Profil istehsalı ilə plastik pəncərə istehsalı eyni şey deyil. Profil hazır pəncərənin çoxsaylı komponentlərindən biridir və onun keyfiyyətini yalnız müasir və etibarlı şüşə paketləri, furnitur, sıxlaşdırıcı və armaturlanma istifadə edildikdə təmin edə bilər.

VEKA şirkəti – plastik profilin (PVX) istehsalçısıdır, daha sonra isə ondan metalplastik pəncərələr, eyvan blokları, giriş və otaqlararası qapılar hazırlanır. 

Profil istehsalı ilə pəncərə istehsalı arasında fərq

Profil və hazır pəncərələrin xüsusiyyətlərindən söz açdıqda, materiallar və hazır məhsul üçün keyfiyyət meyarlarını ayırmaq lazımdır. 

Profilin keyfiyyəti qiymətləndirilir:

  1. xarici divarın qalınlığına görə profil sinfi ilə;

  2. sertifikat və DÜST-ün mövcudluğu ilə;

  3. enerji effektivliyi sinfinə görə (A və ya B);

  4. montaj eninə və müxtəlif şüşə paketləri quraşdırma imkanı ilə;

  5. uzunömürlülüklə.

 Profil istehsalı ilə pəncərə istehsalı arasında fərq

   Pəncərənin keyfiyyəti asılıdır:

  • istifadə edilən materiallardan;;
  • istehsalat üsullarından;
  • düzgün montajdan.

PVX profilin aşağı keyfiyyəti və ucuz furnitur pəncərələri daha ucuz edəcək, amma keyfiyyətə mənfi təsir göstərəcəklər. Eyni zamanda, hətta ən yaxşı və bahalı pəncərə düzgün quraşdırılmadığı təqdirdə artıq bir neçə ildən sonra yararsız hala düşəcək.  

 Moskva və Rusiyanın Mərkəzi regionda plastik pəncərələrin istehsalı üçün biz profili Moskva ətrafında yerləşən zavodumuzda hazırlayırıq, Sibir və Uzaq Şərqi isə Novosibirskdəki zavod təmin edir.

VEKA yeganə şirkətdir ki, bütün zavodları sertifikatlara malikdirlər. Metalplastik pəncərələrin istehsalı üçün biz müxtəlif profil sistemləri hazırlayırıq, o cümlədən artırılmış montaj eni ilə və rəngli, bu da istehlakçılara istənilən büdcəyə və zövqə uyğun pəncərə seçməyə imkan verir.


Profil istehsalı ilə pəncərə istehsalı arasında fərq

VEKA Rusiyanın bütün regionlarında istehsalçı zavodlarla əməkdaşlıq edir və biz ümid edirik ki, obyektlərinizdə pəncərələrin dəyişdirilməsini həvalə edə biləcəyiniz ən yaxşı istehsalçını tapacasınız. Tərəfdaşlarımızın fabriklə birbaşa əməkdaşlığı materialların alınmasının qarşılıqlı sərfəli şərtlərini təmin edir və VEKA pəncərələrini daha əlçatan etməyə imkan verir.

Pəncərələri seçərkən müxtəlif şirkətlərdə pəncərə blokunun tam təhvil verilmə qiymətlərini müqayisə edin. Əmin olacaqsınız ki, VEKA profilindən hazırlanan pəncərələr öz kateqoriyalarında qiymət-keyfiyyət uyğunluğunda ən yaxşılarıdır və düzgün seçim və quraşdırılma təqdirində istənilən otağın istiliyinin və rahatlığının etibarlı müdafiəsidir.