Keyfiyyətli profil - keyfiyyətli pəncərə üçün.
Keyfiyyətli pəncərəni yalnız keyfiyyətli profildən hazırlamaq olar. Pəncərənin keyfiyyəti və uzunömürlülüyü ilk növbədə onun hazırlandığı profildən asılıdır. Bu komponentin uzunömürlüyə və texniki göstəricilərə təsiri o qədər əhəmiyyətlidir ki, məhz PVX-profilin istehsalçısı pəncərəni hazırlayan kimi göstərilir.
Anlamaq lazımdır ki, gözəyarı keyfiyyəti təyin etmək mümkün deyil: zahirən müxtəlif profillərdən hazırlanan pəncərələr eyni görünə bilərlər. Fərqliliklə daha sonra üzə çıxacaq: məsələn, keyfiyyətsiz pəncərənin layları sallananda və bağlanmayanda. Buna görə də alıcı qoşma sənədləri öyrənməlidir.
Profilin müəyyən edilən keyfiyyət normalarına cavab verməsini təsdiqləyən sənəd – sertifikatdır. Vacib nüans: o, profil sisteminə deyil, konkret zavodda istehsal edilən məmulatlara verilir. Fərqli zavodların məhsulları çox fərqlənə bilər, buna görə də hər zavodun buraxılış keyfiyyəti ayrıca sertifikatlaşdırılır.
Daha bir vacib sənəd beynəlxalq DIN ISO 9001:2000 sertifikatıdır. O, şirkətdə keyfiyyətin effektiv idarəetmə sisteminin mövcudluğunu təsdiqləyir. Bu sənəd də yalnız konkret istehsalata verilir. O, göstərilən zavodda məhsulun keyfiyyətinə fasiləsiz və hərtərəfli nəzarət sisteminin qurulmasına təminat verir. Yəni yalnız hazır məhsulların hər partiyası deyil, həm də müxtəlif istehsal mərhələlərində yarımfabrikatlar da yoxlanılır.
VEKA şirkəti bütün istehsalatı sertifikatıaşdırılan nadir profil istehsalçılarından biridir. O cümlədən Rusiyada – Novosibirsk və Moskva ətrafında yerləşən iki zavod.
Bax, belə enli... Profillər necə olur?
Evində plastik pəncərə quraşdırmaq niyyətində olan adamın rastlaşdığı ilk termin – profilin montaj enidir. Reklamda məhz onlar tez-tez göstərilir. Profilin eninin pəncərənin hansı xüsusiyyətlərinə təsir göstərdiyini və onu necə seçmək lazım olmasına aydınlıq gətirək.
Klassik ölçü – 58 mm
Ötən əsrin 50-ci illərinin ortalarında meydana gələn ilk pəncərə profillərinin eni 58 mm olub. Bu onların faktiki olaraq taxta çərçivələrin həndəsi formasını təkrarlamalarından irəli gəlirdi, onlarda isə belə en texnoloji cəhətdən səciyyəvi idi. 58 mm-lik sistemlər bütün iqlim zonalarında pəncərə layihələndirməsi və istehsalı sahəsində əksər məsələləri həll etməyə qadirdirlər. Əlbəttə ki, istehsalçı yığım texnologiyası və hazır konstruksiyaların montajına riayət edirsə. VEKA 58 mm-lik EUROLİNE profil sistemlərini buraxır ki, onun keyfiyyəti və etibarlığını istehlakçılar bütün dünyada yüksək qiymətləndirir.
70 mm – daha isti və təhlükəsiz
Təqribən 80-ci illərin ortalarından montaj eni 70 mm qədər artırılan profillərin istehsalı başladı.
Montaj eninin artırılması pəncərələrə daha qalın şüşə paketləri yerləşdirməyə imkan verdi, bunun müqabilində pəncərələrin istilik-texniki göstəriciləri xeyli yaxşılaşdı. Pəncərənin qalınlığının artırılması həmçinin səs izolyasiyasına da təsir göstərdi: belə pəncərə olan evlərdə yalnız daha isti deyil, həm də daha sakit oldu.
VEKA-nın məhsul siyahısında eni 70 mm olan üç profil sistemi mövcuddur: SOFTLINE, SWINGLINE və PROLINE. Əgər hər hansı səbəblər üzündən standart pəncərələr sizə kifayət etmirsə, bu variantlardan birini seçin.
Bu məmulatlar istilik-texniki göstəricilərinə görə praktiki olaraq eynidirlər, lakin profilin formasına görə bir qədər fərqlənirlər. SWINGLINE profilinin tərəfləri girdədir. SOFTLINE və PROLINE zahirən çox bənzərdirlər, lakin sonuncunun hündürlüyü azdır. Bunun hesabına belə profildən hazırlanan pəncərənin işıq keçən yeri daha çoxdur və bunun müqabilində otağa daha çox işıq daxil olur.
Maksimumu sevənlər üçün
Amma 70 mm də profilin eni üçün hədd deyil. Bu yaxınlarda VEKA şirkəti bazara yeni VEKA SOFTLINE 82 sistemi buraxıb. Bu innovativ məhsul artıq bu gün sabahın tələblərinə cavab verən pəncərələri layihələndirməyə və istehsal etməyə imkan verir. Bu profillərin eni 82 mm-dir. Əgər 58 mm-lik profillərdə eni 32 mm-ə, 70 mm olanlarda – 42 mm-ə qədər olan şüşə paketləri istifadə etmək mümkündürsə, SOFTLINE 82-də 24-52 mm olan şüşə paketləri quraşdırmaq mümkündür. Üç sıxlaşdırıcı konturu səs-küydən, soyuqdan, rütubətdən və yelçəkənlərdən etibarla qoruyur.
Kameralar haqqında bir neçə kəlimə
Pəncərə dükanlarının satıcıları profildəki kameraların sayı barədə heç də endən az söz açmaq istəmirlər. Bu nədir? Kameralar nə üçün lazımdır və onlar profilin keyfiyyətinə necə təsir göstərirlər? “Çox kamera – daha yaxşı profil” qaydası işləyirmi?
Bir, iki, üç...
Taxta çərçivədən fərqli olaraq, PVX-profilin içi boşdur. Zahirdən görünən divarlar bütün uzunluq boyu aralarında şaquli və üfüqi arakəsmələrlə birləşirlər. Onların yaratdıqları fəza konstruksiyası eyni zamanda yüngül və möhkəm alınır. Profilin divarları və arakəsmələr arasındakı boşluqlar kamera adlanır.
Klassik 58 mm-lik profildə belə kameraların sayı 3-dür. Ön kamera – küçəyə baxan – pəncərənin üzərinə düşən yağış suyunun çıxarılmasına xidmət edir. Orta kameraya polad armaturlayıcı aralıq yerləşdirilir, onsuz PVX-profil lazımi sərtliyə malik olmayacaq. Üçüncü kamera (arxa, otaq tərəfdən) furniturun – cələ, dəstək və kilid elementləri - bərkidilməsinə xidmət edir.
Neçə kamera lazımdır?
Kameraların sayı ilk növbədə profilin enindən asılıdır: profil enlidirsə, kameralar çoxdur. Eni 58 mm olan profildə kameraların sayı 3-dür, 70 mm-likdə - 4 və ya 5, eni 82 mm olan VEKA SOFTLINE 82 profil sistemində 6 kamera var.
Boş pəncərə çərçivəsi yaxşı istilik isolyasiya göstəricilərinə malikdir. Bununla belə kameraların sayı öz-özlüyündə pəncərənin istilik-texniki xüsusiyyətlərinə demək olar ki, təsir göstərmir. Ən əsası, profilin daxilindəki hava Aralıqlarıdır, əhəmiyyətli onların ölçüsüdür. Buna görə də, gələcək pəncərələriniz üçün PVX-profil seçərkən, profilin eninə baxın, kameraların sayına isə diqqət yetirməyin.
Ölçünün fərqi varmı?
Bu suala qısa cavab belə olacaq: bəli, ölçünün fərqi var.
Pəncərənin istehlak göztəriciləri (qiyməti də) birbaşa onda istifadə olunan PVX-profilin enindən asılıdır. Montaj eninə görə profillər iki böyük sinfə bölünürlər: 58-64 mm və 70-75 mm. Bundan əlavə daha böyük montaj eninə malik profil sistemləri istehsal olunur, məsələn, artıq qeyd olunan VEKA SOFTLİNE, 82 mm.
Eyni sinfə aid profillərin istilik qoruma və səs-küy izolyasiyası göstəriciləri praktiki olaraq eynidir. Daha enli profildə onlar daha yaxşıdır. Enli profilin əsas üstünlüyü – pəncərədə daha qalın şüşə paketlərin istifadə imkanıdır. Onlar da öz növbəsində böyük hesabla bütün pəncərənin istehlak keyfiyyətini müəyyənləşdirir.
Real təhlükə və ya A və B boru üzərində oturmuşdular
Alıcı ilə profilin enini, ondakı kameraların sayını müzakirə etmək və rəqəmlərlə oynamaq çox asandır. Amma gələcək pəncərə üçün həqiqətən vacib parametrlər diqqətdən kənarda qalır və sadə istehlakçıya onları yoxlamaq, demək olar, mümkünsüzdür. Söhbət divarın qalınlığından asılı olaraq profil siniflərindən gedir.
Divarın qalınlığından asılı olaraq milli və beynəlxalq standartlar PVX-profilləri 3 sinfə bölürlər:
|
Divarların qalınlığı (mm), ən azı
|
Sinif
|
А
|
В
|
С
|
Xarici divar
|
3,0
|
2,5
|
Normalaşdırılmayıb
|
Arakəsmə
|
2,5
|
2,0
|
Normalaşdırılmayıb
|
B və C sinfinə aid profillərin hazırlanmasının maya dəyəri daha aşağıdır, lakin möhkəmlik göstəriciləri də onlarda daha pisdir:
- külək yükləmələri və şüşə paketinin çəkisinin təsiri ilə profil daha asan və daha tez deformasiyaya uğrayır: pəncərənin layları sallanır və normal açılıb-bağlanmır;
- çərçivənin künc qaynaq birləşmələri dağıla bilər; bəzən bu artıq montaj prosesində baş verir;
- zəif profildən hazırlanan pəncərə cinayətkar üçün əsl tapıntıdır, onu sındırmaq çox asandır
C sinfinə aid ucuz profil müvəqqəti tikililər və sənaye binalarının pəncərələri üçün istifadə edilir. Bu profildən ucuz bağlı pəncərələr hazırlamaq olar, onlar açılmır və sallana bilməz.
B sinfinə aid profilindən hazırlanmış pəncərələrlə yeni tikililərdə mənzil alanlar rastlaşırlar. İş icraçısı xərclərin azaldılması məqsədi ilə çoxmənzilli ev üçün aşağı maya dəyəri olan pəncərə dəsti sifariş verir. Bəzi yeni sakinlər pəncərələri dərhal daha keyfiyyətliləri ilə əvəzləyirlər, digərləri isə bir qədər sonra, laylar normal bağlanmayanda və adi havalandırma problemə çevrildikdə.
VEKA şirkəti ən sadə və etibarlı yolla getdi: o, yalnız A sinfinə aid PVX-profil istehsal edir. Buna görə də bizim müştərilərə bu təsnifatın incəliklərinə baş vurmağa ehtiyac qalmır. İstənilən profili seçin – o, A sinfinə uyğun olacaq.
Paltara görə qarşılayırlar: profilin xarici görünüşü
Keyfiyyətli və uzunömürlü profil – zərurətdir. Amma bundan savayı pəncərənin gözəl görünməsi və otağın interyerinə və evin memarlıq üslubuna uyğun gəlməsi də arzuolunandır.
Əksər pəncərələr sadə ağ rəngdə hazırlanır. Bu ənənədir, mütləq deyil. İstehlakçı pəncərə çərçivəsinin rəngini zövqünə uyğun seçə bilər. Belə imkanı laminasiya texnologiyası verir – PVX-profilin üzərinə məmulatın rəngini və fakturasını tam dəyişən dekorativ plyonkanın yapışdırılması.
Müxtəlif növ ağacların, rənglənmiş və daranmış metal imitasiyası, tutqun və ya parlaq rəngli səth - tələbkar istehlakının qarşısında onlarla mümkün variantdan çətin seçim vəzifəsi dayanır. Bununla yanaşı zaman ötdükcə səthin yanacağına və ya solacağına görə narahat olmağına dəyməz: laminasiyalı örtüyün xidmət müddəti bütöv pəncərənin istismar müddəti ilə eynidir.
Keyfiyyətli profil seçimi alqoritmi
İstehlakçıya pəncərə üçün keyfiyyətli profilin seçiminə yardım etmək üçün, biz yuxarıda qeyd olunanları nəzərə almaqla bu tövsiyyələri tərtib etdik:
1. Etimad göstərdiyiniz profil istehsalçısının seçimindən başlayın. Onun məhsulunun keyfiyyəti beynəlxalq və Rusiya standartlarının tələblərinə cavab verməlidir. İstehsalçının müəssisəsində keyfiyyətə fasiləsiz nəzarət sisteminin tətbiq olduğuna və onun mövcudluğunun müvafiq sertifikatlarla təsdiq edildiyinə əmin olmaq pis olmazdı.
2. Pəncərədən nə gözlədiyinizi özünüz üçün müəyyənləşdirin: o, istilik qoruma, səs-küydən izolyasiya və işıq buraxma üzrə hansı göstəricilərə malik olmalıdır. Unutmayın ki, birinci mərtəbədəki mənzilin və şəhərkənarı evin pəncərələri əlavə olaraq evi canilərdən də müdafiə etməlidir..
3. Pəncərələriniz üçün hansı şüşə paketinin lazım olduğunu bilərək, onun quraşdırılması üçün yararlı profil sistemi seçin.
4. Sonuncu mərhələdə evinizin memarlıq üslubuna və interyerin dizaynına uyğun laminasiyanın rəngini və fakturasını seçin.