VEKA profil sistemlərindən hazırlanan pəncərə və qapılar xüsusi qulluq tələb etmirlər. Bununla belə, istənilən məmulat kimi, hətta ən keyfiyyətli metalplastik pəncərə xidmətə ehtiyac duyur. Mütəxəssisləri dəvət etmək mütləq deyil. Siz özünüz də tam olaraq plastik pəncərələrə qulluq göstərə bilərsiniz.

VEKA şirkətinin aşağıdakı tövsiyyələrinə riayət etməklə Siz yeni əla pəncərələrinizin xidmət müddətini maksimum artıracaqsınız!

Faydalı məsləhət: əgər təmir edirsinizsə və artıq metalplastik pəncərələr quraşdırılıbsa – onları minimal dərəcədə açın, təmirdən sonra isə (əgər tikinti tozu çox idisə) mütləq mütəxəssisləri dəvət edin ki, furnituru tam təmizləsinlər (çıxarmala) və yağlasınlar.

Birincisi – plastikə qulluqdur: heç zaman plastik pəncərələrə qulluq üçün abraziv və aqressiv kimyəvi (tərkibində xlor, spirt və çirklə fəal mübarizə aparmağa hesablanan digər əlavələr plar) yuyucu vasitələrdən istifadə etməyin. Hətta əgər əvvəlcə plastikə heç nə olmadığı təsəvvürü yaranacaqsa, bir müddətdən sonra ağ pəncərənizin dəyişən rəngi sizi məyus edə bilər. Plastik pəncərələrin səthinə qulluq üçün yağsızlaşdıran yuyucu vasitələrdən, yaxud sadə isti sabun məhlulundan istifadə etmək olar. Həmçinin yumşaq süngərlərdən istifadə etməyinizi məsləhət görürük.

Plastik pəncərələrə qulluq

İkincisi – şüşə paketlərə qulluqdur: metalplastik pəncərədəki şüşə paketi adi şüşədən heç nə ilə fərqlənmir və ona eyni tərzdə qulluq etmək lazımdır. Yalnız xatırladaq: yuyucu vasitələrin plastik hissələrlə təmasının qarşısını alın, həmçinin spirttərkibli vasitələrin rezin sıxlaşdırıcının üzərinə düşməməsi çox vacibdir.

Plastik pəncərələrə qulluq

Üçüncüsü – furnitura qulluqdur: VEKA ildə bir dəfə furniturun bütün hərəkət edən hissələrini yağlamağı mütləq surətdə tövsiyə edir. Fikir verin, bir çox furnitur istehsalçıları müvafiq yerlərdə “yağqabı” və ya “damcı” işarəsi qoyurlar. Tərkibində qətran və turşu olmayan yağlardan istifadə edin. Bunun üçün adi maşın və ya tikiş maşını üçün yağ yararlıdır. 

Plastik pəncərələrə qulluq

Dördüncüsü – plastik pəncərələrin sıxlaşdırıcısına qulluqdur: ən azından ildə iki dəfə (heç olmasa, yazda və payızda) sıxlaşdırıcını təmizləməyi tövsiyə edirik. Pəncərənin bu elementi evinizdə istiliyin qorunması, küçə tozundan və səs-küyündən müdafiəni təmin edir. Sadə sabun məhlulu və yumşaq süngərlə və ya parça ilə sıxlaşdırıcını yuyun, tam qurulayın və silikon yağı ilə yağlayın. Bu məqsəd üçün həmçinin avtomobil sıxlaşdırıcıları üçün silikon yağı yararlıdır.

Plastik pəncərələrə qulluq

Beşinci – drenaj deşikləri. Layı açsanız, çərçivənin aşağı hissəsində deşiklər – suyu kənara axıdan kanallar olamlıdır. Onların adından da bəlli olur ki, rütubətin, suyun çərçivədən kənara çıxarılmasına xidmət edirlər. Nəzarət edin ki, onlar tutulmasın.

Plastik pəncərələrə qulluq

Əgər plastik pəncərələrə özünüzün qulluq etməyə vaxtınız və ya imkanınız yoxdursa, mütəxəssisləri dəvət edə bilərsiniz. Onlar ucuz qiymətə tez və peşəkarcasına bütün işləri həyata keçirəcəklər. 

 Bundan başqa, plastik pəncərələrə qulluq üçün xüsusi vasitələr dəstlərini siz pəncərə satışı üzrə ixtisaslaşmış dükanlardan, yaxud da tikinti supermarketlərindən əldə edə bilərsiniz.

Plastik pəncərələrə qulluğa dair məsləhətlərimizdən istifadə edin və onlar uzun müddət xidmət göstərəcəklər!