Какую «работу» выполняет окно в доме: трудно усидеть на нескольких стульях

Evi səs-küydən, tozdan, yağışdan və qardan qorumaq, təhlükəsizliyi təmin etmək – pəncərənin aşkar, amma müstəsna funksiyaları deyil. Bunlara enerji qənaətini və rahat mikroiqlimin yaradılmasını da əlavə etmək lazımdır. Pəncərə həmçinin interyerin dizaynına uyğun olmalı və binanın fasadında yaxşı görünməlidir.

Evdəki rahatlığın əsl mühafizəçisi və qoruyucusu olmaq üçün pəncərələrin nə qədər sınağın öhdəsindən gəlməli olduğunu təsəvvür edin. Onların ilk düşməni – atmosfer təsirlərdir: günəş şüaları, yağış, qar, külək, temperaturun kəskin dəyişməsi. Mexaniki zədələr – ağır əşya ilə zərbə və ya sındırılma - heç də az təhlükə kəsb etmir.

Sual yaranır: ideal pəncərə özündə bütün tələb edilən keyfiyyətləri ehtiva edə bilərmi və ya seçmək lazım gələcək? Aydınlıq gətirməyə çalışaq. 

Pəncərə üçün 10 sınaq: davam gətirmək lazımdır, sınmaq olmaz

Günəş

Günəş şüalanması ultrabənövşəyi, görünən və infraqırmızıya bölünür. Pəncərə şüşəsi spektrin yalnız görünən və infraqırmızı hissəsini buraxır. Günəş tərəfindən qızdırılan əşyalar istilik mənbəyinə çevrilirlər və evdə havanı qızdırırlar. 

Ultrabənöbşəyi şüanın təsiri altında PVX-plastik saralır, rəngi isə yanır. Yüksək temperatur plastikin qocalmasını tezləşdirir – o, sərt və kövrək olur.

Какую «работу» выполняет окно в доме: трудно усидеть на нескольких стульях

Külək

Pəncərə konstruksiyası kifayət qədər möhkəm olmalıdır ki, küləyin təzyiqinə dözsün. Qışda külək pəncərəyə vuranda küçədəki soyuq hava otağa sızır, bu isə istiliyin itkisinə səbəb olur. Buna görə də pəncərələr mümkün qədər kip örtülməlidirlər.

Qar və yağış

Pəncərə donmaya və buzun əmələ gəlməsinə qarşı davamlı deyilsə, ilk qarın sevinci uzun çəkməyəcək. Qar qısa zamanda buza çevriləcək, o isə pəncərəni havalandırma üçün açıb-bağlamağa maneçilik törədəcək. Qarın əriməsi zamanı rütubət içəri düşməməlidir.

Какую «работу» выполняет окно в доме: трудно усидеть на нескольких стульях

Fasada düşən yağış suyu da evə pəncərədən yol tapmamalıdır. Rütubət divarları dağıdır və kif və çürüməyə səbəb olur. 

Temperaturun kəskin dəyişməsi

Qışda temperatur bir neçə saat ərzində 0°С-dən  -20°С-yə qədər aşağı düşə bilər. Bununla belə otaqda temperatur müsbət qalacaq. Şüşə paketinin daxilində bu zaman təzyiq kəskin dəyişəcək – şüşə əyilə və çatlaya bilər. 

Peşəkarlar “temperatur şoku” anlayışından istifadə edirlər – bu, yayda pəncərənin bir hissəsinin günəş tərəfindən qızdırılması, digərinin isə kölgədə qalması anlamına gəlir. Bu da çatlamaya səbəb ola bilər. .


Havada zərərli qatqılar

Küçədən otağa təhlükəli maddələr daxil olur – işlənmiş qazlar, sənaye müəssisələrinin tullantıları və s. Evdə də havanı çirkləndirən mənbələr mövcuddur – toz, karbon qazı, rənglənmiş səthlərdən qalxan həlledicilərin buxarları, bakteriyalar. Pəncərə küçənin çirkabını evə buraxmamaq üçün kip bağlanmalı, otağın havalandırılması üçün isə asanlıqla açılmalıdır. 

Səs-küy

Səs-küy sağlamlığa ziyan vurur və evdə rahatlığı pozur. Pəncərələr küçədəki səs-küyün evə daxil olmasını minimuma qədər azaltmalıdırlar. 

Mexaniki möhkəmlik

Aşağı mərtəbələrdəki pəncərələrə futbol topu vura bilərlər. Yuxarı mərtəbələrdə şüşələrə asanlıqla quşlar çırpılır. Belə təsadüflər pəncərəni zay etməməlidir.

Şüşəni və ya layı sındıraraq pəncərədən evə və ya mənzilə canilər daxil ola bilərlər. Pəncərə onların qarşısında etibarlı səddə çevrilməlidir. 

Yanğın

Çox vacibdir ki, yanğın zamanı evin konstruktiv elementləri, o cümlədən pəncərələr yanğını dəstəkləməsin və zəhərli maddələr ifraz etməsinlər. 

Yanğın zamanı pəncərə təxliyə yollarından biridir. Pəncərə cələlərinin konstruksiyası elə olmalıdır ki, laylar maksimal dərəcədə sərbəst açılsın. 


Какую «работу» выполняет окно в доме: трудно усидеть на нескольких стульях

Pəncərənin istismarı

Havalandırma üçün pəncərənin daim açılıb-bağlanması ciddi yüklənməyə səbəb olur: furnitur yeyilir, laylar öz çəkilərinin təsiri ilə sallana bilər. 

Yaxşı pəncərənin kilidləri və cələləri tənzimlənməli, ehtiyac yarandıqda isə təmir də olunmalıdır.