VEKA pəncərə profilləri müstəqil keyfiyyət ekspertizasından keçirlər

VEKA şirkəti fəaliyyətində məhsulunun maksimal yüksək xüsusiyyətlərlə təmin edilməsini əsas sayır. Biz plastik profillərin istehsalı sahəsində çox qiymətli təcrübə topladıq və bol bilik əldə etdik. Biz məhsulumuzun keyfiyyətinin obyektiv qiymətləndirilməsinə malikik – bu, standartların tələbatlarına uyğunluq haqqında sertifikatlar, həmçinin alıcılarımızın rəyləridir.

Plastik pəncərələr – sertifikatlaşdırılması vacib olan əmtəə qrupuna daxil məhsuldur. Məhsulun keyfiyyətinin yoxlanılması məsuliyyəti dövlət nəzarət orqanlarının üzərinə qoyulub. VEKA şirkəti üçün nüfuzu çox önəmlidir. Biz mümkün olandan yalnız ən yaxşısını istehsal etməyə çalışırıq. Buna görə də biz nəzarət tədbirlərinin azalmasında deyil, əksinə, çoxalmasında maraqlıyıq. Bununla belə, hər bir müəssisəmiz, şübhəsiz, bütün dövlət normativlərinə cavab verir. Amma bu hələ son deyil. Könüllü əsaslarla biz məhsulumuzun keyfiyyətinə ciddi nəzarət edirik. Alıcılarımızın razı qalmasına yalnız belə əmin ola bilərik. Müəssisələrin fəaliyyətinin iqtisadi effektliyini artırmaq məqsədi ilə, biz onlarda bütün biznes-prosesləri  DIN ISO 9001:2000 standartı ilə formalaşdırırıq. Profil istehsalında texnoloji normativlərə sənayedə ən tələbkar Avropa standartlarına uyğun riayət edirik.  


Сертификат качества DIN EN ISO 9001