitin təsirinə davamlı yüksək keyfiyyətli plastik, istənilən rəngdə və dizaynda düz hamar səth

Möhkəmlik və etibarlılıq

Xüsusi armir edən gücləndiricilərin istifadəsi konstruksiyanın yüksək sabitliyini təmin edir

Enerji effektliyi

Əla izolyasiya xüsusiyyətlərinə mailk sabit çoxkameralı sistem 

Səs-küydən müdafiə

Yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir

Veka şirkətinin digər həll üsulları

Sadə pəncərə

Əgər Sizə şüşələmə üçün ucuz, lakin keyfiyyətli seçim lazımdırsa
1300*2000 mm pəncərəyə görə

Qarətə qarşı pəncərələr

 Qarətə dayanıqlı pəncərələr elə hazırlanıb ki, evinizi cinayətkarların müdaxiləsindən maksimal dərəcədə mühafizə etsin. Qarətə dayanıqlı pəncərələrin adi plastik pəncərələrdən nə ilə fərqləndiklərindən və onları alan zaman diqqət yetirilməsi zəruri olanlar barədə söz açacağıq.




1300*2000 mm pəncərəyə görə

Səs-küydən mühafizəli pəncərə

Biz bu seçimi bilavasitə avtomobil magistralları, sıx hərəkət olan küçələr, hava limanları və sair səs-küy mənbələrinə yaxın yerləşən mənzil və kotteclər üçün təklif edirik.
1300*2000 mm pəncərəyə görə

Enerji effektli pəncərə

Enerji effektli plastik pəncərələr evin daxilində mikroiqlimi qoruyur, qışda isinmə, yayda isə soyuma xərclərini azaldır.  Pəncərənin hər tərkib hissəsi – çərçivə, şüşə paketi və furnitur – enerji qənaətinə öz töhfəsini verir.
1300*2000 mm pəncərəyə görə

Günəşdən müdafiəli pəncərə

Günəşdən müdafiəli pəncərələr – evinizdə və ya ofisinizdə komfortun və sağlam mikroiqlimin şərtlərindən biridir. Onlar otağı günəş şüalarından qoruyur və əlavə olaraq enerji qoruyucu xüsusiyyətlərə malikdirlər.  

1300*2000 mm pəncərəyə görə

Uşaq otağında pəncərə

Uşaq otağındakı plastik pəncərələr adilərdən az fərqlənir. Fərq belə pəncərələrin konstruksiyasına daha yüksək tələblərdədir: əlavə təhlükəsizlik üçün xüsusi furnitur və zərbəyə davamlı şüşələrdən istifadə edilir. Parlaq rəngdə pəncərələr sifariş etmək və ya hər hansı əlavə dekorlamadan istifadə etmək olar.


Uşaq otağındakı PVX pəncərələrə tələblər


Kilidlər

Pəncərələr uşaqların diqqətini cəlb edir, amma eyni zamanda təhlükə mənbəyidirlər. Uşağın müstəqil olaraq pəncərəni aça bilməməsi və bayıra yıxılmaması üçün, pəncərəyə xüsusi qoruyucu furnitur quraşdırılır. Ona uşaq kilidi aiddir. O, uşağa pəncərəni tam açmağa imkan verməyəcək, lakin bununla belə havalandırmaya maneə törətməyəcək.

Çox zaman üstdən quraşdırılmış kiliddən istifadə olunur. O, pəncərənin aşağı hissəsinə montaj edilir. Kilidin əsas bloku layın aşağısına, “dil” üçün kəsik olan blok isə - pəncərənin çərçivəsinə bərkidilir. Açarsız layı tam aralamaq mümkün deyil.

Uşaq kilidlərinin bir neçə digər növü də mövcuddur: daxilində kilid quraşdırılmış pəncərə dəstəkləri, boğuculu çıxarılan dəstəklər (ştek-rozetka), gizlin kilidlər və troslu kilidlər. Onların hamısı bu və ya digər vasitə ilə (bloklayıcılar və dönmənin tənzimləyiciləri vasitəsi ilə) pəncərənin tam açılmasının qarşısını alır.

Şüşə paketləri

Uşaq üçün daha bir təhlükə - təsadüfən sınan şüşədir. Uşaq otağındakı pəncərələr üçün bişmiş şüşədən və ya tripleks şüşəsindən şüşə paketləri seçmək tövsiyə olunur.

Adi şüşə ilə müqayisədə bişmiş şüşəni sındırmaq xeyli çətindir. Lakin o yenə də sınsa, xırda qırıntılara dağılacaq və onlardan yaralanmaq çox çətindi.

Təhlükəsiz tripleks şüşəsi bir neçə şüşə layından ibarətdir, onların arasına isə xüsusi plyonka yapışdırılıb. Belə təbəqəli struktur onun möhkəmliyini artırır: o, artıq top zərbəsindən sınmayacaq. Elə bu plyonka da qırıntıların ətrafa dağılmasının qarşısını alır və sınmış şüşədən zədələnməni istisna edir.

Şüşə paketlərinin konfiqurasiyasını düşünərkən, əlavə avadanlığa diqqət yetirin. Uşaq otağında jalüzləri şüşə paketinin içində quraşdırmaq tövsiyə olunur: uşaq onlarda dolaşmayacaq və üzərinə aşırmayacaq.

Yelçəkənlərdən müdafiə

Uşaq otağında komfort mikroiqlimi təmin etmək və yelçəkəndən qorumaq lazımdır. VEKA profilindən hazırlanmış plastik pəncərələr mikrohavalandırma sistemi ilə təchiz oluna bilərlər. Belə olduqda, havalandırma üçün layı açmaq tələb olunmur, bu isə soyuq havada xüsusən önəmlidir. Otaqda hava həmişə təmiz olacaq.

Qeyri-adi dizayn

Uşaqlar parlaq rəngləri sevirlər. Qeyri-adi pəncərəsi olan otağı onlar dəqiq bəyənəcəklər. VEKA profilindən hazırlanan pəncərələr müxtəlif laminasiya rəngində ola bilərlər. Laminasiya yalnız pəncərə çərçivəsinin rəngini dəyişdirməyə deyil, həm də səthə faktura əlavə etməyə yardım edir. Əlavə olaraq, müxtəlif dekorativ elementlərdən istifadə etmək olar, məsələn, şproslar, uşaq nağılları, cizgi filmləri süjetli vitrajlar.