Əvvəlcə o an otaqdakı miqroiqlim göstəricilərinə, problemin əmələ gəlməsindən əvvəl bir neçə gün ərzində beton tökülməsi və ya divarların malalanması üzrə yaş işlərin aparılıb-aparılmamasına, həmçinin o an otaqda istilənmə sisteminin işləyib-işləməməsinə diqqət yetirmək lazımdır.

Buna ən azından iki səbəbə görə diqqət yetirmək lazımdır. Birincisi – otaqda temperatur və rütubət nə qədər yüksək olarsa, şeh temperaturu da bir o qədər yüksək olacaq. İkinci səbəb ondan ibarətdir ki, əgər həmin an otaqda temperatur mərkəzləşdirilmiş isinmə sistemi, isinmə radiatorları və ya konvektorları ilə deyil, istilik topları vasitəsi ilə həyata keçirilirsə, o zaman pəncərələr ətrafında konveksiya çox pis təşkil edilib (radiator və konvektorlar ya mövcud deyillər, ya da qoşulmayıblar). Ümumilikdə, bu iki səbəb ona gətirib çıxarır ki, pəncərələr (məhz pəncərələr bütövlükdə, o cümlədən maili səthlər) soyumağa başlayır və onların temperaturu şeh temperaturundan aşağı enə bilər. Bunun nümayişi üçün havanın yüksək rütubəti və müxtəlif temperaturu zamanı şeh temperaturu əks olunan cədvələ nəzər yetirmək lazımdır. Bu cədvəli Siz VEKA şirkətinin montaj üzrə tövsiyyələrində tapa bilərsiniz.

ТТР

Havanın nisbi rütubəti, %

 

 

 

 

 

 

 

 

 

 

Температура, °С

65

70

75

80

85

90

95

100

18

11,32

12,46

13,48

14,50

15,42

16,34

17,26

18,18

19

12,27

13,42

14,45

15,47

16,40

17,32

18,25

19,17

20

13,22

14,38

15,41

16,44

17,38

18,32

19,26

20,20

21

14,17

15,33

16,37

17,41

18,36

19,30

20,25

21,19

22

15,12

16,28

17,33

18,38

19,34

20,30

21,26

22,22

23

16,07

17,23

18,31

19,38

20,33

21,28

22,23

23,18

24

17,02

18,19

19,27

20,35

21,31

22,26

23,22

24,17

25

17,97

19,15

20,24

21,32

22,28

23,24

24,20

25,16

26

18,95

20,11

21,20

22,29

23,26

24,22

25,19

26,15

Beləliklə, təsəvvür edək ki, tərtibat üzrə yaş işlər bu evdə iki gün əvvəl aparılıb, bu isə otaqda çox yüksək rütubətə səbəb olub. Obyektdə istilənmə radiatorlarla deyil, istilik topları vasitəsi ilə təmin edilir. Bununla yanaşı obyektdə faktiki olaraq axıcı-çəkici ventilyasiya mövcud deyil, pəncərələrin açılması isə qadağandır. Belə göstəricilərlə otaqda rütubət çox yüksək olacaq, bəzən hətta 100 faizə qədər, minimum 90 faiz. Artıq qeyd edildiyi kimi, pəncərələrin altında radiatorların olmadığı təqdirdə, pəncərələrin səthinin isti hava ilə havalandırılması çox zəif həyata keçirilir (istilik topunun hava axınının bilavasitə üzərinə istiqamətlənən səthlər istisnadır), yəni konvensiya çox zəifdir. Cədvəldən göründüyü kimi, otaqda havanın temperaturu 24°С, rütubət isə təqribən 90% olduqda (yaş işlərin intensiv aparıldığı zaman otaqda məhz belə, hətta daha yüksək rütubət ola bilər), şeh nöqtəsinin temperaturu 22,3 °С təşkil edir.

Müsbət temperaturda kondensatın əmələ gəlməsi


Nəticə

Beləliklə, baxmayaraq ki, bayırda temperatur sıfırdan yuxarıdır, otaqdakı mikroiqlimin belə namünasib parametrləri şəraitində, yəni belə yüksək rütubət və nisbətən yüksək temperatur zamanı, pəncərənin səthlərində, o cümlədən maili səthlərdə bolluca kondensat düşə bilər.