Yəqin ki hər biriniz, bəzilər isə bir neçə dəfə, mənzil və ya evdə təmir haqqında düşünüb. Bəs pəncərələr dəyişdirilməsə, daha nə təmir? Ən maraqlısı burasındadır ki, plastik pəncərələrin bütün dünyada böyük populyarlığına rəğmən, ona heç də hamı sahib olmayıb. Plastik pəncərələri quraşdırmağa dəyər ya yox? Bu suala aydınlıq gətirməyə Sizə yardım etmək üçün biz onların üstünlükləri və çatışmazlıqlarından söz açacağıq. Ola bilsin ki, bizim söhbətimiz Sizə nəhayət ki, pəncərəni dəyişmək haqqında qərar verməyə yardım göstərdi.
Bəlkə də, ən əsas səbəbdən başlayaq. Nə üçün siz şüşə paketini dəyişməkdən imtina edirsiniz?
Heç kim mübahisə etmir ki, Sizin əvvəlki pəncərələriniz mütəmadi olaraq çərçivənin boyasını yenilədiyiniz, payızda məmnuniyyətlə istiləndirdiyiniz, yazda isə parıldayana qədər təmizlədiyiniz halda əla görünürlər! Bu, yaxa qurtara biləcəyiniz işə qüvvənizi və vaxtınızı sərf etməyin əla üsuludur...
Tutaq ki, Siz bunu xoşlayırsınız. Taxta da xoşunuza gəlir - əla tikinti materialı, ekoloji və sınanmış. Amma unutmaq lazım deyil ki, o da köhnəlir. Şaxta və isti, yağıntı və külək – bütün bunlar taxta çərçivəni illərlə istismar müddətində dağıtmağa qadirdir. Elə rənglənmə də çərçivənin köhnəlməsinə səbəb olur. Nəticədə otaqda daimi yelçəkənlər, küçənin səs-küyü, toz və zaman ötdükcə, bu yalnız çoxalır. Bəlkə köhnə taxta pəncərələrin plastiklə dəyişdirilməsi barədə ciddi düşünməyin zamanı yetişib?
Çox güman ki, Siz artıq pəncərələrin dəyişdirilməsinin lehinə bir sıra dəlilləri qəbul etməyə hazırsınız. Biz isə Sizə plastik pəncərələrin bütün danılmaz müsbətləri və mənfiləri haqqında danışmağa hazırıq.
Birinci və əsas müsbəti – istiliyin qorunmasıdır
Avropada plastik pəncərələrin tarixçəsi enerji daşıyıcılarının qiymətləri sürətlə artdıqda və istilik itkilərini ödəyərək evi saxlamağın çox baha başa gəldiyində başladı. İşgüzar avropalılar istiliyi qorumaq üsullarını axtarırdılar və bu axtarışların nəticəsi bazarda yenilik – plastikdən pəncərə oldu. Kəşf çox uğurlu oldu və istiliyi qorumaq vəzifəsinin öhdəsindən gələrək, ona bəslənən ümidləri doğrultdu.
İkinci müsbəti – səs-küydən əla izolyasiyadır
Pəncərə dəliklərindən evinizə nə qədər artıq səs-küy daxil olmasını nə zamansa analiz etməyə çalışmısınız? Bu monoton faziləsiz səs-küy mükəmməl istirahət imkanından məhrum edərək, sağlamlığınıza neqativ təsir göstərmək iqtidarındadır. Pəncərəniz gediş-gəlişli küçəyə çıxırsa, bu, xüsusən aktualdır. Bundan əlavə, siz tozla nəfəs alırsınız, bu da həyat keyfiyyətinin yüksəlməsinə xidmət göstərmir... Beləliklə, düzgün seçilmiş və düzgün quraşdırılmış plastik pəncərələr bu problemi birdəfəlik həll edəcək.
Üçüncü müsbət – qulluğun sadəliyidir
Bir düşünün – pəncərələrin dəyişdirilməsi zamanı siz çərçivələrin qış ərəfəsində yapışdırılması, rənglənməsi və qulluğun sair “gözəllikləri” barədə unudacaqsınız. Plastik pəncərələri siz yalnız sabunlu məhlulla tələb olunanda yuyacaq və ildə 1-2 dəfə furniturun hərəkət edən hissələrini yağlayacaqsınız.
Dördüncü müsbət sizin təhlükəsizliyinizdir
Plastik pəncərələrin böyük üstünlüyü vəhşiliyə qarşı furniturun istifadə imkanıdır. Belə pəncərələri qırmaq kifayət qədər çətindir, bunun üçün canilərə vaxt da çox tələb olunacaq. Şüşə paketlərini də dərhal sındırmaq alınmayacaq, odur ki, pəncərə barmaqlıqlarını unutmaq olar.
Beşinci müsbət - dizayndıн
Plastik pəncərələrin müxtəlif forma və rəngləri interyerini təkrarolunmaz etmək istəyən insan üçün onları həqiqətən unikal tapıntı edir! Siz tipik düzbucaqlı və ya tağlı pəncərələr sifariş edə, ya da fantaziya nümayiş etdirərək seçiminizi üçbucaqlı, trapesiyalı və ya hətta dairəvi pəncərə üzərində saxlaya bilərsiniz. Evinizin nəfisliyini və dəbliyini qabartmaq üçün siz rəng seçimində də eksperiment edə bilərsiniz!
Obyektivliyi qorumaq üçün biz plastik pəncərələrin çatışmazlığından da söz açacağıq.
Bir qayda olaraq iki narazılıq irəli sürülür: plastik pəncərələr “nəfəs almır” və PVX profil insan səhhəti üçün təhlükəlidir.
Profilin təhlükəsi haqqında iddialar onun istehsalı zamanı sabitlik üçün qurğuşunun istifadə olunmasından irəli gəlir. Lakin bu məsələnin çoxsaylı tədqiqatları göstərdilər və sübut etdilər ki, qurğuşun profildən buxarlanmır və heç bir üsulla ifraz olmur. Bununla yanaşı, profil bütün gigiyena normalarına və təhlükəsizlik standartlarına cavab verir. Həmçinin unutmaq lazım deyil ki, qurğuşun həmçinin mətbəx bülluru, məişət texnikası və tibbi təyinatlı alətlərin istehsalında da istifadə olunur.
İndi isə suala cavab verək: pəncərələr “nəfəs alır” ya yox? Məsələ burasındadır ki, müasir furnitur mikrohavalandırma sisteminə malikdir. Başqa sözlə, təmiz havanın fasiləsiz axını təmin edilir. Eyni zamanda, layın işinin belə təşkili zamanı yelçəkənlər meydana gəlmir.
Bir çoxları üçün yeni pəncərəyə pul xərcləmək əhəmiyyətli mənfi hal olacaq... Amma inanın, çox vaxt keçməyəcək və siz köhnə pəncərələri dəhşətlə xatırlayaqsınız. Mənzildə sakitlik və istilik, estetik xarici görünüş – PVX pəncərələrin bütün bu müsbətlərini siz layiqincə qiymətləndirəcəksiniz.
VEKA alman profilindən pəncərələr həyatınızın keyfiyyətini yeni səviyyəyə qaldıracaqlar! Köhnə taxta çərçivələri plastiklə əvəzləsəniz yelçəkənsiz, səs-küysüz və tozsuz həyatın nə qədər rahat və sakit ola biləcəyini görəcəksizniz!