Plastik pəncərələr haqqında çox sayda söz-söhbət, əfsanə və xurafat gəzir. Onlar artıq müasir slavyan nağılların qəhrəmanına çevrilib. Həm mehriban, yaxşı, həm də qorxulu, pis nağıllar var. Onlardan biri – metalplastik pəncərələr qoxuyur, bəzən isə hətta üfunət qoxuyurlar! VEKA şirkəti Sizə burada nəyin həqiqət, nəyin isə həqiqət olmadığına aydınlıq gətirməyi təklif edir. Biz xüsusi terminlərdən və sahəmizin leksikasından istifadə etməyəcəyik, sadə və şəkillərlə Sizə əsl vəziyyəti təsvir etməyə çalışacağıq.
Beləliklə, əvvəlcə dəqiqləşdirməliyik: metalplastik pəncərə PVX-profil, metal armaturlanma, furnitur, şüşə paketi və sıxlaşdırıcıdan ibarət “yığma” məhsuldur.
Plastik profil
VEKA şirkəti yalnız plastik profil istehsal edir, sonra isə tərəfdaşlarımız Sizin sifarişlərinizə uyğun yuxarıda sadalanan komponentlərdən pəncərə və qapı hazırlayırlar. Odur ki, keyfiyyətli profil (VEKA şirkəti isə bütün dünyada yalnız yüksək keyfiyyətli inqridiyentlər istifadə edir və bu sadəcə reklam ifadələri deyil) qoxu ifraz edə bilməz.
Metal armaturlanma
Nədən şübhələnirik? Metal armaturlanma? Xeyr! Həm də o, profilin daxilində yerləşdirilib. Furnitur? Burda ancaq sürtkü üçün maşın yağının yüngül qoxusu mümknüdür, tikiş maşınında olduğu kimi, əgər xatırlayırsınızsa. Bu hesab olunmur. Hələ sıxlaşdırıcı və... şüşə paketi qalır!
Profildə sıxlaşdırıcı
Həqiqətən, sıxlaşdırıcıların istehsalat reseptinin pozulması halında, xüsusən də temperatur çoxaldıqda, onlar spesifik qoxu ifraz edə bilərlər. Bu, daha keyfiyyətli sıxlaşdırıcılara əvəzlənmə ilə “müalicə” edilir, həm də onlar daha çox və yaxşı xidmət göstərəcəklər.
Pəncərədə şüşə paketi
İkinci şübhələndiyimiz – şüşə paketidir. Düşünə bilərsiniz ki, şüşədən necə qoxu qalxa bilər, bu sərsəmləmədir. Və haqlı olacaqsınız. Məsələ isə ondadır ki, pəncərədəki şüşə paketi də “yığma” məhsuldur və şüşədən, məsafəli plastik və ya metal çərçivə və hermetiklərdən ibarətdir. Məhz şüşə paketindəki hermetik, yenə də reseptin pozulması halında, müxtəlif “ətirlər” ifraz edə bilər. Təsəvvür edin, yayda şüşə 30, 40 və 50 dərəcəyə qədər qızanda düzgün istehsal edilməyən hermetikin halı necə olacaq?
Beləliklə də plastik pəncərələrin qoxuması barədə əfsanə peyda olur. Əgər siz qoxuyan şüşə paketinin “xoşbəxt” sahibi olmusunuzsa, yeganə çıxış yolu – onun dəyişdirilməsidir.
Lakin biz yalnız pəncərəyə aid elementləri sadaladıq, hərçənd maili səthlərdə, montaj köpüyündə və istifadə edilən germetiklərdə də materiallar var. Odur ki, pəncərələrin hansı səbəbdən qoxuduğunu aydınlaşdırmaq üçün mütəxəssislərə müraciət etməyinizi tövsiyə edirik. Daha yaxşısı isə əvvəlcədən plastik pəncərələri və qapıları tərəfdaşlarımıza sifariş etməyinizdir.