Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

VEKA ilə əlaqə 24/7

Şəhərkənarı ev üçün plastik pəncərələr

VEKASLIDE panoramalı qapılar

 Panoramalı qapılar istənilən interyerdə cəlbedici görünürlər. Bağa və ya artırmaya açılaraq, onlar çox işıq buraxır və evi əhatə edən peyzaj üçün gözəl haşiyədirlər. Son zamanlar panoramalı qapıların şəhər mənzillərində quraşdırılması da nadir hal deyil – ehtiyac yarandıqda eyvan və ya lociya otaqla vahid fəzaya çevrilirlər.

Kottec (şəhərkənarı ev) üçün pəncərə

Rəng və çalarlar çeşidləri, qeyri-standart formada pəncərələr, qarətə dayanıqlı və enerjiyə qənaətli texnologiyalar – bütün bunları biz şəhərkənarı evlərin və kotteclərin sahiblərinə təklif edirik.
Ölçmə ilə bağlı müraciət

VEKA istehsalçılarından plastik pəncərələrin alışı

Plastik pəncərələrin qiyməti müxtəlif tədarükçülərə görə dəyişir. Qiymət fərqləri bir sıra amillərdən asılı olur ki, onlardan ən əhəmiyyətliləri komplekt hissələrə, istehsala və daşınmaya sərf olunan xərclərdir.

İstehsalın miqyasına görə pəncərə istehsalçıları üçün belə xərclər daha aşağı olur, belə ki, istehsal həcminin artması ilə bir məhsul vahidinə sərf olunan xərclər azalır.

Digər tərəfdən, istehsalçı öz zavodlarına daimi müştəri axınının gəlməsində hamıdan daha çox maraqlıdırlar. PVC profillərdən hazırlanmış konstruksiyalar bazarı artıq uzun müddətdir ki, təklif qıtlığı yaşamır. İstehlakçı seçim etmək imkanına malik olur və bu zaman keyfiyyət və etibarlılığa ehtiyac duyur.

Pəncərə - satınalma uğursuz olduqda asanlıqla dəyişdirə biləcəyini bir əşya deyil. Hətta peşəkar mütəxəssis belə pəncərənin keyfiyyətini adi gözlə müəyyən edə bilməz. Məhz bu səbəbdən, istehlakçı plastik pəncərə alarkən ilk növbədə istehsalçının nüfuzuna diqqət yetirir və hər hansı vasitəçinin xidmətindən istifadə etməyə tələsmir.

Nə üçün VEKA tərəfdaşlarından təkcə ucuz deyil, həm də sərfəli qiymətə plastik pəncərə ala biləcəyinizi söyləməyin vaxtı gəlib çatdı:

  • profillərin istehsalı avropa standartlarına və keyfiyyət normalarına əsasən həyata keçirilir və bu, sertifikatlarla təsdiq olunur;

  • Rusiya Federasiyasının QOST standartlarının bütün tələblərinə riayət olunur;

  • keyfiyyətə nəzarət istehsalatın bütün mərhələlərində fasiləsiz olaraq həyata keçirilir: məsələn, PVC profillərin parametrləri hər bir saatdan bir yoxlanılır;

  • pəncərə istehsalı üçün birbaşa olaraq satın alınmış şüşə paketlər və furniturlar istifadə olunur ki, bu da öz növbəsində qiymətlərə müsbət təsir göstərir;

  • Yalnız istehsalçı istehlakçıya bütün mövcud işləmə və dizayn variantlarından istənilən birini seçmək imkanı verir.

Standart ölçülərə malik hazır plastik pəncərə satın almaq ən sadə həll üsulu hesab olunur. Bu variant kütləvi seriyalı çoxmənzilli binalarda quraşdırmaq üçün nəzərdə tutulub.

İndividual ölçülərə və yaxud hər hansı xüsusi komplektasiyaya malik pəncərə sifariş etmək üçün bizim məsləhətçilərə müraciət edə bilərsiniz. O, sizə düzgün seçim etməkdə yardım edəcək və sifarişin qiymətinin dəqiq şəkildə hesablanmasını həyata keçirəcək.