VEKA-dan sistem profillərinin müxtəlifliyinə baxmayaraq, plastik pəncərələri seçmək elə də asan deyil. Kameraların sayı, şüşə paketinin eni və montaj ölçüləri, qiymət siyasəti və, əlbəttə ki, pəncərənin keyfiyyəti – bütün bunların hamısını aydınlaşdırmaq hər kəsin işi deyil.

Hansı pəncərələrin quraşdırılması barədə qərar qəbul etdikdə, mütləq anlamaq lazımdır ki, pəncərə - monolit əşya deyil, bir neçə elementdən (profil, şüşə paketi, furnitur) ibarət konstruksiyadır. Məhz tərkib hissələrin keyfiyyəti və xüsusiyyətləri son məhsulun xassələrini müəyyənləşdirir. Başqa sözlə, plastik pəncərələrin necə seçilməsini öyrənmək üçün, onun tərkibinə daxil olan komponentlərin seçiminə qarşı irəli sürülən göstəriciləri bilmək lazımdır. Həmçinin plastik pəncərənin seçimi zamanı növə diqqət etmək lazımdır.

Həmçinin plastik pəncərənin seçimi zamanı otağın növünü və regionun təbiət-iqlim xüsusiyyətlərini nəzərə almaq zəruridir. Pəncərələr temperatur dəyişikliyindən qorumalı və küçənin səs-küyünü buraxmamalıdırlar. Daha bir vacib amil – onlar interyeri gözəl tamamlamalı və xüsusi qayğı tələb etməməlidirlər.

Əlbəttə ki, Siz peşəkarlara müraciət edə bilərsiniz, onlar şüşə paketi, profil və furnituru necə seçilməsinə dair məsləhət verəcəklər, lakin nəyə pul xərclədiyinizi və yekunda nə aldığınızı anlamaq da vacibdir.

Profili necə seçmək lazımdır

Siz eni 58-90 mm olan VEKA profilindən istədiyiniz pəncərələri quraşdıra bilərsiniz. Kameraların sayı montaj eni ilə müəyyənləşdirilir və istilik qorunmasının optimal göstəricilərinə əsaslanır. Normada adi şəhər mənzili üçün 70 mm-lik profil kifayətdir; daha enli profil şəhərkənarı evlərdə və sərt qışı olan regionlarda istifadə olunur.

Şüşə paketinin xüsusiyyətləri

Ofis və isinməyən otaqlar üçün bir qat şüşə paketinin seçilməsi daha məqbuldur. Mənzil və evlər üçün şüşə paketi ən azından ikiqat olmalıdır. Ticarət ərazisinin, yaşayış evində mansardın şüşələnməsi üçün şüşə paketinin necə seçilməsi və şəhər mənzili üçün ikikameralı paket almağa dəyərmi – bu barədə Sizə tərəfdaşlarımızın ofislərindəki menecerlər söz açacaqlar.

Bu xüsusi pəncərə uşaq otağını maksimal dərəcədə təhlükəsiz edəcək. Pəncərə yalnız havanın dəyişdirilməsi üçün açılır. Pəncərənin tam açılması üçün açar tələb olunur.

Furnitur

Furniturdan danışsaq, bu elə haldır ki, qənaət etmək olmaz. Axı məhz o, daimi yüklənmədədir. Keyfiyyətsiz furnitur layların kip oturmamasına, pərçimlənməsinə və yekunda dəyişdirilməsinə gətirib çıxara bilər. İki dəfə pul xərcləmək üçün yalnız sınanmış istehsalçıların keyfiyyətli furniturunu seçin.

Qiymətlər

Pəncərənin qiyməti və keyfiyyəti sıx əlaqəlidir. Bir qayda olaraq, B sinfinə aid, həmçinin ucuz furniturun istifadə olunması ilə hazırlanan profillər daha ucuzdurlar. Ucuz pəncərə quraşdırmazdan əvvəl sertifikatları tələb edin və onun nədən hazırlandığını öyrənin.

Plastik pəncərələrin vacib parametrləri

Unutmayın ki, pəncərənin qiymətində ümumi qənaət yalnız 20% təşkil edə bilər, itirilən keyfiyyət və tez bir zamanda dəyişdirilmə zəruriyyəti isə qat-qat baha başa gələcək. Hansı pəncərələri seçəcəyinizi bilmirsinizsə, tərəfdaşlarımıza müraciət edin və VEKA profilindən pəncərələrin hazırlanması və tam montajını sifariş edin. Əminik ki, çoxçeşidli variantlar arasında qiyməti və keyfiyyəti ilə Sizi qane edənini tapacaqsınız.

VEKA-nın rəsmi saytı mənziliniz və eviniz üçün pəncərə konstruksiyalarının seçiminə düzgün yanaşmada və seçimdə yardım edəcək. Faydalı məsləhətlər və video, rahat axtarış forması ilə rəsmi tərəfdaşlarla əlaqə və ölçü mütəxəssisinin dəvət etmək imkanı. Bu və digər imkanlar bizim saytda.