Монтаж окон зимой: на что обращать вниманиеTez-tez verilən suallardan biri də - pəncərə konstruksiyalarının qış mövsümündə montajı barəsindədir. Bu sual həm sifarişçiləri, həm də pəncərə şirkətlərinin mütəxəssislərini narahat edir. Sualın məğzi belə montajın ilin isti fəslində montajla müqayisədə mövcud xüsusiliklərini, üstünlük və çatışmazlıqlarını anlamaqdır.
 

Plastik pəncərələri qışda quraşdırmaq olarmı?

Birmənalı – bəli. Əslində belə montajın xüsusiyyətləri çox deyil. Onların çox hissəsi müstəsna olaraq müştərilərə deyil, iş icraçılarına aiddir, xüsusən də montaj qızdırılan yerdə aparılırsa. Çünki belə olan halda pəncərə konstruksiyalarını və montaj materiallarını montajdan bir gün əvvəl gətirmək lazımdır ki, onlar bir sutkaya yaxın isti yerdə qalsınlar və normal, müsbət temperatura malik olsunlar. Montajın özü isti fəsildə aparılan texnologiya üzrə aparılır. Nüanslar cüzidir və əsasən montaj bəndinin çöl tərəfindən, - yəni küçə tərəfdən - hermetikləşdirici materialların tətbiqinə aiddir. Əlbəttə, nəzərə almaq lazımdır ki, mənfi tempertaurda bütün materiallar tətbiq oluna bilməz. Buna görə məsuliyyət iş icraçısının üzərindədir, amma müştəri də buna nəzarət edə bilər, yəni iş icraçılarından istifadə olunan materialların xüsusiyyətləri haqqında maraqlana  və məhsulun qablaşdırılmasının üzərində müvafiq informasiyaya baxa bilər.  

Qızdırılmayan otaqlar: şüşə paketləri

Pəncərələrin qızıdırlmayan yerlərdə quraşdırılması – artıq başqa məsələdir. Ümumiyyətlə, hermetik şüşə paketli pəncərə bloklarının, istər plastik olsun, istərsə də başqa, isinmə sistemi olmayan otaqlarda quraşdırılmasına yol verilmir – bu, “Yapışdırılan şüşə paketləri”  DÜST 24866-2014-ün tələbidir. Bu standarta əsasən, şüşə paketləri tətbiq edilən otaqda tempertur Selsi cədvəli ilə müsbət 5 dərəcədən aşağı enməməlidir. Bu tələb ondan irəli gəlir ki, şüşə paketləri yalnız müsbət temperaturda hazırlanır və hermetikləşir. Şüşə paketi soyuq şəraitə düşdükdə, kamerlər arasındakı hava soyumağa və sıxılmağa başlayır, şüşə paketlərinin kamerləri təyinatı üzrə hermetik olduqlarına görə isə havanın sıxılması ciddi boşalmaya səbəb olur, bu da öz növbəsində batıq linza effektinin meydana gəlməsi ilə nəticələnir, yəni şüşələr şüşə paketinin daxilinə qatlanır. Belə linzalar şüşədə əks olunan əşyalar hesabına yaxşı müşahidə olunur. Əlbəttə, ilin soyuq fəslində şüşə paketlərində linzalar hətta otaq qızdırıldıqda belə əmələ gəlir, amma bu zaman onlar elə böyük deyil və onların ölçüləri kritik həddə çatmır, şüşə paketi partlaya bilməz. Otaq qızdırılmırsa və ya şüşə paketi küçədə saxlanılırsa, o zaman linza əmələ gəldikdə şüşədə gərginlik o dərəcəyə çata bilər ki, şüşə paketi sadəcə partlayacaq.

Köpüklər və hermetiklər

Şüşə paketi problemlərindən savayı qızdırılmayan otaqlarda montaj zamanı montaj bəndinin yaranması üçün istifadə olunan hermetikləşdirici materialların tətbiqi daha çətindir. Bir çox materialların qış “modifikasiyası” olmasına baxmayaraq, adətən, tətbiq prosesi zamanı onların temperaturu istənilən halda müsbət olmalıdır və bunun ən parlaq nümunəsi – montaj köpüyüdür. Bəli, qablaşdırmanın üzərindəki informasiyaya əsasən, bu məhsulun bəzi markalarını hətta mənfi 15 dərəcədə də istifadə etmək mümkündür, lakin bu zaman balonun temperaturu müsbət 5 dərəcədən aşağı olmamalıdır. Bir çox hermetiklər prinsip etibarı ilə mənfi temperaturlarda istifadə edilə bilməzlər, məsələn, su əsaslı olduqları üçün. Həmçinin PVX profilində də aşağı mənfi temperaturlarda kövrək olma xüsusiyyəti mövcuddur, bu isə montaj prosesində zədələnmə riskini artırır. Beləliklə, bütün nöqteyi nəzərlərdən, pəncərə konstruksiyaları və hermetiləşdirici materialların saxlanılması üçün hətta qızdırılmayan obyekt şəraitində  ən azından isti otaqla təminat tələb edilir, şüşə paketlərinə DÜST tələbini nəzərə almaqla isə, daha çox məhdudiyyət meydana gəlir. Lakin otaq qızdırılırsa, o zaman pəncərələrin qışdakı montajı yuxarıda qeyd edilən amillərə diqqət yetirməklə, yaydakı montajdan praktiki olaraq heç nə ilə fərqlənmir.

Qış montajının çatışmazlıqları və fərqlilikləri

Yuxarıda nəzərdən keçirilən xüsusiyyətləri əsas götürdükdə, qış mövsümündə pəncərələrin montajının bir çox çatışmazlıqları aşkar olur. Otaq qızdırılmayanda çatışmazlıqlar mövcuddur və ya meydana gələ bilər: PVX profil daha kövrəkləşir, şüşə paketlərin dağılma riski, bəzi germetikləşdirici materiallardan istifadənin və ya keyfiyyətli nəticənin alınmasının mümkünsüzlüyü. Otaq qızdırılırsa və bununla yanaşı pəncərə konstruksiyaları və materialları obyektə bir sutka əvvəl gətiriblərsə, o zaman qış montajının faktiki olaraq hüç bir çatışmazlığı yoxdur.

Donmaqdan qorxmaq lazım deyil

Müştərilər çox zaman ehtiyatlanırlar ki, qış mövsümündə montaj zamanı otaq son dərəcə soyuyacaq və hətta donacaq. Bu,  yanlış fikirdir. Pəncərə yeri açıq olduğu zaman kəsiyində otaq həddindən artıq soyumağa macal tapmır, əlbəttə ki, bayırda mənfi 40 dərəcə şaxta yoxdursa, lakin belə aşağı temperaturda montajı yalnız nəticə ilə maraqlanmayan “qızmış beyinlər” həyata keçirir. Texnologiyaya ciddi riayət edən və montajın keyfiyyətinə cavabdehlik daşıyan pəncərə şirkətləri bayırda belə şaxta olduğu halda pəncərəni quraşdırmayacaqlar – onlar bunun nəticəsini anlayırlar.

Soyuq fəsildə montajın üstünlükləri

Qış montajının üstünlükləri mövcuddurmu? Bəli, əlbəttə. Ən aşkarı – aşağı temperaturlarda pəncərənin hər elementinin, o cümlədən pəncərə yerinin, montaj bəndlərinin, pəncərə blokunun və s. bütün potensial və faktiki problemləri üzə çıxır. Məsələn, pəncərəyə bilavasitə təsir edən kütləvi surətdə yayılmış divar qüsurlarından biri – kərpic və blok hörgüsünün mala bəndlərindəki boşluqlardır. Bu problem pəncərə şirkətləri deyil, inşaatçılar tərəfindən yaradılır, amma çox zaman məhz pəncərə şirkətləri bundan əziyyət çəkir. Boşluqlar çox zaman pəncərənin maili hissələrində meydana gəlir, oradan hava axını olur, lokal buzlamalar müşahidə edilir və s. Boşluğu isti fəsildə müəyyən etmək faktiki olaraq mümkünsüzdür, amma qışda bu, əla alınır – onu, maili səthin üzərinə əli qoyaraq hiss etmək mümkündür. Həmçinin qışda otağın bəzi fiziki xüsusiyyətlərini müəyyənləşdirmək olur ki, yayda bu fiziki cəhətdən təyin edilmir. Onlar pəncərənin istismarına və onun tələb olunan xassələrinə prinsipial təsir göstərirlər. Məsələn, yayda  sormanın fəaliyyəti asanlıqla yoxlanılır, isitmə radiatorları və digər qızdırıcı sistemlərin temperaturları ölçülür, otaqda temperatur və rütubət parametrləri təyin edilir və s. Ölçü üzrə mühəndis obyektin bütün nüanslarını daha dəqiq müəyyən edə biləcək. Bu isə o deməkdir ki, pəncərə şirkəti müştəriyə konkret vəziyyətdə daha uyğun pəncərə blokları təklif edəcək, düzgün təmas düyünü layihələndirəcək və zəruri göstəricilər və texniki qərarlar irəli sürəcək.    

Yekunlaşdıraq

Beləliklə, qışda montaj bir sıra aşkar üstünlüklərə və çatışmazlıqlara malikdir. Çatışmazlıqlar elə də çox deyil, lakin üstünlükləri o qədər aşkar və samballıdır ki, qış montajını nəinki yerinə yetirmək olar, hətta tam əminliklə söyləyə bilərik ki, müştəri pəncərələrin dəyişdirilməsini və ya quraşdırılmasını qış mövsümünə planlaşdırsa, düzgün qərar qəbul etmiş olacaq.