İnsan yalnız şəhərdəki mənzildə deyil, şəhər kənarında da rahat yaşamaq istəyir. VEKA şəhərkənarı evlər və kotteclər üçün praktikliyi, estetikliyi və münasib qiyməti özündə ehtiva edən müasir layihələr təklif edir.     

Yalnız yayda yaşadığınız bağ evinin şüşələnməsi üçün münasib qiymətə olan EUROLINE və ya PROLINE profil sistemlərini seçmək olar. Artıq səs-küydən və tozdan Sizi mühafizə etmək üçün birkameralı şüşə paketi kifayət edəcək, etibarlı qarətə qarşı sistem isə çağırılmamış qonaqlardan qoruyacaq. 

Daimi yaşayış və istilik sistemi olan şəhərkənarı evin şüşələnməsi üçün ikikameralı şüşə paketi seçilsə və eyni zamanda SOFTLINE 82 profilindən hazırlanan plastik pəncərələrə diqqət yönəldilsə, daha yaxşı olar. Artırılmış montaj enliliyi enerji qoruyuculuq xüsusiyyətləri yüksəldir və istilik xərclərinin azalmasına yardım edir.

Həmçinin bizim tərəfdaşlarımız sizə VEKASLIDE aralanan qapılar, vitraj və terrasların panoram şüşələnməsini təklif edəcəklər.

VEKA profili istənilən texniki və dizayner məsələlərini həll etməyə imkan verir. Əsas – Sizin istəyinizdir, biz isə həmişə vasitə tapacağıq!

Daha çox məhsul çeşidlərini bizim VEKA “Youtube” kanalında axtarın.