Пластиковое окно: на страже безопасности дома

«Mənim evim, mənim qəsrim”» – qəlbinin dərinliklərində hər bir mənzil və ev sahibi belə düşünür. Evi təcavüzdən mühafizə və onu həqiqətən təhlükəsiz etmək mürəkkəb məsələdir. Onun həlli üçün kompleks tədbirlər tələb olunacaq. İlk zəruri məsələ - canilərin evə və ya mənzilə pəncərə və qapılardan daxil olmasının qarşısını almaqdır. Bu məqalədə plastik pəncərələrin sözügedən vəzifənin öhdəsindən necə gəldiklərinə nəzər salınır.

Evi oğrulardan qorumağın aşkar və etibarlı üsulu pəncərələrə dəmir barmaqlıqların quraşdırılmasıdır. Amma dünyanı daim “dama-dama” görmək o qədər də xoş deyil. Bundan başqa, pəncərələrə barmaqlıqların quraşdırılması yanğın təhlükəsizliyi baxımından tamamilə qəbuledilməzdir: yanğın zamanı pəncərə insanların xilası üçün mümkün, bəzən isə yeganə yoldur.  

Dərhal qeyd edək ki, pəncərəni oğru üçün 100% keçilməz etmək qeyri-mümkündür. Məqsəd oğrunu pəncərəni qırmaq üçün mümkün qədər çox vaxt itirməyə məcbur etməkdir: hadisə yerinə polis dəstəsi gələcək, ya da cani niyyətindən əl çəkəcək və daha asan şikar arayacaq.

Ev oğruları pəncərədən evə necə daxil olurlar

Gəlin özümüzü cinayətkarın yerinə qoyaq və evə hansı üsulla daxil olmağın mümkünlüyü barədə düşünək. Ağla üç vasitə gəlir:

  • pəncərəni çərçivə ilə birgə bütöv çıxarmaq;
  • bu və ya digər üsulla pəncərə layını açmaq;
  • pəncərəni sındırmaq.

Hər variantı nəzərdən keçirək və plastik pəncərələrin bu təsirlərə necə davam gətirmələrini dəyərləndirək.

Pəncərəni yerindən çıxarmaq

Montaj prosesində pəncərə çərçivəsi oyuqda xüsusi anker lövhələrlə bərkidilir. Daha sonra çərçivə ilə divar arasındakı boşluq montaj köpüyü vasitəsi ilə hermetikləşdirilir. Bərkimə zamanı o, genişlənir və pəncərəni möhkəm saxlayır. Maili səthlərin pəncərə altlığının quraşdırılmasından sonra pəncərə çərçivəsi divara təqribən 2-3 sm dərinliyində hörülmüş olur.

Пластиковое окно: на страже безопасности дома

Пластиковое окно: на страже безопасности дома


Belə üsulla quraşdırılmış pəncərəni praktiki olaraq otağın içərisinə basıb çıxarmaq real deyil. Bu üsul sırf nəzəri maraq doğurur.

Yalnız tamamilə düzgün həyata keçirilmiş montaj pəncərəni maksimal dərəcədə qarətə dözümlü edir.

Layı bayırdan açmaq

Yenə də özümüzü cani təsəvvür edək və düşünək. Layı bayırdan necə açmaq mümkündür?

Birinci üsul – pəncərəni dəstəyini fırlatmaq və layın kilidlərini açmaq. Bu məqsədlə oğru küçə tərəfdən dəstəyin oxu qarşısından deşik açır, sonra isə onu bu məqsəd üçün xüsusi hazırlanan alətlə açır: lay açıldı.

Oğruya pəncərəni belə üsulla açmağa mane olmaq üçün bir və ya eyni zamanda bir neçə həll yolu mövcuddur:

  1.  Adi dəstəklər əvəzinə pəncərəyə fiksatorlu və ya açarla kilidlənən dəstəklər quraşdırılır. Açarsız belə dəstəyi fırlatmaq mümkün deyil.  
  2. Standart fırlanan-aralanan mexanizmə deşilmədən müdafiə əlavə olunur: xüsusi təbəqə PVX profilin daxilinə küçə tərəfdən pəncərə dəstəyinin qarşısına yerləşdirilir. Zahirən pəncərə əvvəlki kimi görünür, lakin adi burğu bu təbəqənin öhdəsindən gələ bilməyəcək və dəstəyin oxuna çıxış əldə etmək mümkün olmayacaq.  
  3. Pəncərənin çərçivəsinə künclərdən əlavə kilidlər quraşdırılır. Onlar pəncərənin açılmasının qarşısını alır, hətta əsas mexanizm açıq olsa belə.

Pəncərə layını açmaq üçün quldurun istifadə edə biləcəyi daha bir üsul – pəncərəni ling və ya mismarçıxardanla sındırmaq. 

Bu halda əlavə qurğuların və mexanizmlərin quraşdırılması ilə pəncərənin qarətə qarşı davamlılığını artırmaq mümkün olmayacaq. Onun qeydinə daha əvvəl qalmaq lazımdır.

Plsatik pəncərələrin satıcıları alıcının diqqətini profilin kameralarının sayına və onun istiliyi qorumaq göstəricilərinə cəlb edirlər. Lakin profilin möhkəmliyi isə, deməli, qarətə davamlılığı da bundan asılı deyil. 

PVX profillərin iki sinfi mövcuddur. Onların əsas fərqi – divarların qalınlığıdır. Məhz o, hazır məhsulun  möhkəmliyini müəyyənləşdirir. Müvafiq tələblər Avropanın EN 12608 SR və Rusiyanın DÜST 30673-99 standartları ilə tənzimlənir. 

Rusiya DÜST-ünün mətninə nəzər salaq. A sinfi profili üçün xarici divarların qalınlığı 3 mm, B sinfi üçün isə - 2,5 mm olmalıdır. Daxili divarlar üçün müvafiq olaraq 2,5 və 2 mm. İlk baxışda 0,5 mm fərq elə də dərin təsir bağışlamır. Lakin divarın 2 mm-dən 2,5 mm-ə qədər artırılması  25% artım deməkdir, bu da möhkəmliyə ciddi təsir göstərir. 

Профиль SOFTLINE 82

Qeyd etmək lazımdır ki, PVX-profilin daxilinə əlavə olunan metal elementlər çərçivənin möhkəmliyini ümumilikdə artırırlar, lakin ling ilə qırılmaya müqavimətə az yardım edirlər.

Pəncərənin hazırlanması üçün daha çox A sinfinə aid PVX-profil məqbuldur. Hətta kilid sapfalarını qarşılıq plankası ilə ilişmədən çıxarmaq üçün sadəcə pəncərə layını aralamaq belə oğru üçün əlçatmaz vəzifə ola bilər.

Buna görə də dükanda hazır pəncərə seçərkən və ya hazırlanması üçün sifarişi tərtib edərkən, onlarda istifadə olunan profilin xüsusiyyətlərini dəqiqləşdirmək daha məqsədəuyğundur. 

Pəncərə yalnız profil deyil. Düzgün seçilmiş furnitur konstruksiyanın qarətə davamlılığını artırır.

Ənənəvi pəncərənin layı şpinqalet və ya analoji kilidlərlə bağlanır. Adətən hər layda onlarda iki ədəd olur.

Yüksək qarətə davamlılığa malik pəncərələrin fırlanan-qatlanan mexanizmlərində kilidləyici sapfalar sayı daha çoxdur. Onlar pəncərənin bütün perimetr boyu yerləşirlər.

 Пластиковое окно: на страже безопасности дома

Əsas fərqlilik ondan ibarətdir ki, sapfalar slindrik deyil, göbələk formasındadır – onları qarşılıq plankası ilə ilişmədən qoparmaq çox çətindir.

Yüksək keyfiyyətli PVX-profil və qarətə davamlı furniturlu pəncərənin öhdəsindən heç bir oğru qısa zamanda gələ bilməz. 

Pəncərəni sındırmaq

Evə daxil olmaq üçün şüşəni sındırmaq, - əslində heç də yaxşı ideya deyil. Səs-küy şahidləri cəlb və quldurun bütün planlarını alt-üst edə bilər.

Vəhşiliyə qarşı (sındırmağa davamlı) şüşə paketlərinin hazırlanması üçün müxtəlif növ şüşələrdən istifadə olunur::

  • bişmiş;
  • üzərinə zərbəyə davamlı plyonka yapışdırılmış;
  • «tripleks» markalı şüşələr.

Onlar qiymət və xüsusiyyətlərinə görə fərqlənirlər.

Üzərinə zərbəyə davamlı plyonka yapışdırılmış şüşə adi şüşə ilə müqayisədə qarətə daha yaxşı davamlıdır. Lakin onun möhkəmliyi bişirilmiş şüşələrdən daha aşağıdır.

Ən yaxşı, eyni zamanda həm də ən bahalı variant – tripleks şüşələrinin istifadəsi ilə hazırlanan şüşə paketləridir..

Пластиковое окно: на страже безопасности дома

Belə şüşə iki şüşədən ibarət «buterbroda» bənzəyir, onların arasına isə xüsusi plyonka yapışdırılır. Bütün təbəqələr bir-birinə yüksək temperaturda bitişdirilir. 

Şüşənin çoxtəbəqəli strukturu zərbələrə effektiv davam gətirir: ona hətta kərpic vurulduğu təqdirdə salamat qalacaq. Sındıqdan sonra, o, qəlpələrə dağılmayacaq – daxili plyonka buna yol verməyəcək. Şüşə paketinin inadkar qalıqlarını yolundan təmizləmək üçün oğru bir qədər də vaxt itirəcək.

Nəticələr

Pəncərə konstruksiyasının hər hissəsi vacibdir – PVX-profil, kilidləyici furnitur, şüşə paketi, həmçinin pəncərənin divara montajlanma üsulu. Onlar birlikdə pəncərəni evə daxil olmaq məqsədi güdən oğru üçün ciddi maneəyə çevirirlər.