VEKA öz profilini yalnız ən yaxşı şirkətlərə satır

 Təcrübə göstərir ki, plastik istehsal edən bir çox şirkətlər, onu müxtəlif ticarət şəbəkələri vasitəsi ilə satmağa üstünlük verirlər. Buna görə də onlar məhsullarından kimin, necə və nə hazırladığına nəzarət etmək imkanından məhrumdurlar. Bəs nəticə? Əgər keyfiyyətli profildən səhlənkar istehsalçı aşağı keyfiyyətli pəncərələr hazırlayıbsa, o zaman şirkət haqqında da pis təəssürat yarana bilər. Razılaşın ki, həm şirkət, həm də alıcı üçün xoşagəlməz vəziyyətdir...

 Yalnız ən yaxşı tərəfdaşlar

Belə hallardan sığortalanmaq üçün, VEKA məhsulunu yalnız istehsalçı şirkətlərə birbaşa, vasitəçisiz təqdim edir. Yalnız bu yolla tərəfdaşlarımıza profillə düzgün işləməyi öyrədə bilərik. Bu bizə bütün incəlikləri nəzərə almaqla profil istehsal etməyə imkan verir. Əlbəttə, bu işimizi xeyli çətinləşdirir, lakin bizim üçün adımız önəmlidir və yalnız bu üsulla biz keyfiyyətə effektiv nəzarət edə və məhsulumuz üçün məsuliyyət daşıya bilərik.

İstisna olunmur ki, bəzi şirkətlər Sizə bizim profildən hazırlanan pəncərələrdən daha ucuz qiymətə pəncərə təklif edə bilərlər. Amma bizim cavab verməyə sözümüz var: biz innovativ mühəndis qərarları tətbiq edirik və onlarla rəqabət aparmaq çox çətindir. Biz davamlı olaraq keyfiyyət haqqında düşünürük və işimizə məsuliyyətlə yanaşırıq.