VEKA-nın keyfiyyətli pəncərə seçiminə dair tövsiyələri 

Ev və ya ofis üçün pəncərə alarkən, qiymət və keyfiyyətin optimal vəhdətini təmin etmək şərti ilə hər biriniz isti və rahatlığın qorunması üçün daha yaxşı seçim arayırsınız. Yüksək keyfiyyətli plastik profilin istehsalçısı VEKA PVX pəncərələrin aşağıdakı parametrlərinə diqqət yetirməyi tövsiyyə edir:

Profil

Profilin xarici divarın qalınlığı ilə müəyyənləşdirilən bir neçə keyfiyyət sinifləri mövcuddur. Daha nazik profil ucuz ola bilər, lakin o hər zaman pənmcərənin istehlak keyfiyyətlərinin – isti və səsboğuculuq, həndəsi sabitlik, uzunömürlülük - qorunmasına qadir deyil. Ən yaxşı firmalar keyfiyyətə zəmanət verməyə imkan yaradan A sinfinə aid profillərlə işləyirlər.

Furnitur və komplektləşdiricilər 

Yüksək keyfiyyətli pəncərələr ilin istənilən fəslində problemsiz açılıb bağlanmalı, küçənin tozundan və səs-küyündən qorunmalıdırlar.Ucuz sıxlaşdırıcılar, dəstəklər, fırlanan furnitur və bərkimə elementləri yalnız pəncərənin qiymətini deyil, həm də keyfiyyətini aşağı salır. Axı pis komplektləşdiriciləri olduqda hətta keyfiyyətli profil də xilas etmir.

Şüşə

İstehsalçının hansı şüşələrdən istifadə etməsinə diqqət yetirin. Yaxşı pəncərələrin şüşə paketləri cilalanmış şüşələrdən, çox zaman günəşdən qoruyan örtüklə hazırlanır. Ucuz Çin şüşəsi gələcəkdə Sizi tutqun aralamalar, cızıqlar və hətta güclü şaxtalarda çatlarla məyus edə bilər. 

Montaj

Plastik pəncərələr nə qədər yaxşı olsalar da, səhv quraşdırılma hər şeyin üzərindən xətt çəkəcək. Biz istehsalçıların pəncərə quraşdırılmasına dair özlərinin təklif etdiyi xidmətlərdən istifadə etməyi məsləhət görürük. Quraşdırılmaya insanların kənardan cəlb edilməsi və ya özünüzün quraşdırmanız Sizi zəmanət xidmətindən məhrum edir.

Qiymət

Quraşdırma ilə birlikdə pəncərənin yekun qiyməti əvvəlki bəndlərdən asılıdır. Daha ucuz pəncərə tapıb quraşdırmaq olar, amma ümumi qənaət 20% təşkil edəcək, xidmət müddəti isə mücərrəd olacaq. Sadəcə xidmət və təmirin qiymətini öyrənin və düşünün – bəlkə də təmir etməli olduğunuz pəncərələri quraşdırmağa dəyərmi.

 Pəncərə istehsalçıları əməkdaşlıq təcrübəsinə əsaslanaraq təsdiqləyirik ki, pəncərənin istismarı zamanı daha çox problem keyfiyyətsiz furnitur və səhv quraşdırma ilə bağlı olur. Bir az artıq xərc çəkib VEKA profilindən ən yüksək keyfiyyətli pəncərə quraşdırmaq sərf etdiyiniz vəsaitə üzülməkdən və yenidən təmirə hazırlaşmaqdan daha yaxşıdır.

Рекомендации VEKA по выбору качественных окон

Bu kitabça Sizə aşağıdakıları öyrənməyə yardım göstərəcək:

  • Plastik pəncərə nədən ibarətdi?
  • Pəncərə sifariş etdikdə nəyə diqqət yetirmək lazımdır?
  • “Ucuz pəncərə” sifariş edərkən hansı riskə gedirsiniz?
  • Pəncərə sifarişindən öncə menecerə hansı sualları vermək lazımdır?
  • PVX-pəncərə bazarında hansı əfsanələr mövcuddur?