Montaj mütləq DÜST üzrə aparılmalıdırmı? Onun tələblərindən kənara çıxılsa, nə baş verər? Montajı TŞ və ya TST üzrə aparmaq olarmı? Bu sualları VEKA-nın texniki mütəxəssisi Aleksandr Ulanov şərh edir..

Pəncərə konstruksiyalarının montajı keyfiyyətinə tələbləri nizamlayan Dövlət standartı Rusiyada artıq 10 ildir ki, mövcuddur. Düşünmək olardı ki, bu standartın tətbiqinə, həmçinin onun ehtiva etdiyinə dair bütün suallar, belə uzun müddət ərzində cavablandırılmalı idi. Təəssüf, lakin belə uzun müddətə rəğmən, praktiki olaraq hər seminarda DÜST 30971-in tətbiqinə, ona riayət olunmasının vacibliyinə və s. dair suallar meydana gəlir. Bu məsələyə tam aydınlıq gətirməyə çalışacağıq.


Начнем с того, что сразу отметим: применение ГОСТа 30971 не является обязательным. Этого стандарта нет в перечнях нормативных документов, применение которых на обязательной основе или на добровольной основе обеспечивает выполнение требований Федерального закона от 30 декабря 2009 года N 384-ФЗ "Технический регламент о безопасности зданий и сооружений".

Əvvəla qeyd edək ki, DÜST 30971-in tətbiqi mütləq deyil. Bu standart, məcburi və ya könüllü əsaslarla tətbiqi ilə 30 dekabr 2009-cu il tarixli N 384-ФЗ “Bina və tikililərin təhlükəsizliyinin texniki reqlamenti” qanununun tələblərini təmin edən normativ sənədlər toplusuna daxil deyil. 

 Bu o deməkdirmi ki, DÜST 30971-i tətbiq etmək olmaz və ya onu ümumiyyətlə heç vaxt tətbiq etməyinə dəyməz? Əlbəttə ki, xeyr. DÜST 30971-in tətbiqinin vacib olmaması yalnız onu göstərir ki, əgər konkret vəziyyətdə bu DÜST-ün tətbiqinə dair xüsusi tələblər yoxdursa, o zaman montajı hər hansı digər tələblər əsasında və digər texnologiya ilə apara bilərik. Ən vacibi isə - DÜST 30971-in tətbiqinin vacib olmaması o anlama gəlmir ki, biz montajı necə gəldi edə və heç nəyə əhəmiyyət verməyə bilərik. Hətta biz DÜST-ə müvafiq işləmiriksə, yenə də işimiz hər hansı tələblərə cavab verməlidir!  Məsələn, biz montajı şirkətimizin texnoloji reqlamentinə, təşkilatın standartına (TST), texniki şərtlərə (TŞ), montaj üzrə rəhbərlik, təlimat, konkret layihə qərarı və s. uyğun apara bilərik. Əsas odur ki, tərəfimizdən seçilən sənəd müqavilə və ya layihədə əksini tapmalıdır. Məhz bu sənədin tələblərinə konkret layihə və ya konkret müqavilə çərçivəsində riayət edəcəyik. İşimizdə DÜST deyil, hər hansı başqa sənədi tətbiq etmək hüququna malikikmi? Bəli, birmənalı. Lakin öz hazırladığımız hər hansı sənədi tətbiq edərkən, anlamalıyıq ki, onu hazırlayan və icra edən olaraq, istənilən mümkün nəticəyə görə məsuliyyət tam olaraq üzərimizə düşür.