Plastik pəncərələr PVX-profilin hamıya məlum, lakin yeganə tətbiqi deyil. Artırmanın,  çardağın, şüşəbəndin və ya qış bağının şüşələnməsi həm kottec, həm də kiçik bağ evinin tələb oluna bilər. Şəhər mənzilləri üçün də maraqlı təkliflər mövcuddur.

Nə üçün plasatik pəncərələri bu qədər tez-tez seçirlər

Evlərimizdəki isti enerji effektli pəncərələr cah-calal deyil, zəruri ehtiyacdır. Onların quraşdırılması üçün əziyyət çəkməsək, qazandığımız pulların əhəmiyyətli hissəsini küçənin qızdırılmasına sərf edəcəyik.

Светопрозрачные конструкции для загородного дома и квартиры

Plastik pəncərələr bir sıra kompleks üstünlüklərə malikdirlər:

  • texnologiya istənilən ölçüdə, rəngdə və formada pəncərə hazırlamağa imkan verir;
  • şüşə paketlərinin istifadəsi otağın soyuq fəsildə istilik izolyasiyasını təmin edir;
  • plastikdən hazırlanan keyfiyyətli pəncərələr otağı səs-küydən etibarlı müdafiə edir;
  • xüsusi furniturla təchiz edilən plastik pəncərələr birinci və sonuncu mərtəbələrdə barmaqlıqların istifadəsindən azad edir;
  • düzgün quraşdırılmış PVX pəncərələr qulluq üçün minimal xərc tələb edir;
  • tərtibat variantlarının və istənilən zövqdə dekorativ elementlərin geniş seçim variantları;
  • bunlar hamısı nisbətən ucuz qiymətə.
Təəccüblü deyil ki, böyük əksəriyyətimizin evlərində və mənzillərində məhz plastik pəncərələr quraşdırılıb.

Lakin ev nə qədər rahat olsa da, insan bütün ömrünü divarlar arasında keçirə bilməz. Şəhər kənara çıxmaq, bağ evində qoltuqlu kürsüdə dincəlmək, təbiətlə təmasda olmaq da istəyir... Orada isə bizi məkrli iqlim gözləyir.
 
Şüşələnmiş eyvan belə halda iki dovşanı birdən vurur.

Rusiya iqlimi üçün optimal eyvan

Evə artırmanı və ya evin açıq hissəsini eyvan adlandırırlar; ondan ilin isti fəslində istifadə edirlər, qışda isə o, qızdırılımır. Ora həm küçədən, həm də evin içindən daxil olmaq mümkündür. Adətən birinci mərtəbə ilə eyni səviyyədə olur.

Eyvan açıq ola bilər. Əlində bir fincan qaynar çay rahat qoltuqlu kürsüdə əyləşdikdə hər tərəfdən gələn təmiz hava, işıq, yarpaqların xışıltısı və quşların oxuması sevinc bəxş edir. 

 Lakin birdən göyü bulud bürüdü, güclü külək qalxdı. Artıq çaya ağacdan yarpaqlar tökülməyə başladı və əşyaları dərhal evə daşımaq lazımdır, çünki bu dəqiqə yağış başlayacaq.

 Eyvan şüşəli olsaydı!

Светопрозрачные конструкции для загородного дома и квартиры

Eyvanın şüşələnməsi müəyyən maliyyə xərcləri tələb edir, amma əvəzində ev sahibini kifayət qədər mükafatlandıracaq:

  • eyvanın sahəsi küləkdən, tozdan və yağışdan qorunur;
  • bayırda temperaturun qəflətən dəyişməsi bağlı eyvanda demək olar ki, hiss edilmir;
  • əşyaları evdən və evə daşımaq tələb olunmur: onlar heç bir zərər görmədən yerlərində qala bilərlər;
  • “isti” şüşələnmə eyvanı payızın sonuna qədər istifadə etməyə imkan verir.
  • .
Yalnız müsbət cəhətlərə malik əşya olmur. Şüşələnmiş eyvanın da öz eybləri var:

  • yayda günəşin təsiri altında o həddindən artıq qıza bilər və orada olmaq narahatlıq yaradacaq. Hərçənd, həddindən artıq istilənmənin qarşısını multifunksional şüşə paketlərini istifadə etməklə almaq da mümkündür
  • şüşələri mütəmadi olaraq yumaq lazım gələcək.
Eyvanın şüşələnməsi üçün əlçatan və uğurlu seçim – PVX-profildən konstruksiyaların istifadəsidir. Plastik pəncərələrin hazırlandığının eynisindən.

Texnologiya şüşələnmə üçün bütün konstruksiyaları fərdi ölçülərlə hazırlamağa imkan yaradır. Profilin ənənəvi ağ rəngi yeganə variant deyil. Ağac evdə eyvan da ağacdan olmalıdır. Və ya ağac təsəvvürü bağışlamalıdır. Laminasiya  (profilin xüsusi dekorativ plyonka ilə örtülməsi) müxtəlif növ ağacların fakturasını və təbii ağacın rəngini imitasiya etmək imkanı verir. 

Fərqlilik üçün pəncərələr şpros – dekorativ barmaqlıq – quraşdırmaq olar. Onlar “ingilis pəncərəsi” effektini yaradır.

Eyvanın pəncərələri açılmalıdır. Variantlar o dərəcədə çoxdur ki, ev sahibinə optimal seçim etmək üçün vaxt tələb olunacaq:

  • laylar tam açılan və ya sürüşdürülən ola bilər;
  • tam açılan laylar fırlanan və ya fırlanan-qatlanan olur;
  • pəncərələr içəri və ya bayıra açıla bilər,
  • şüşələnmənin bir hissəsini bütöv hazırlamaq olar.
Əlavə avadanlıq

Artıq qeyd edilmişdi ki, şüşələnmiş eyvan günəşin təsiri ilə həddindən artıq qıza bilər. Ümumiyyətlə, günortanın qızmar günəşinin qarşısını bir qədər almaq pis olmazdı. Bu problemi qismən həll etməyə multifunksional şüşə paketləri yardım edir. 

 Bununla belə, pərdələr və jalüzlər eyvanın mütləq avadanlıqlarındandır. Heç kim hər ikisindən istifadəyə qadağa qoymur. Xüsusən şüşə paketinin daxilində yerləşdirilən jalüzlərdən istifadə daha rahatdır.

 Daha bir nüans. Evin cənubunda yerləşən eyvan, xüsusən də ətrafda ağac azdırsa, artıq günəş şüalanmasına məruz qalır. Burada multifunksional şüşə paketlərinin istifadəsi lap yerinə düşəcək. Onlar infraqırmızı şüaların böyük qismini saxlayır – eyvan günəşin təsiri ilə həddindən artıq qızmayacaq.

Eyvanlar haqqında qeyd etdiyimiz hər şeyi həmçinin artırma və bağ pavilyonlarının abadlaşdırılmasında da istifadə etmək olar. PVX-profil həmçinin qış bağları, hovuz olan yerlərin və s. şüşələnməsi üçün yararlıdır.

Təbii ki, hər hal üçün şüşələnmənin öz xüsusiyyətləri mövcuddur. Lakin çərçivənin tələb olunan konfiqurasiyasını, furnituru və şüşə paketi növünü seçmək heç də çətin olmayacaq.

Panoramalı qapılar

Sözün əsl və məcazi mənasında memarların və mühəndislərin nisbətən yeni ixtirası – panoramalı qapılar - əla imkanlar açır. Onların fərqliliyi nədədir?

Nümunə üçün VEKASLIDE qaldırıcılı-aralanan qapılara nəzər salaq::

  • Konstruksiya olduqca böyük ölçülərə malik ola bilər – 6,5 metr uzunluq və 2,7 metr hündürlüyə qədər.
  • Eni 70 və ya 82 mm olan çoxkameralı PVX-profil qalınlığı 42 mm-ə qədər olan çoxlaylı şüşə paketlərindən istifadəyə imkan yaradır. Onlar arqonla doldurulur və əla istilik qoruma xüsusiyyətlərinə malikdirlər.
  • Qaldırıcı-aralanan qapıların çərçivəsi döşəməyə basdırılıb və üzərindən adlamaq məcburiyyəti meydana gətirən kandar yaratmır. Bu xüsusən kiçik yaşlı uşaqlar olan ailələr və məhdud imkanlara malik insanlar üçün dəyərlidir.
  • Layların böyük çəkisinə (250 kq qədər), panoramalı qapıların açılması və bağlanması güc tələb etmir. Elektrik ötürücüsünün quraşdırılması nəzərdə tutulub, bu da qapıları məsafədən pult vasitəsi ilə idarə etməyə imkan yaradır.
  • PVX-profilin rəng müxtəlifliyi və allüminium yastıqcıqların tətbiqi istənilən interyer üçün pəncərənin düzgün seçimini və tərtibatını təmin edəcək.
Panoramalı qapılar istənilən interyerdə effektli görünürlər və real olaraq “fəzanı idarə etməyə” imkan verirlər: otağı ətraf mühitinin hissəsinə çevirmək və ya ondan etibarlı qorunmaq.

Светопрозрачные конструкции для загородного дома и квартиры

Özü də bunu əldə etmək yalnız şəhərkənarı evlərin sahiblərinə aid deyil. Panoramalı qapılar artıq tez-tez şəhər mənzillərində istifadə olunur: bu, otağın sahəsini eyvan və ya lociyanın hesabına artırmağa imkan verir.  

Yekun

PVX-profil əsaslı işıqkeçirən konstruksiyalar   -   isti evdə yaşamaq və dünyadan bütöv divarlarla təcrid olmamaq istəkləri arasında yaxşı kompromisdir.

Funksionallığın, yaxşı istismar xüsusiyyətlərinin, estetikliyin və məqbul qiymətin vəhdəti PVX profildən hazırlanan məmulatları analoqları sırasında birini edir.