Eyvan və lociyaların şüşələnməsiEyvan və ya lociya mənzilin sahəsini bir neçə kvadrat genişləndirir, şüşələnmə isə bu sahəni daha effektiv istifadə etməyə yardım göstərir. Şüşələnmiş lociyada kiçik iş kabineti, anbar və ya emalatxana quraşdırmaq, güllər becərmək və ya ev heyvanı üçün guşə hazırlamaq olar. Əgər qonşular yuxarıdan siqaret kötüyü və ya zibil atmağı sevirlərsə, əşyalarınız yanmayacaq və çirklənməyəcək. İstənilən eyvan şüşələndiyi halda daha rahatdır.

Şüşələnmə növləri

Konstruksiyasından (profilindən) asılı olaraq, şüşələnmiş eyvan soyuq və ya isti ola bilər.

Soyuq şüşələnmə eyvanı küləkdən, zibildən və tozdan qoruyur, amma qışda, mövsümlər arasında və yağışlı yayda orada soyuq olacaq. Belə eyvanda əşyaları saxlamaq olar, amma işləmək və ya bir fincan qəhvə içərək mütaliə etmək – artıq rahat deyil. Əvəzində dar profil aralanan laylar hazırlamağa imkan verir – açılan zaman onlar eyni müstəvidə qalırlar, bu isə sahəyə qənaət deməkdir. Soyuq şüşələnmə üçün profillərin çəkisi azdır – onları hətta “xruşovka”larda quraşdırmaq mümkündür.

İsti şüşələnmə ilboyu kabinet və ya oranjereya kimi istifadəsi mümkün olan daha bir kiçik otağın yaranmasına imkan verir. Amma bunun üçün mütləq xarici hasarlanmanın, döşəmə və tavanın istiləndirilməsi tələb olunur. Şüşüələnmənin çəkisi belə hallarda olduqca çoxdur, bu səbəbdən də o, köhnə və qədim evlərdə istifadəyə yararlı deyil. 

Həm isti, həm də soyuq eyvanı panoramalı şüşələmək mümkündür – hasarı döşəməyə qədər şüşə ilə əvəzləmək. Bu küçəyə geniş görünüş açır və daha çox işıq bəxş edir.

Şüşələnmənin qiyməti nədən asılıdır

Eyvan və ya lociyanın şüşələnməsinin qiyməti ilk növbədə şüşələnmə sahəsindən asılıdır – o, böyüdükcə, qiymət də artır. Konstruksiya da sonuncu rolu oynamır – isti şüşələnmə üçün profillər və şüşə paketləri daha bahadır, onların montajı isə - daha mürəkkəb.

Panoramalı şüşələnmənin quraşdırılması üçün lociyanın əvvəlki hasarını tam sökmək lazımdır. Bu, çox zəhmətli işdir, eyni zamanda onun həyata keçirilməsi üçün nəzarət və istismar idarələri ilə əvvəlcədən razılaşma əldə olunmalıdır. 

Adətən, eyvanın şüşələnməsi onun tam tərtibatı ilə müşahidə olunur. Şüşələnmənin konfiqurasiyasını seçdikdə bunu mütləq nəzərə almaq lazımdır. Məsələn, şüşə altlığının eninin seçimi həmçinin hasarın tərtibatı üçün istifadə olunacaq materiallardan da asılıdır.