Фигура 7 копия 4 call phone-call Untitled-1
Baki

VEKA ilə əlaqə 24/7

Profil necədir?

PVC - profillər ekstruziya yolu ilə əldə edilir - yumşaldılmış materialın 80-120*C temperaturda filerlər (qapaq və ya boşqab şəklində kimyəvi liflərin alınması üçün istifadə olunan maşının hissələri) tipi ilə müəyyən edilən müəyyən ölçülü dəlikdən davamlı ekstruziyası.

Ekstruder bir mühərrikdən və reduktordan, eləcə də içərisində şnekləri və giriş ağızlığı olan silindrdən ibarətdir. Giriş ağızlığı vasitəsilə yüklənmiş material, iki şnek vasitəsi ilə silindrin qızdırma zonasında qarışdırılır və homogen bir xəlitə halına gətirilir və filerə ötürülür.

Əridilmiş ekstruziya edilə bilən kütlə, profilin ilkin soyudulduğu filer və vakuum kalibrdə lazımi forma və ölçüləri əldə edir.

Производство профилей ПВХПроизводство профилей ПВХ

Növbəti mərhələdə profil soyuq suyun verildiyi ikinci soyutma hissəsinə daxil olur. Növbəti hisssə soyutma seksiyasından gələn profilin bərabər şəkildə uzadıldığı seksiyadır və sonra profil eləcə də qoruyucu filmin də yapışdırıldığı markalanma seksiyasına ötürülür.

Xəttin sonunda bir mişar quraşdırılıb, profil lazımi ölçüdə kəsilir, sonra paletə yığılır.

Производство профилей ПВХ

Ekstruziya zamanı qarışığın qızdırılması və profilin soyudulması rejimlərinə ciddi riayət etmək lazımdır. PVC profil müxtəlif qalınlıqlı üfüqi və şaquli divarları olan mürəkkəb bir fəza quruluşuna malik olduğundan, qeyri-bərabər temperatur rejimi profilin birbaşa ekstruziya mərhələsində əyriliyinə səbəb olur.

Buna görə VEKA ekstruziya keyfiyyətinə çox mərhələli kompleks nəzarəti təmin edir. Konsernin bütün müəssisələri peyk rabitə sistemi vasitəsi ilə VEKA AG-nin mərkəzi idarəetmə panelinə qoşulur ki, bu panel vasitəsi ilə Almaniyadan ABŞ-a qədər hər bir ekstruderin işi izlənir. Hər saatda hazır profillərin kontrol nümunələri ən müasir avadanlıqlarla təmin edilmiş ciddi laboratoriya nəzarəti altına alınır.