Yeni yaşayış binalarının inşası zamanı quraşdırılan pəncərələri nə zamansa görmüşünüz? Biz maraqlı məlumatla bölüşəcəyik: plastik pəncərələrin quraşdırılması biznesində məhz yeni tikililərdə pəncərələrin dəyişdirilməsi üzrə ixtisaslaşan bütöv sahə yaranıb. 

Məsələ isə burasındadır ki, obyektin təhvil verilməsi zamanı bina tikən əslində binanın bilavasitə təhvilində maraqlıdır. Orada insanlar necə yaşayacaqları sualı isə onu çox zaman narahat etmir. Buna görə də inşaatçılar arasında “obyekt keyfiyyəti” termini təşəkkül tapıb. Yəqin ki, belə keyfiyyətin normal yaşayış üçün yararlı olamamasını xatırlatmağa ehtiyac yoxdur. Konkret “obyekt pəncərələrində” istifadə olunan profildən söz açsaq, bu adətən B sinfinə aid profildir – nazik və yüngül. Belə profildən hazırlanan pəncərələrin birləşmə yerləri hərəkətli ola bilər, nəticə isə - forma pozuntusu. Sadə desək, bu, ikinci növ pəncərələrdir. Alıcılar bilməlidirlər ki, belə profildən pəncərələrə yalnız tikinti obyektlərində deyil, həm də B sinfinə aid profili tanınmış marka profilləri adı ilə satan insafsız pəncərə şirkətlərinin gözəl ofislərində də rast gələ bilərlər.

Профили высшего качества

VEKA profilindən pəncərələr – həmişə ən yüksək keyfiyyətli pəncərələrdir

VEKA şirkəti aşağı keyfiyyətli məhsulun istehsalını mənasız hesab edir, buna görə də məhsul siyahısında yalnız A sinfinə aid profillər mövcuddur ki, onlardan da tərəfdaşlarımız ən yüksək keyfiyyətə malik pəncərələr hazırlayırlar. Biz işimizi sevirik və “obyektlər” üçün deyil, insanlar üçün çalışırıq.