Plastik pəncərələri necə seçmək lazımdır?

Müasir dövrdə plastik pəncərə ev və ofislər üçün həm estetik, həm də funksional baxımdan ən çox seçilən konstruksiyalardan biridir. Geniş seçim imkanları, istilik və səs izolyasiyası baxımından üstünlükləri plastik pəncərələri daha da cəlbedici edir. Lakin plastik pəncərə qiymətləri, modellərin çoxluğu və texniki xüsusiyyətlərinin müxtəlifliyi səbəbindən düzgün seçim etmək hər zaman asan olmur.

Bəzən alıcı yalnız qiymətə əsasən qərar verir, lakin bu zaman unudulmamalıdır ki, plastik pəncərə – sadə bir məhsul deyil, müxtəlif texniki komponentlərdən ibarət olan mürəkkəb bir konstruksiyadır. Məhz bu komponentlərin (profil sistemi, şüşə paketi, furnitur) hər biri ayrı-ayrılıqda məhsulun keyfiyyətini və uzunömürlülüyünü müəyyənləşdirir. VEKA-dan sistem profillərinin müxtəlifliyinə baxmayaraq, istifadəçi öz ehtiyacına uyğun ideal seçimi etmək üçün texniki göstəriciləri və performansı düzgün analiz etməlidir.

Plastik pəncərə nədən ibarətdir?

Pəncərə – monolit bir əşya deyil, bir neçə hissədən (profil, şüşə paketi, furnitur) ibarət kompleks konstruksiyadır. Bu hissələrin keyfiyyəti və xüsusiyyətləri son nəticədə pəncərənin funksionallığını və dayanıqlılığını müəyyənləşdirir.

Plastik pəncərə seçərkən nələrə diqqət etməli?

1. Profil seçimi: VEKA sistemləri

VEKA profilləri 58 mm-dən 90 mm-ə qədər müxtəlif enlərdə təqdim olunur. Kamera sayı istilik izolyasiyasına birbaşa təsir göstərir. Şəhər mənzilləri üçün 70 mm-lik profil ideal hesab edilir. Daha sərt iqlim şəraitində isə geniş profillər tövsiyə olunur.

Plastik pəncərələri necə seçmək lazımdır?

2. İstilik və səssizlik üçün şüşə paketi

Ofislər və isidilməyən otaqlar üçün təkqat, yaşayış evləri üçün isə ikiqat və ya ikikameralı şüşə paketlər daha uyğundur. Mansard və ticarət obyektləri üçün isə daha spesifik seçimlərə üstünlük verilməlidir.

3. Furnitur – mexanizmin keyfiyyəti

Furnitur qənaət ediləsi sahə deyil. Çünki pəncərənin açılıb-bağlanması və sıxlığı birbaşa bu mexanizmlərdən asılıdır. Keyfiyyətsiz furnitur zamanla sıradan çıxır və əlavə xərc yaradır

4. Plastik pəncərə qiymətləri və keyfiyyət arasındakı balans

Qiymət və keyfiyyət bir-birinə sıx bağlıdır. Daha ucuz profillər adətən B sinfinə aid olur və zəif furniturlarla təchiz edilir. Belə məhsulların uzunömürlü olmaması mümkün risklər yaradır. Qiymətə aldanmadan məhsulun sertifikatına və texniki göstəricilərinə diqqət yetirin.

Niyə VEKA profilli plastik pəncərə?

Unutmayın: plastik pəncərənin qiymətində maksimum 20% qənaət etmək mümkündür. Lakin keyfiyyət itkisi və tez dəyişdirmə ehtiyacı bu qənaətdən qat-qat baha başa gələcək. Doğru seçim üçün tərəfdaşlarımıza müraciət edin – onlar sizə uyğun VEKA profilindən pəncərə və tam montaj təklif edəcəklər.

Daha ətraflı məlumat, rəsmi tərəfdaşlarla əlaqə və ölçü üçün mütəxəssis çağırmaq istəyirsinizsə www.veka.az saytına nəzər yetirin.