Пластиковые окна в исторических зданиях: простое решение сложной задачиPlastik pəncərələr çox zaman tarixi binaların yenidənqurması zamanı istifadə olunur. Onlar əvvəlki arxitektur görkəmi qorumağa imkan verir, eyni zamanda müasir istismar tələblərinə cavab verirlər. Memarlıq abidələrində plastik pəncərələrin quraşdırılması PVX-konstruksiyaların belə məqsədlər üçün istifadəsinin geniş imkanlarından xəbər verir.

Rekonstruksiya zamanı plastik pəncərələrdən istifadə təsadüfi deyil. Bərpadan fərqli olaraq, müasir nailiyyətlərin istifadəsi sayəsində rekonstruksiya binanın istismar xüsusiyyətlərini yaxşılaşdırmağa imkan yaradır. 

Bərpa zamanı yalnız binanın xarici görünüşü ilkin variantda yenidən yaradılmır. İstifadə olunan texnologiyalar və materiallar maksimal dərəcədə əvvəlkilərə uyğun olmalıdır, bu isə həmişə mürəkkəb və çox bahadır.

Tarixi binanın rekonstruksiyası: plastik pəncərələrin min bir imkanı 

Əksər tarixi binalar təmir və rekonstruksiyaya ehtiyac duyur. Yalnız son 5 il ərzində Rusiyada, kilsələr və məbədlər də daxil olmaqla, 6000 çox memarlıq abidəsi bərpa olunub. 

Heç də bütün memarlıq obyektlərini ilkin formada saxlamağa ehtiyac yoxdur. Bu texniki cəhətdən çətin ola və ya praktiki nöqteyi nəzərdən məqsədə uyğun olmaya bilər. Günümüzdə 18-19-cu əsrlərə aid malikanələr ofis, mehmanxana, teatr kimi istifadə edillir. Belə hallarda rekonstruksiya həyata keçirilir: xarici görünüşü saxlamaqla bina təmir edilir və yenidən qurulur. Rekonstruksiya zamanı, demək olar ki, həmişə yeni pəncərələr quraşdırılır.

Пластиковые окна в исторических зданиях: простое решение сложной задачи

Müasir plastik pəncərələr bu məqsəd üçün tam uyğundur. Texnologiya hər hal üçün fərdi olaraq lazımi konfiqurasiyada pəncərə hazırlamağa imkan verir. Çox zaman bu, artıq tamamilə köhnələn təsiri bağışlayan binaya yeni həyat bəxş edir.. 

Enerji effektliyi 

Qədim tikililər çox zaman istilənməyə böyük xərclərlə fərqlənirlər. Bu, istismar üçün həddindən artıq xərclərə gətirib çıxarır. Plastik pəncərələr bu problemi həll edirlər – istiliyi qorumağa, qızdırılmanın effektliyini artırmağa yardım göstərirlər. 

Təhlükəsizlik 

Maddi dəyərlərin və tarixi əşyaların qorunması məsələsi həmişə aktualdır. Qarətə davamlı pəncərələrin və vəhşiliyə qarşı şüşə paketlərin istifadəsi təhlükəsizlik üzrə bütün tələblərə cavab verir.  

Tarixi görkəmin qorunması

Qədim binanın ilkin görünüşünü qorumaq – rekonstruksiya zamanı ən əsas tələblərdəndir. Pozuntular ciddi hüquqi nəticələrə gətirib çıxara bilər: irihəcmli cərimələrdən cinayət məsuliyyətinə qədər.

Pəncərənin hazırlanması üçün PVX-profilin istifadəsi, demək olar ki, istənilən memarlıq üslubunu bərpa etməyə imkan yaradır. İstehsalçılar “tarixi pəncərələr” üçün xüsusi komplektləşdiricilər təklif edirlər – üst memarlıq dekoru, saxta hörgülər, şproslar, əlavə impostların quraşdırılması və s. 

Plastik pəncərələrə istənilən formanı vermək mümkündür: tağ, kvadrat, üçbucaq, çoxbucaqlı. PVX-profili istənilən bucaq altında kəsib yapışdırmaq, əymək olar. Plastik pəncərə üçün rəng seçimləri müxtəlifdir – ağac imitasiyasından istənilən çaların əldə olunmasına qədər. Pəncərənin səthini süni olaraq “qocaltmaq” mümkündür.

Пластиковые окна в исторических зданиях: простое решение сложной задачи

Binada mikroiqlimin qorunması 

Rekonstruksiya zamanı düzgün modelləşdirmə və pəncərə bloklarının divar oyuqlarına təmas düyünlərinin istilik sahələrinin düzgün hesablanması çox vacibdir. Çünki müasir pəncərə bloklarının qutularının profillərinin eni köhnələrlə müqayisədə çox azdır, bu isə daxili maili səthlərin istilik texnikasına ciddi təsir göstərir. Bu sahədə pozuntular böyük ehtimalla maili səthlərin rütubət çəkməsinə və dağılmasına, həmçinin kifin əmələ gəlməsinə səbəb ola bilər.

“Restavrasiya pəncərələri” texnologiyası dəyişməni küçədən hava daxil olmadan reallaşdırmağa imkan verir. Konstruksiya iki blokdan ibarətdir. Xarici prototipi imitasiya edir və fasada əla uyğunlaşır. O, ikiqat sıxlaşdırıcılı ikikameralı şüşə paketindən ibarətdir. Daxili blok interyerin tarixi görkəmini dəqiq təkrarlayır. Bu cür çoxkomponentli pəncərələr çox zaman qalın divarlara malik binalarda istifadə olunur.

Пластиковые окна в исторических зданиях: простое решение сложной задачи

Məşhur binalar yeni pəncərələrə sahib olurlarи 

Məşhur tarixi binaların rekonstruksiyası zamanı plastik pəncərələrdən istifadə - PVX-profilin funksionallığının, etibarlığının və universallığının ən yaxşı sübutudur. Bir neçə nümunə göstərək. 

Moskvada Kiyev vağzalı 

Moskvadakı Kiyev vağzalının rekonstruksiyası zamanı neoklassisizm üslubunda ampir elementli tağlı plastik pəncərələr quraşdırıldı, onların formaları isə orijinal cizgilər əsasında bərpa edilib.

Sankt-Peterburqda mərmər saray 

2013-cü ildə Sankt-Peterburqdakı mərmər sarayda həyətə çıxan fasadın qismən rekonstruksiyası həyata keçirildi. Tarixi görkəmin qorunması ilə pəncərələr plastik pəncərələrlə dəyişdirildi..  

Dövlət Tretyakov Qalereyası 

Tretyakov Qalereyasının rekonstruksiyası zamanı quraşdırılan pəncərələr muzey mikroiqliminin qorunmasına dair sərt tələblərə cavab verir. Binanın memarlıq üslubu qorunmuşdur – tağlardan və sərt rəng məhdudiyyətindən istifadə olunub. 

Pokrov Presvytaya Boqoroditsa kilsəsi (Moskva vilayəti, Dmitrovskiy rayonu, Jestılevo kəndi) 

Jestılevodakı Pokrov Presvytaya Boqoroditsa kilsəsinin rekonstruksiyası zamanı daxili dekorativ paylaşmalı tağlı plastik pəncərələr quraşdırılıb.

Kilsədə pəncərə konstruksiyaları xüsusi rol oynayır. Burada hər element rəmzi məna daşıyır.Buna görə də rekonstruksiya zamanı hər pəncərənin ölçüsü və formasını təkrarlamaq çox vacib idi.. 

“Bristol” mehmanxanası (Voronej ş.)

Modern üslubunda federal əhəmiyyətli “Bristol” mehmanxanası – rekonstruksiya zamanı PVX-pəncərələrdən istifadənin parlaq nümunəsidir. Binada müxtəlif formalı pəncərələr quraşdırılıb – dairəvi, tağlı, düzbucaqlı, saxta-hörmə ilə və onlarsız. 

Memarlıq abidələri üçün plastik pəncərələr: məhdudiyyət varmı?

Tarixi binaların bərpası zamanı plastik pəncərələr vəzifələrinin öhdəsindən əla gəlirlər. Onlar  taxta pəncərələrdən geri qalmırlar və bir çox parametrlərdə hətta onları üstələyirlər. Düzgün quraşdırılsalar, onlar binanın istismar müddətini xeyli artıracaqlar və komfort mikroiqlim yaratmağa yardım edəcəklər. 

Elə hallar olur ki, plastik pəncərələrin istifadəsi memarlıq və ya texniki şərtlərlə məhdudlaşır. Buna həm xarici görünüşü, həm də pəncərənin orijinal konstruksiyasını qorumaq tələb edilən bərpa halları aiddir.

Пластиковые окна в исторических зданиях: простое решение сложной задачи

Tarixi binaların yeni həyatı 

Plastik pəncərələrin müasir texnologiyaların məhsulu olmasına baxmayaraq, onlar köhnə binaların rekonstruksiyası zamanı olmaz dərəcədə işə yarayırlar:

  • texnologiya faktiki olaraq orijinaldan fərqlənməyən pəncərələr hazırlamağa imkan verir, bu da rekonstruksiyaya məruz qalan obyektin görkəmini qoruyur;
  • hər bir pəncərə fərdi ölçülərlə hazırlana bilə;
  • PVX-profildən olan pəncərələr enerji effektliyi üzrə qüvvədə olan normala cavab verirlər;
  • alternativ qərarlarla müqayisədə hazırlanma və montaj xərcləri minimaldır.

Plastik pəncərələr qədim malikanə, saray və ya məbədə yeni həyat verməyə yardım göstərir. Sadəcə qoruyub saxlamaq deyil, həmçinin binaları təyinatı üzrə istifadəsinin davam edilməsi – insanlar üçün.