Memarlıqda plastik pəncərələr artıq çoxdandır ki, yenilik deyil. Amma əksər hallarda onlar əvvəlkitək sadə, ağ, düzbucaqlı şəklindədir. Sıravı istehlakçı pəncərə dizaynında mövcud imkanlar haqqında sadəcə məlumatsızdır. Bu məqalədə onların bəzilərinin xülasəsi təqdim olunur.
Taxta pəncərələrlə müqayisədə plastik pəncərələr az qala bütün parametrlərdə üstündürlər:
- Forma ilə geniş eksperimentlər etmək imkanı var: demək olar ki, istənilən konfiqurasiyada pəncərə hazırlamaq olar;
- Profilin laminasiyası istənilən rəng seçimlərini reallaşdırmağa, çox sayda natural fakturalardan istifadəyə imkan verir;
- Müxtəlif dekorativ elementlər zərif barmaqlıqlar, oyma bəzəklər və s. imitasiyasını yaradır;
- Texnologiya qapıların hazırlanması üçün tətbiq oluna bilər. Onlar pəncərələrlə eyni üslubda yerinə yetirilə bilər. Müasir məmulatların möhkəmliyi plastik qapıları dəmir qapılarla eyni cərgəyə qoyur;
- Müasir dizaynın tendensiyalarından biri – çox işıqdır. Onu həyata keçirməyə panoramalı modellər son dərəcə yardım edir.
PVX-pəncərələrin bu xüsusiyyətlərini daha ətraflı nəzərdən keçirək.
Pəncərələrin konfiqurasiyası
Mövcud texnologiya istənilən formada məhsul buraxmağa imkan verir. PVX-pəncərə düzbucaqlı, üçbucaqlı (simmetrik və ya qeyri-simmetrik), trapesiya formasına malik ola bilər. Tağlı və fiqurlu pəncərələr olur. Dairəvi və ovallar frontonda daha yaxşı görünürlər. Üçbucaqlı və ya trapesiya formasında pəncərə dam və mansard üçün yararlıdır.
Pəncərələrin fərqli formaları və işlənmənin estetik xarici görünüşü PVX-profildən hazırlanan konstruksiyalara xas möhkəmliklə birləşir. Eyni zamanda taxta ilə müqayisədə plastikdən mürəkkəb pəncərəni hazırlamaq daha asan və ucuzdur.
Pəncərələrin laminasiyası dekor növü kimi
Düşünülmüş və gözəl dizaynda nüanslar əhəmiyyətlidir: yalnız rəng deyil, həmçinin interyer detallarının səthinin fakturasını da seçmək lazımdır.
Plastik pəncərələrin tətbiqi zamanı profilin laminasiyası yardıma gəlir. Texnologiya laylara təbii ağacdan hazırlanan məmulat görkəmi verməyə imkan yaradır: palıd, qızılağac, albalı, fındıq və s.
Tərtibat qeyri-adi rəng seçimi tələb edirsə, rəngli laminasiya və ya anodlanmış alüminium, daranmış polad və s. imitasiyası istifadə olunur.
Yaxınlarda bu sırlamada yeni tərtibat növü yer alıb - VEKA SpectralAnthrazitUltramatt. Səthin tünd boz rəngi müasir Avropa dizaynı tendensiyasına uyğundur.
Laminasiyanın zaman ötdükcə qopacağından və ya yanacağından ehtiyatlanmaq lazım deyil. PVX-profil üçün dekorativ örtüklərin istismar müddəti bütöv məhsulun istismar dövrü ilə eynidir. Laminasiya əla yuyulur və temperatur dəyişikliklərinə davamlıdır.
Dekorativ elementlər
Əlavə dekorativ elementlərin istifadəsi – şproslar, furnitur, oyma dekor imitasiyası – dizayn üçün daha çox imkan yaradır.
Şüşələri zərif barmaqlıqlar – şproslarla düzbucaqlılara bölünən böyük pəncərələr orijinal və dəbli görünürlər.
Bəzi hallarda şproslar konstruksiya elementi funksiyasını yerinə yetirirlər və pəncərə hörgüsünün ayrılmaz hissəsi olurlar. Onlar çərçivə ilə eyni materialdan hazırlanırlar və bütöv vahid təsiri bağışlayırlar. Dekorativ şproslar yalnız estetik məsələləri həll edirlər.
Daxili şproslar – şüşələr arasındakı fəzada yerləşdirilən plastik və ya alüminium dekorativ təbəqələrdir. Onlar düz və ya əyilmiş, ağac və ya metal imitasiyalı laminasiyalı ola bilərlər.
Daxili şprosun xüsusiyyəti ondadır ki, şüşə paketinin daxilinə hazırlanma mərhələsində yerləşdirilir və onu dəyişmək mümkünsüzdür. Bundan başqa, şüşə paketində şüşələr arasındakı məsafənin azlığı daxili şprosların mümkün ölçülərini məhdudlaşdırır.
Xarici şproslar bilavasitə şüşənin üzərinə yapışdırılır. Onları hazır pəncərənin üzərinə artıq montajdan sonra da yerləşdirmək mümkündür. Bunun müqabilində dizayner dekorun müxtəlif variantları ilə eksperiment etmək imkanı qazanır. Burada artıq təbəqələrin ölçülərinə sərt məhdudiyyətlər yoxdur: onların eni 23-75 mm ola bilər, kəsikdə isə trapesiya formasındadırlar, bu isə onları ənənəvi taxta pəncərənin hörgüsünə daha da çox bənzədir.
Ağaca bənzər laminasiyalı profil metal imitasiyalı furnitur istifadə edildikdə daha yaxşı görünəcək. Rəng və formasına görə müxtəlif pəncərə dəstəklərinin seçimi çoxçeşidlidir.
Dekorun daha bir növü – məhsula həqiqətən də eksklüziv görkəm verməyə imkan yaradan həcmli yastıqcıqlardır. Onlara daha çox binanın tarixi simasını qorumaq lazım gəldikdə müraciət edirlər – memarlıq abidələrinin rekonstruksiyası onun xarici görünüşünün kardinal dəyişikliyinə yol vermir. Yastıqcıqlar ağacdan və ya sintetik materiallardan hazırlana, daha sonra isə pəncərə çərçivəsinin çalarına boyana bilər.
Plastik qapılar
Kifayət qədər möhkəmliyi olmadığı üçün plastik qapının giriş qapısı kimi istifadəsinin mümkünsüzlüyü haqqında fikir səhvdir. Müasir PVX-qapılar yüksək möhkəmliyə malik profildən hazırlanır, vəhşiliyə qarşı furnitur və zirehli şüşələrlə təchiz olunur.
Plastik qapı – eyvan üçün ən yaxşı variantdır. Belə qapı tam şüşəli və ya aşağı hissəsi sendviç-panelli ola bilər.
PVX-qapıya yuxarı hissədə tağlar, həmçinin yan üçbucaq və ya yarımkürə pəncərələr və s. əlavə oluna bilər.
VEKASLIDE panoramalı qapılar
Pəncərə çərçivələrinin müxtəlif rəng və fakturalarını, dekorativ elementləri həm şəhər mənzilində, həm də kottecin dizaynında istifadə etmək mümkündür. Amma yalnız şəhərkənarı evin arxitekturasında PVX-profildən işıqşəffaflı konstruksiyaların böyük potensilaını tam nümayiş etdirmək olur. Belə effektli seçimlərdən birini də - qaldırıcı-aralanan qapıları – VEKA şirkəti təqdim edir.
Döşəmədən tavana qədər pəncərələri olan və geniş şüşəbəndə açılan yemək və ya qonaq otağı çoxlarının arzusudur. Belə konstruksiyalar otağa maksimal dərəcədə işıq buraxır və əlavə “fəzanı idarə etmək” kimi unikal fürsət verir: bir neçə saniyəyə qapılar aralanır və qonaq və ya yemək otağı ətraf dünyanın tərkib hissəsinə çevrilir. Fəzanın formalaşdırma imkanı – müasir dizaynın əsas tendensiyalarındandır.
VEKASLIDE panoramalı aralanan qapılar istiliyin minimal itkiləri ilə maksimum işıq buraxan sistem yaradırlar.
İstehsalçı profilin bir neçə variantını təklif edir – 5 və ya 7 kamera ilə, - qalınlığı 42 mm-ə qədər olan şüşə paketinin quraşdırılma imkanı və xüsusiyyətləri xarici görünüşə xətər yetirməyən keyfiyyətli sıxlaşdırıcılar.
Sistemin uzunömürlüyünə keyfiyyətli, o cümlədən qarətə davamlı furniturun tətbiqi ilə nail olunub. Əlavə gücləndirmə üçün xüsusi profillər – enləndiricilər, birləşdiricilər, kürsülülər, dekorativ və s. - spektri istifadə edilir.
Qaldırıcı-aralanan VEKASLIDE qapıları müxtəlif açılma üsulları ilə 2, 3 və ya 4 laylı ola bilərlər. Bu şəffaf konstruksiyanın uzunluğu 6,5 metr, hündürlüyü isə 2,7 metrə çatır.
Yekun vuraq
Dizayn və memarlıq üçün plastik pəncərələrin imkanları, forma və rənglərin müxtəlifliyi istənilən yeni inşaat və yaxud mövcud evin rekonstruksiya və ya təmiri prosesində görkəminin dəyişdirilməsi üçün yararlıdır.
Mənzil sahibləri çoxsaylı rəng seçimi və bəzəmə variantları müqabilində harmonik interyer yarada bilərlər. Şproslarla bəzədilən pəncərə hörgüləri, həmin üslubda yerinə yetirilən maili səthlər və pəncərə altları – bütün bunlar otağa tamamilə yeni görkəm bəxş edəcək. Bundan əlavə, taxta pəncərələrlə müqayisədə plastik pəncərələr otağa daha çox işıq buraxır. Buna tamamilə şəffaf eyvan qapıları da zəmin yaradır.
Şəxsi ev sahiblərinin imkanları daha da genişdir. Burda həqiqətən də seçim böyükdür. Burada söhbət yalnız daha yaxşı xarici görünüşdən getmir. Artıq qeyd edilən panoramalı-aralanan qapılar – evin sahibin istəyi ilə fəzanı formalaşdırmağa imkan yaradan hazır texniki işdir.