Keyfiyyətli profil nə deməkdir?

Metalplastik pəncərənin keyfiyyəti və uzunömürlülüyünün təminatçısı keyfiyyətli PVX-profildir. Hətta ilk baxışda onlar hamısı eynidirsə, əslində bu belə deyil. Plastik pəncərələr üçün hansı profilin daha uyğun olması və pəncərənin necə düzgün seçilməsi barədə sizə VEKA Rus şirkətinin mütəxəssisləri danışacaqlar. 

Sertifikatlar

Pəncərənin hazırlandığı bütün profillər sertifikatlaşdırılıb.

Keyfiyyət menecment sistemi sertifikatı ISO 9001:2000 inkişaf etmiş ölkələrin istehsalatlarına xas bütün texnoloji, iqstisadi və təşkilati tələblərə riayət etməklə düzgün qurulan idarəetmə sisteminə malik istehsalatlara təqdim olunur..

Daha geniş, daha etibarlı, daha isti

Profilin eni onun əsas xüsusiyyətlərindəndir. Bir çox təşkilatçılar reklam kampaniyalarında profilin enini 1-2 millimetr artırmağa vəd verirlər, lakin həqiqətənmi bunun faydası varmı?

Bazarda daha çox aşağıdakı təkliflərə rast gəlinir:

  • 58 mm klassik profil;
  • artırılmış montaj eni ilə 70 mm profil;
  • VEKA SOFTLINE 82 profili

58 mm və 70 mm profil sistemləri

58 mm en “janrı klassikası” ilə səciyyələnir – plastik pəncərələrin əvəzlədikləri taxta çərçivələr. EUROLİNE 58 mm profili müxtəlif iqlim zonalarında alıcıların əksəriyyətinin tələblərinə cavab verən müasir isti pəncərələr istehsal etməyə imkan verir. Düzgün istehsal və quraşdırılma təqdirində, bu istənilən tikilidə ən yaxşı profildir.

Eni 70 mm olan profil ötən əsrin 80-ci illərində meydana gələn təklifdir. Daha yüksək istilik qoruma və səsboğuci xüsusiyyətlərinə malik  bu profili Rusiya istehlakçıları xüsusilə bəyəndilər. VEKA profillərinin ticarət qrupunda 70 mm enə SOFTLINE, SWINGLINE və PROLINE malikdir.

Hazırda bazarda bir yenilik də peyda olub – SOFTLİNE 82. İnnovativ çoxkameralı sistem, zərif tərz və 40 modifikasiyadan seçim imkanı ən tələbkar müştərinin zövqünü oxşamağa zəmanət verir. SOFTLİNE 82 sistemi ən yaxşı izolyasiya xüsusiyyətlərini təmin edir, 70 mm-lik profillərlə tam uzlaşır və istənilən evdə quraşdırıla bilər.

Pəncərə üçün profilin eninin seçimi daha çox quraşdırılma yerindən (ofisdə pəncərə, tambur qapısı, dükanın giriş qapısı, şəhərkənarı evdə qapı) və iqlimdən asılıdır.

Kamera... ansamblı

Pəncərənin ikinci xüsusiyyəti – profildə kameraların sayıdır. Standartda onlar 3-dür. Birincisi – kondensatın çıxarılması üçün, ikincisi – metaldan hazırlanan armaturlayıcı içliyin yerləşdirilməsi üçün, üçüncü – furniturun hissələrinin bərkidilməsi və pəncərənin daha yaxşı hermetikliyi üçün əlavə hava qatının yaradılması üçün. Kameraların sayı profilin qalınlığından asılıdır. Belə ki, 58 mm-lik profil maksimum 3 kameralı ola bilər, 70 mm-lik profildə isə 4 olsa daha yaxşıdır. 90 mm-lik profildə norma 6 kameradır.

Üç və altıkameralı VEKA profil sistemləri

Profilin eyni eni şərti ilə kameraların sayının artırılması pəncərənin xüsusiyyətlərinə az təsir edir. İstilik qoruyucu xüsusiyyətlərinin artırılması üçün profildə arakəsmələrin sayının artırılması yox, daha enli profil tələb olunur.

Tam paket

Daha bir vacib məqam – şüşə paketidir. Pəncərədə şüşələrin sayı onun xüsusiyyətlərinə və qiymətinə təsir göstərir. Daha çox ikiqat şüşə paketləri yayılıb, amma birqat şüşələnmə və ya üçkameralı şüşə paketi də sifariş etmək mümkündür.

Üçkameralı pəncərələr daha istidir, lakin onlar daha ağırdırlar və keyfiyyətli montaj və sabit konstruksiya tələb edirlər. Birqat şüşə paketi ən soyuğudur. O, qızdırılmayan eyvanların, həmçinin yay evlərinin şüşələnməsi üçün istifadə oluna bilər. Texniki xüsusiyyətlərinə görə ikiqat şüşə paketi optimaldır və otaqda ilboyu rahatlığı təmin etməyə imkan verir.

Əsl sinif

Metalplastik profillər iki sinfə bölünür. Birinci, qalınlaşdırılmış xarici divarlı A sinfi – pəncərə, qapı və  karkaslı şüşələnmə üçün ən yaxşı profil.

 İkinci, B sinfi – bu, daha nazik xarici divarlı yüngülləşdirilmiş profildir, belə desək, “obyekt” profili. O, bir qədər ucuz qiymətə malikdir, lakin bütün istismar dövrü ərzində pəncərənin xüsusiyyətlərinin qorunmasına təminat vermir. “Obyekt” profilindən pəncərəni, qənaət variantı kimi, bütün istehsalçılar təklif edə bilərlər, lakin siz unutmamalısınız ki, belə pəncərə daha zəif künc birləşmələrinə, daha pis forma dayanıqlığına, daha aşağı enerji qoruyucu xüsusiyyətlərinə, furniturun vaxtından tez köhnəlmə riskinə, daha az istismar müddətinə malik ola bilər. 

Vacib nəticə

Metalplastik pəncərə üçün profil seçimi müzakirələrini yekunlaşdırararq qeyd edək:

  • Sertifikatların mövcudluğu keyfiyyətin təminatçısıdır.
  • Montaj eninə görə bütün profillər iki əsas sinfə bölünürlər: 58, 64 mm və 70-76 mm. Sinif daxilində istilik-texniki xüsusiyyətlər eynidirlər. 68 mm və 72 mm-lik profillər bir birindən fərqlənmirlər.
  • Kameraların sayı pəncərənin keyfiyyətinə yalnız profillər enlərinə görə müxtəlif siniflərə aid olduqda təsir göstərir.
  • Ən çox yayılan ikiqat şüşə paketidir.
  • A sinifi profili etibarlıq və keyfiyyət üzrə liderdir.

Plastik pəncərə üçün profil seçərkən lazımi məlumatı eşitməyi və reklamı kənara atmağı bacarın. Pəncərələrin keyfiyyəti sizin seçiminizdən asılıdır. Düzgün seçim etmək üçün vaxt sərf etməyə heyfsilənməyin!