Еврокона  “Avropəncərə” sözü 90-cı illərin əvvəlində “Avrotəmir” sözü ilə eyni zamanda məişətimizə yol tapdı. Bu, sırf  Rusiya terminidir. Əlbəttə ki, Avropada heç kim bu termindən istifadə etmir. Onun mənasına aydınlıq gətirək.

Avropəncərə nədir

Reallığı əsassız ehtimallardan və əfsanələrdən ayırsaq, çox keyfiyyətli plastik pəncərəni Avropəncərə adlandırcağıq. O, adi pəncərələrdən iki mühüm əlamətlə fərqlənir:



  • Avropəncərə - mürəkkəb konstruksiyadır və onun bütün komponentləri elə seçilib ki, uzunömürlülüyü, minimal qulluğu və əla istehlak keyfiyyətlərini (istilik və səs izolyasiyası və s.) təmin etsin.
  • İstehlakçı pəncərənin komplektləşməsini öz zövqünə və təlabatına uyğun olaraq seçə bilər: layların sayı, çərçivənin rəng və forması və dəstəklərin dizaynı, gücləndirilmiş kilidlər, əlavə günəşdən müdafiə və bir çox başqa göstəricilər.

Yaxşı pəncərənin tərkib hissələri

  • PVX-profil;
  • şüşə paketi;
  • furnitur.

Стандартное "евро" окно с одной створкой и "глухим" стеклопакетом

Bir lay və bütöv şüşə paketli standart Avropəncərə

Çərçivə və laylarи

Bu, avropəncərənin əsasıdır, onun skeletidir. Çərçivə pəncərə konstruksiyasında evin özülü rolunu oynayır. O, pəncərənin istismar müddəti boyunca formasını qorumalı, layların çəkisi altında sallanmamalı, küləkdən olan yükləmələrə tab gətirməli, atmosfer təsirlərdən dağılmamalı, yaxşı istilik qoruma və səs izolyasiya xüsusiyyətlərinə malik olmalıdır. Və təbii ki, estetik görünməlidir. Bütün bu tələblərə polad millə armaturlanmış PVX profildən hazırlanan çərçivələr cavab verir.  

Standartlar PVX-profil üçün 3 keyfiyyət standartı nəzərdə tutur. Onlar arasında əsas fərq – xarici divarların və daxili arakəsmələrin qalınlığıdır. A sinfi profilində onlar daha çoxdur, bunun müqabilində yalnız belə profil istismar zamanı deformasiyaya uğramır və pəncərə həmişə asanlıqla açılır və bağlanır. VEKA şirkəti məhz bu keyfiyyət sinfinə aid profil istehsal edir.

Möhkəmlik yalnız pəncərənin həndəsi formasının qorunması üçün tələb olunmur. Yaxşı pəncərə evi və sakinlərini canilərdən qorumalıdır, yəni qarətə dayanıqlı olmalıdır.

 Profil həmçinin yaxşı istilik və səs izolyasiya xüsusiyyətlərinə malik olmalıdır.

PVX-profillər üçün ilkin xammal ağ rəngdə olur. Əksər hallarda pəncərələr də ənənıvi olaraq ağ rəngdə istehsal olunur. Lakin bu heç də mütləq deyil. Laminasiya texnologiyası profilin səthinə demək olar ki, istənilən rəng verməyə və ağac və ya metal fakturasını imitasiya etməyə imkan yaradır. Bura ixtiyari formada pəncərə hazırlamaq imkanını da əlavə edin və sizə aydın olacaq ki, plastik pəncərələr istənilən memarlıq üslubuna və interyer dizaynına uyğundur.

Двухстворчатое "евро" окно с импостом ("перекладиной" по середине)

İmpostlu (ortada “tirlə”) ikilaylı Avropəncərə

Şüşə paketi

Bu avropəncərənin ikinci əsas komponentidir. Burda da alıcıda müxtəlif istehlak xüsusiyyətli böyük sayda seçim variantları mövcuddur. 

Şüşə paketləri müxtəlif kamer sayı ilə və müxtəlif qalınlıqlı şüşədən hazırlana bilər. Bundan başqa, şüşə paketin daxili həcmin təsirsiz qazlarla doldurulması əlavə imkanlar verir. Bu parametrləri kombinə edərək lazımi səviyyədə istilik və səs izolyasiyalı şüşə paketləri əldə etmək olar.  

Bişmiş və ya tripleks şüşəsinin tətəbiqi pəncərənin zərbəyə davamlılığını əhəmiyyətli dərəcədə artırır. Bu, evinizi oğrulardan maksimal dərəcədə mühafizə etmək istədiyiniz və ya uşağın təsadüfən şüşəni sındırmasından ehtiyatlandığınız halda vacibdir. 

Şüşənin kütlədə rənglənməsi, üzərinə çalar verən plyonkalar yapışdırılması və ya səthinin metal oksidləri ilə tozlandırılması pəncərənin işıq buraxma qabiliyyətini tənzimləməyə imkan verir. Bu, artıq günəş radiasiyalı regionlarda otaqdakı mikroiqlimi yaxşılaşdırmağa yardım göstərir.

Двухстворчатое "евро" окно со "штульпом" - створки открываются вместе с "импостом"

“Ştulplu” ikilaylı Avropəncərə - laylar “impostla” birlikdə açılır

Furnitur və əlavə təchizatе

Bu detalların çeşidi böyükdür. Onlardan bəziləri sırf dekorativ funksiyanı yerinə yetirirlər və Avropənmcərəyə təkrarsız görkəm verməyə yardım göstərirlər. Məsələn, şproslar barmaqlıqlı pəncərə imitasiyası yaradırlar, dekoratv örtmələr isə ağac üzrə oymanı xatırladır. 

Əlavə avadanlıq pəncərənin funskionallığını genişləndirir:

  • daxilə quraşdırılmış jalüzlər pəncərənin buraxdığı işığı tənzimləməyə imkan verir;
  • müxtəlif cələ növləri layların müxtəlif müstəvilərdə açılması üçün nəzərdə tutulub;
  • kilidlər girişi idarə edir;
  • uşaq kilidləri havalandırmaya mane olmurlar, lakin uşağın pəncərədən yıxılma ehtimalını istisna edirlər;
  • mikrohavalandırma sistemi ilin soyuq fəslində havalandırmanı təmin edir, lakin istiliyi qoruyur.

Savadlı montaj

Pəncərələr fəzada öz-özünə olmur. Seçilmiş komplektləşmədə pəncərə hazırlamaq – bu hələ işin yarısıdır. Düzgün montajın uzunömürlülük və problemsiz fəaliyyət üçün əhəmiyyəti çox böyükdür.

Ustalıq ondadır ki, eyni pəncərə yerin xüsusiyyətlərindən asılı olaraq müxtəlif cür quraşdırılır. Hansı bərkitmə növünü seçməli, çərçivə ilə divar arasındakı məsafəni necə sıxlaşdırmalı, qaçılmaz dəlikləri hansı germetiklərlə doldurmalı, novalçaların eni nə qədər olmalıdır, maili səthləri daxildə və bayırda necə tamamlamalı – bütün bu nüansların təsiri var. Montajdakı səhvlər heç zaman yaxşı nəticələnmir:

  • pəncərə yerlərinin küncləri donur;
  • pəncərə altlığından yel çəkir;
  • çərçivə əyilir, laylar artıq normal açılmır;
  • bəzi hallarda yolverilməz yüklənmələrdən şüşə paketi partlaya bilər.

İnanın, pəncərəyə daha sadə komplektləşdiricilər seçmək daha yaxşıdır, amma heç zaman montajda qənaət etmək lazım deyil.

Avropəncərələr necə hazırlanır

Pəncərənin əsas komponenti, onun ən vacib detalı – PVX-profildən hazırlanan çərçivədir.

Xammal – tozaoxşar və ya dənəvərlənmiş polivinilxlorid - əridilir, sonra isə bu məhluldan ekstruziya üsulu ilə profil hazırlanır. O hissələrə doğranır və daxilinə polad armaturlayıcı taxma yerləşdirilən sahəyə ötürülür. Məhz taxma məmulata tələb olunan möhkəmliyi və həndəsi ölçülərin sabitliyini verir.

Hazır PVX-profil gələcək pəncərənin ölçülərindən asılı olaraq hissələrə doğranır və onlardan çərçivə qaynaq edilir. Çərçivənin bütün 4 küncü eyni vaxtda qaynaq edilir, bu isə pəncərənin ideal həndəsi formasını təmin edir. Qaynaq yerləri təmizlənir.

Eyni zamanda şüşə paketi hazırlanır. Lazımi növ və qalınlıqlı şüşə biçilir və yuyulur. Bundan sonra speyserlər (şüşələrin daxili ayırıcıları) və hazırlanmış şüşələr birlikdə yapışdırılır. Şüşələr arasındakı boşluq qurudulmuş hava və ya daha yaxşı istilik və səs izolyasiya xüsusiyyətlərinə malik arqonla doldurulur.

Speyser daha bir funksiyanı həyata keçirir: onun daxilinə su buxarını udan silikaqel yerləşdirilir. Hətta qurudulmuş havada az miqdarda su var, ona görə də silikaqel şüşə paketinin heç zaman daxildən tərləməyəcəyinə zəmanət verir. 

Yekun mərhələdə çərçivəyə furnitur – sıxlaşdırıcılar, lazımi konfiqurasiyalı cələlər, kilidlər və s. quraşdırılır.

Hazır pəncərə markalanır, qablaşdırılır və istehlakçıya göndərilir.

Pəncərələr qulluq

Yəqin ki, evdə keyfiyyətli və düzgün quraşdırılmış plastik pəncərə qədər az diqqət tələb edən daha nə isə tapmaq mümkün olsun. Bütün qulluq bir neçə sadə əməliyyatı ehtiva edir:

  • şüşəni yumaq;
  • çərçivə səthini çirkdən təmizləmək;
  • yarım ildə bir dəfə kilid və cələ mexanizmini bir neçə damcı istənilən yağ ilə yağlamaq;
  • Kilidlərin tənzimləyicilərini mövsümdən asılı olaraq qış və ya yay rejiminə keçirmək.

Ehtiyac yarandıqda pəncərə asan və texnoloji təmir edilir: köhnələn kilidləri, sıxlaşdırıcıları və sıradan çıxmış digər detalları dəyişmək bir neçə dəqiqənin işidir..

Yekun

Hansı terminlərdən istifadə olunması elə də vacib deyil. Ən əsası odur ki, pəncərə uzunömürlü, funksional və tələbatınıza cavab verən olsun..