Uşaq otağı evdə və ya mənzildə adi yer deyil. Uşaq – bir yerdə qərar tutmayan və xüsusi diqqət tələb edən məxluqdur. Buna görə də uşaq otağına mebel, material, o cümlədən pəncərə seçiminə münasibət daha həyəcanlı və məsuliyyətlidir.
Düzgün pəncərə:
- Ekoloji təmiz materiallardan hazırlanıb;
- travmatəhlükəsizdir;
- otaqda komfort mikroiqlimin qorunmasına xidmət edir;
- vizual olaraq cəlbedicidir, evin interyeri və memarlıq üslubuna uyğundur.
Pəncərələr üçün plastik: lehinə və əleyhin
Belə bir əfsanə var ki, taxta pəncərələr plastik pəncərələrdən daha təhlükəsizdir. Buna əsas da plastikin sabitliyi üçün qurğuşunun istifadə edilməsidir. Bu, zəhərli maddədir, lakin plastik profilin istehsalı üçün aşağı diffuziya əmsalına malik qurğuşun istifadə olunur. Bu, uçma qabliyyətinə malik maddə deyil və o, buxarlanmır. PVX profilindəki qurğuşun sağlamlığa ziyan vura bilməz.
Polivinilxloridi (PVX) də çox zaman zəhərli olmaqda ittiham edirlər. Bu ehtiyat əbəsdir. PVX vinilxloridin polimerləşməsi zamanı yaranır, nəticədə təhlükəli maddələr ifraz etməyən və çətin alışan plastik məhlul alınır. PVX-nın ərimə temperaturu 120-220 °С təşkil edir. Buna görə də günəş şüaları plastiki onun zərərli maddələr ifraz etməsi səviyyəsinə qədər qızdırmaq qabiliyyətinə malik deyil.
Pəncərələr üçün müasir plastik tam təhlükəsizdir və qüvvədə olan sanitar normalara və yanğından mühafizə tələblərinə cavab verir. Ekoloji baxımdan plastik pəncərələr taxta pəncərələrdən geri qalmır və onları çəkinmədən uşaq otağında istifadə etmək olar.
Ən başlıcası – təhlükəsizlikdir
Adi pəncərə uşaq üçün potensial təhlükə mənbəyidir: adi pəncərələrdə heç bir qorunmanın olmamasını və kifayət qədər asan açıldıqlarını nəzərə alsaq, onların açılma ehtimalı yüksəkdir. Bu vəziyyət əvvəlcədən nəzərə alınmasa, uşaq pəncərəni aça və bayıra yıxıla bilər. Oyunlar zamanı təsadüfən şüşəni topla sındırmaq və qəlpələrdən yaralanma riski mövcuddur.
Təhlükəsiz şüşə
Uşaq otağı fəal oyunlar məkanıdır. Uşaq topu şüşəyə vura və ya pəncərə altlığına çıxaraq bütün bədəni ilə şüşənin üzərinə “uzana” bilər. Pəncərə belə qeyri-standart davranışa hazır olmalıdır.
Uşaq otağının pəncərəsinə bişirilmiş şüşələr və ya tripleks quraşdırılır. Bişmiş şüşə adidən çox möhkəmdir. Belə pəncərəyə top dəysə, qəlpələrdən yaralanma ehtimalı çox aşağıdır – şüşə çox xırda qəlpələrə dağılacaq, onlardan kəsik yarası almaq mümkün deyil.
Tripleks “qat-qat piroqu” xatırladır: iki şüşə arasında plyonka yerləşdirilir, daha sonra bütün komponentlər yüksək temperaturda presslənir. Bişmişdən daha möhkəm şüşə alınır. Amma yenə də, tripleks sınsa, o zaman qəlpələrə dağılmayacaq – yapışdırılan plyonka onları saxlayacaq. Tripleks uşaq otağının pəncərələri üçün ən uyğun seçimdir.
Uşaq kilidi
Pəncərənin laylarının tam deyil, yalnız havalandırmaya açılması üçün xüsusi qoruma qurğularından istifadə edirlər – “uşaq” kilidləri. Kilidin əsas hissəsi laya, qarşılığı isə - pəncərə çərçivəsinə bərkidilir. Pəncərəni havalandırma üçün azacıq aralamaq olar, lakin tam açmağ mümkün deyil.
Həmçinin açarla açılan daxilinə kilid quraşdırılmış dəstəklər, boğuculu çıxarılan dəstəklər, gizli kilidlərdən istifadə etmək olar. Bu qurğulardan hər biri uşağa pəncərəni müstəqil açmağa imkan vermir.
Əlavə avadanlıq.
Otağın uçan həşəratlardan qorunması üçün pəncərələrə mütləq ağcaqanad torları quraşdırılır.
Parlaq günəşi azaltmağa jalüzlər yardım edəcək, lakin onları şüşə paketinin daxilinə quraşdırmaq daha yaxşı olar. Belə jalüzləri uşaq qopara bilməyəcək və onlarda dolaşmayacaq.
Təsadüfən şüşəni sındırdığı təqdirdə uşağın yaralanmaması üçün zərbəyə davamlı tripleksdən şüşə paketi quraşdırmaq olar. Beləliklə, tələbatdan irəli gələrək seçilən şüşə paketi uşağın həyatı üçün əlverişli atmosfer yaratmağa yardım göstərir.
Növbəti mühüm bənd təhlükəsizlikdir. Keyfiyyətli profildən hazırlanmış pəncərənin üzərinə zəruri furnituru – uşağa pəncərəni açmağa imkan verməyəcək uşaq kilidini asanlıqla quraşdırmaq olar. Ən yaxşı halda uşaq pəncərəni havalandırma üçün tərpədə biləcək, tam açılması üçün isə xüsusi açar tələb olunacaq.
Canilərin mənzilə daxil olmasına maneə yaradan qarətə qarşı furniturunu quraşdırılması da lüzumsuz olmayacaq. Axı barmaqlıqlar evin mühafizəsi üçün ən təhlükəsiz vasitə deyil. Yanğın zamanı barmaqlıqlı pəncərələr xilas yolunda maneəyə çevriləcəklər.
Əla isitilik izolyasiya, enerji qoruyucu və ekoloji xüsusiyyətləri ilə yanaşı VEKA profilindən istənilən forma və rəngdə pəncərələr hazırlamaq olar – istər orta əsr qəsrinin pəncərələri olsun, istər sualtı qayığın illüminatorları olsun, ya da nağıldakı pəncərə olsun. Həmçinin pəncərələr vitraj şüşə paketləri ilə bəzədilə bilərlər ki, bu da bütöv interyerə bayram görkəmi bəxş edəcək.
VEKA profilindən ən cəsur dizayner qərarlarına cavab verən, eyni zamanda texnoloji xüsusiyyətlərini itirməyən pəncərələr hazırlamaq mümkündür. Belə pəncərələri də həm böyüklər, həm də uşaqlar layiqincə qiymətləndirəcəklər.
Uşaq otağı üçün pəncərə